GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda `Honkonq qripi` tüğyan edir

Azərbaycanda `Honkonq qripi` tüğyan edir

Tarix: 13-01-2017, 20:13 Bölmə :Ölkə Baxış: 535
Azərbaycanda `Honkonq qripi` tüğyan edir

Son aylar ölkə əhalisi arasında sürətlə yayılan qrip virusu ciddi təşviş yaradıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva əhali arasında yayılan bu kəskin virusun A tipli H3N2 qripi olduğunu deyib.

Bəs H3N2 qrip virusu nədir? Əlamətləri və doğurduğu təhlükə hansılardır?

Axundov adına Elmi -Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova Lent.az-a bildirib ki, ümumiyyətlə qrip virusları dəyişkən viruslardır. Hazırda dünyada insanlar arasında dövr edən qrip virusları A(H1N1) və A(H3N2) adlanır.

Burada H “hemaqqlyutinin”, N isə “neyraminidaza” sözünün qısalmasıdır. Bunlar virusun üzərində olan, onun antigen xüsusiyyətini təmin edən reseptoplardır. Və bunların dəyişməsinin nəticəsində qrip virusunun yeni müxtəlif variantları əmələ gəlir.

H. Qədirovanın sözlərinə görə, H3N2 virusu hazırda dünyada dövr edən viruslardan biridir və 1968-69-cu illərdə pandemiya törətmişdi: “Bu qrip virusuna “Honkonq qripi" də deyilir: "Ötən il H1N1 ( "İspan qripi") virusu daha geniş yayılmışdı. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə isə, 2016-cı ilin sonu və bu ilin əvvəllərində Avropa ölkələrinin əksəriyyətində H3N2 virusu H1N1-dən daha çox yayılıb. Müxtəlif ölkələrdə xəstələnənlər arasında bu virusun üstünlük təşkil etməsi qeyd olunur.

Ümumiyyətlə H3N2 virusu daha yüngül xəstəlik törədir. Ağır pandemiya məhz o biri viruslarla bağlı yaşanır. Hazırda əhali arasında sürətlə yayılmış bu xəstəlik yüngül keçən mövsümi qrip xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada böyüklərin təxminən 5-10, uşaqların isə 20-30%-i mövsümi qripə tutulur”.

H3N2 virusunun törətdiyi xəstəliyin əlamətlərini sadalayan H.Qədirova bildirib ki, xəstələr əsasən zəiflikdən, 38 dərəcədən yüksək hərarət, titrəmə, baş, göz, boğaz, əzələ və oynaq ağrısından şikayət edirlər, bunlarla yanaşı, halsızlıq, yuxarı tənəffüs yollarının iltihabı, boğazda yanma, öskürək və zökəm kimi şikayətlər də ola bilər. Bəzi hallarda isə ürək bulanma və qusma kimi hallar da yaşanır.

H.Qədirova vurğulayıb ki, bu əlamətlər müşahidə edilən şəxs mütləq yataq rejimində olmalıdır: “Həmin şəxs mütləq ayrıca otaqda, yataq şəraitində qalmalı, evdən çıxmamalıdır. Otağın havası tez-tez dəyişdirilməlidir. Onun istifadə etdiyi birdəfəlik salfetlər ayrıca sellofan torbaya yığılıb zərərsizləşdirilməlidir. Xəstəyə çoxlu maye – su, kompot, itburnu çayı içirmək lazımdır. Çünki bu virusun orqanizmdən çıxması üçün bol maye qəbulu zəruridir. Bundan başqa, Oseltamivir (Tamiflu) və Zanamivir (Relenza) kimi virus əleyhinə dərmanlar bu qripə qarşı daha effektivdir. Bu dərman preparatları uşaqlar üçün də istifadə edilə bilər, hər yaş üçün uyğun dozası var.

Qripin ən təhlükəli xüsusiyyəti onun fəsadlarıdır. H3N2 qrip virusunun ən ağır fəsadı ağciyər pnevmoniyası, ağciyər çatışmazlığı, meningit və qulaq iltihabıdır. Belə ağır fəsadlaşmalar olduğu halda isə evə həkim çağırılmalı, xəstə mütləq müalicə olunmalıdır. Və həkimin məsləhəti ilə antibiotik müalicəsinə başlamaq olar”.

Adı çəkilən H3N2 qrip virusuna qarşı vaksinin mövcud olduğunu xatırladan H. Qədirova bildirib ki, xəstəliyin yayılma təhlükəsi yarananda vaksinasiya etmək lazımdır: “Tam müdafiə etməsə də, xeyli qoruyur. Bu vaksin həm H1N1, həm H3N2 , üstəlik digər qrip viruslarına qarşı istifadə edilə bilər. Payız mövsümündə, oktyabr-noyabr aylarından vaksini vurdurmaq lazımdır. Bilirsiniz ki, immunitetin əmələ gəlməsi üçün bir-iki həftə vaxt lazımdır. Sadaladığımız əlamətlər qripəbənzər kəskin respirator virus infeksiyaları, eləcə də adenavirus zamanı da yaşana bilər. Buna görə də xəstəliyin qrip olduğunu dəqiqləşdirmək üçün diaqnostika üsulları ilə virusoloji diaqnoz qoyulmalıdır”.

2 nəfərdə H3N2 qrip virusu aşkarlanıb

Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Lent.az-a açıqlamasında deyib ki, oktyabr ayından bu günə qədər Respublika Taun Əleyhinə Stansiyasına tibb müəssisələrindən 165 yaxma nümunəsi daxil olub.

R. İsmayılova bildirib ki, daxil olan nümunələrin laborator müayinəsi zamanı paraqrip, adenavirus, kəskin respirator viruslar aşkarlanıb: “İki nəfərdən götürülmüş yaxma nümunəsində isə H3N2 qrip virusu aşkarlanıb. Həmin şəxslərdə kliniki əlamətlər yüngül keçdiyi üçün onlar qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə təşkil olunmuş xüsusi palatalara yerləşdirilmədilər. Müalicə təyin olundu və artıq sağalıblar”.

R.İsmayılova əlavə edib ki, hazırda qriplə bağlı əhali arasında nəzarət ciddi aparılır və ölkədə qrip xəstəliyi epidemik həddi keçməyib: “Qriplə bağlı epidemioloji durum sabitdir. Epidemik həddən çox aşağıdır”.

Səhiyyə Nazirliyi: Panikaya əsas yoxdur

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov açıqlamasında deyib ki, əhali arasında yayılmış xəstəlik mövsümi qripdir və təşvişə gərək yoxdur. V.Qasımovun sözlərinə görə, hər il olduğu kimi bu il də mövsümi qriplə bağlı artım müşahidə olunur: “Keçən il bundan da çox mövsümi qripə yoluxma halı qeydə alınmışdı. Azərbaycanda hələ ki, epidemioloji hədd keçilməyib. Xəstələnmə epidemioloji həddən aşağıdır. Maksimum həddə çatanda artıq başqa tədbirlər görüləcək. Məktəblər, iş yerləri bağlanacaq. hazırda həmin vəziyyətə çatmamışıq. Ölkədə epidemioloji hal elan edilməsi üçün epidemik həddin hesablanma düsturu var ki, bu Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə hesablanır. Hazırda ölkədə epidemioloji durum sabitdir və daim nəzarətdədir. Hələlik respublikada bu məsələ ilə bağlı problem yaşanmır".

Əhali arasında qripdən ölənlərin olması ilə bağlı yayılan fikirlərə münasibət bildirən V. Qasımov deyib ki, bu fikirlər həqiqətə uyğun deyil: “ Əgər ölüm halı olubsa, bunu gizlətmək olmaz axı. Belə bir şey yoxdur. Səhiyyə Nazirliyi bir daha bildirir ki, bəli, bu il mövsümi qriplə bağlı artım var və lazımı tədbirlər görülür”.

V.Qasımov son olaraq əhalinin nəzərinə çatdırıb ki, xəstə olanda mütləq tibb müəssisələrinə müraciət etsinlər: “ Xəstə olan kimi dərhal bilib-bilmədən aptekə qaçmayın. Ailədə, qonşuda, qohumda xəstə varsa, təkidlə onu həkimə aparın”.
Bizimxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhərdə yayılan qrip donuz qripindən də təhlükəlidir

    Şəhərdə yayılan qrip donuz qripindən də ...

    4-01-2014, 13:43

  • 
  • Azərbaycan qripin yeni virus forması ilə üz-üzə

    Azərbaycan qripin yeni virus forması ilə üz-üzə ...

    7-01-2014, 13:05

  • 
  • Nazirlik: "Qripin müalicəsi üçün kifayət qədər dərman ehtiyatı var"

    Nazirlik: "Qripin müalicəsi üçün kifayət ...

    2-12-2016, 13:39

  • 
  • Qripə görə bunu edin

    Qripə görə bunu edin ...

    12-01-2014, 03:00

  • 
  • 4 növdə epidemiya təhlükəsi artmaqdadır

    4 növdə epidemiya təhlükəsi artmaqdadır ...

    22-01-2014, 00:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu