Beləliklə, aparılan araşdırmalar zamanı Aynurə Əhmədovanın adından istifadə edənlərin qol qoyduqları saxtakarlıq, tam çılpaqlığı ilə ortaya cıxarılır. “Gündəm Xəbər”in 30 dekabr 2016-cı il tarixli sayının 5-ci səhifəsində, Gəncə şəhəri 10 saylı orta məktəbin bir qrup müəllimi adından dərc olunan və təhsil naziri Mikayıl Cabbarova ünvanlanan “Məktəbi “skayp”la idarə edən məktəb direktoru” başlıqlı açıqlama ilə bağlı, qəzetimizin bölgə müxbiri Mehriban Əzizqızı adı çəkilən təhsil ocağında olmuş və o, məktəbin müəllim kollektivi ilə bərabər, texniki işçilərlə də görüşərkən əksər mətləblərə aydınlıq gətirilir. Ümumi görüş zamanı bölgə müxbirimizə bildirilir ki, “son 5-6 il ərzində məktəbimizə bir neçə direktor təyin olunsa da, son təyinat 2016-cı ildə oldu. Yəni, ötən ilin yayında TN-i tərəfindən məktəb direktorluğu vəzifəsinə keçirilən müsabiqə zamanı, nazir Mikayıl Cabbarovun əmri ilə Arzu xanım Əliyeva məktəbimizə direktor təyin olundu. Bu gün onun iş fəaliyyəti hər birimizi qane edir”.
Bölgə müxbirimizin apardığı araşdırmalar zamanı o da məlum olmuşdu ki, yuxarıda qeyd olunan tarixdə “Gündəm Xəbər”in elektron poçtuna göndərilən açıqlama, məktəbin ibtidai sinifində dərs keçən Aynurə Əhmədovanın adından, kimlərsə saxta profil düzüb-qoşmaqla göndərirlər. Hətta, o da məlum olmuşdur ki, 10 saylı məktəbin bir qrup müəllimi adından ünvanlanan açıqlamadan, ümumiyyətlə həmin müəllimlərin heç birinin xəbəri olmamışdır. Beləliklə, aparılan araşdırmalar zamanı xanım Əhmədovanın adından istifadə edənlərin qol qoyduqları saxtakarlıq, tam çılpaqlığı ilə ortaya cıxarılır.
Kollektiv üzvləri ilə keçirilən görüş zamanı onlar onu da bildirirlər ki, “ötən illər ərzində 13 direktor dəyişən məktəbimizdə, indi ab-hava yavaş-yavaş normallaşır, tədrisin səviyyəsi qaldırılır, müəllim-şagird münasibətləri qaydaya salınır və s. kimi addımlar atılır. Görünür bu gün kimlərsə durulan suları yenidən bulandırmağa çalışır. Məktəbimizin rəhbərliyi kollektiv üzvünün hər biri ilə çiyin-çiyinə dayandığından, biz Arzu xanımın idarəçiliyindən olduqca razıyıq”.
Əməkdaşımızın apardığı araşdırmalar zamanı o da bəlli olmuşdur ki, vaxtilə Samux rayonundakı təhsil ocaqlarından birinə rəhbərlik edən Arzu Əliyeva, müəyyən səbəblər üzündən haqsız olaraq daşıdığı vəzifəsindən uzaqlaşdırılır. O, daşıdığı vəzifəsindən uzaqlaşdırılsa da və bir neçə il Samux rayon Təhsil Şöbəsində işləsə də, yuxarıda qeyd etdiyimiz kimi ötən ilin yayında keçirilən müsabiqədə iştirak edən və müsabiqədə lazımi göstəriciləri əldə edən xanım Əliyeva, elə ötən ilin yayında da 10 saylı tam orta məktəbə direktor təyin olunur. Onun az müddət ərzində adı çəkilən təhsil ocağına rəhbərlik etməsinə baxmayaraq, bu gün məktəb öndə gedən təhsil ocaqlarından birinə çevrilib və buna da səbəb, kollektiv üzvlərinin əzmlə çalışmalarıdır. Ümumi görüşdən və aparılan danışıqlardan bəlli olur ki, bu gün kimlərsə əldə olunmuş sükutu pozmaq niyyətinə düşüblər. Bölgə müxbirimiz vaxtilə xanım direktorun çalışdığı Samux rayon Təhsil Şöbəsnin səlahiyyətliləri ilə əlaqə saxladıqda qarşı tərəf bildirir ki, “o, nəinki təhsil sahəsində fərqlənən bir ziyalıdır, hətta bilik və bacarığı, insani xüsusiyyətləri, əxlaqi keyfiyyətləri və s. kimi göstəriciləri ilə, həmişə öndə gedən əsl Azərbaycan xanımı olub. Arzu xanım nümunəvi addımları və yüksək hazırlığa malik olması ilə də tanınan pedaqoqdur”. Bölgə müxbirimizin əldə etdiyi belə bir məlumatları 10 saylı məktəb kollektivinin də təsdiq etməsi, göndərilmiş açıqlamanın qərəzli və kimlərinsə sifarişi əsasında baş tutduğunu tam təsdiq etmiş oldu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?