Tovuz rayonunda silsilə oğurluq hadisələri baş verib.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.
Sakinlər Trend-ə bildiriblər ki, bu ilin yanvar ayında Əlimərdanlı kəndində 15-ə yaxın kənd sakininin mənzili və həyətyanı sahəsi qarət edilib. Naməlum şəxslər əsasən ev və həyətlərə daxil olaraq ev quşları, xırdabuynuzlu heyvan və məişət əşyalarını oğurlayırlar: "Son 3 gün ərzində kənd sakinləri Həsənov Şərif Qədim oğlu, Məmmədov Yaşar Hüseyn oğlu və Mehdiyev Rafiq Ağamalı oğluna məxsus həyətyanı sahələrdən xırdabuynuzlu mal-qara oğurlanıb. Təkcə Şərif Həsənovun evindən bir neçə dəfə oğurluq edilib".
Sakinlər deyirlər ki, yanvarın 23-dən 24-nə keçən gecə naməlum şəxslər kənd sakini Kazımov Samir Saleh oğlunun həyətinə daxil olmağa və heyvan oğurlamağa cəhd ediblər. Lakin həyət qapısını aça bilməyən sakinlər heyvan oğurlaya bilməyib, evin zirzəmisində olan ailənin qış azuqəsini oğurlayıblar.
Sakinlər bildirirlər ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işləri başlansa da, oğrular tapılmayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?