Ağcabədi rayonunda kütləvi şəkildə mal-qara oğrusu ilə məşğul olan dəstə aşkar olunub.
gundemxeber.az bildirir ki, rayon polis şöbəsindən qafqazinfo-ya verilən məlumata görə, Hindağ qəsəbə sakini, 1993-cü il təvəllüdlü Hüseynli Fərrux Bəhram oğlu, Kürdlər kənd sakinləri, 1984-cü il təvəllüdlü Hüseynov Hikmət Afaq oğlu və 1979-cu il təvəllüdlü Şirinov Aydın Əhəd oğlu aparılmış istintaq əməliyyatları nəticəsində həbs ediliblər.
Hər üç şəxs birlikdə ötən il və bu il müxtəlif kəndlərdən birlikdə 274 baş mal-qara oğurlayıb.
Belə ki, sözügedən dəstə 3 iyul 2015-ci ildə Kürdlər kənd sakini Xəlilov Yaşar Teymur oğluna məxsus fermadan 26 baş xırdabuynuzlu mal-qara, 24 iyul 2015-ci ildə Hindağ qəsəbə sakini Hüseynov Xaləddin Ədil oğluna məxsus fermadan 38 baş qoyun, 21 avqustda yenə həmin qəsəbədə yaşayan Rzayev Şamil Daşdəmir oğluna məxsus olan fermadan 21 baş qoyun, 27 avqustda Şərəfxanlı kənd sakini Məmmədov Pərviz Elşən oğluna məxsus həyətdən 15 baş qoyun, 21 oktyabrda Quliyev Səxavət Əhəd oğluna məxsus fermadan 38 baş qoyun, 4 noyabrda Hindağ qəsəbə sakini Quliyev Bulud İnqilab oğluna məxsus fermadan 67 baş qoyun, 18 noyabrda Rəncbərlər kənd sakini Bayramov Şəmsəddin Zahid oğluna məxsus fermadan 63 baş qoyun, 11 yanvar 2016-ci ildə Şərəfxanlı kənd sakini Cəfərov İlham Naib oğlunun 1 baş iribuynuzlu malını, 13 yanvar 2016-cı ildə Dilağanlı kənd sakini Tağıyev Mirələm Zalış oğlunun beş baş iribuynuzlu malını oğurlayıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?