Sumqayıt Dövlət Universiteti biznes mənbəyinə çevrilib
Biz dəfələrlə Sumqayıt Dövlət Universitetində baş verən qanunsuzluqlar və korrupsiya faktlarını diqqətinizə təqdim etmişik. Bu günlərdə isə redaksiyamıza SDU-da baş verən özbaşınalıqlarla bağlı ilginc faktlar daxil olub. SDU-nun rektoru Nadir Qəhrəmanovun sözügedən təhsil müəssisəsini qeyri-rəsmi formada özəlləşdirdiyini bildirən mənbə, rektorun bütün yaxın qohumlarının müxtəlif vəzifələrdə təmsil olunduğunu vurğulayıb: “Bu universitet Nadir Qəhrəmanov tərəfindən özəlləşdirilib. Bütün yaxın qohumlarını universitetdə müxtəlif vəzifələrə yerləşdirən Qəhrəmanov, dövlət müəssisəni ailə üzvlərinin qazanc mənbəyinə çevirib. Rektor təyin edildikdən sonar qardaşı Rəşidi universitetin “Ümumi Kimya” kafedrasına müdir təyin edən Nadir Qəhrəmanov digər yaxın dost-tanışlarına da səxavətlə vəzifə paylayıb”. Mənbənin verdiyi məlumata görə, N.Qəhrəmanov kadr təyinatı məsələsində namizədlərin təhsil səviyyəsi, bilik və bacarığına diqqət yetirmir, bu cür təyinatlarda yalnız öz istəyini əsas götürür: “Nadir Qəhrəmanov orta məktəbdə riyaziyyat müəllimi işləyən Polad adlı şəxsi universitetin “Riyaziyyat” kafedrasına müdir təyin edib. Gəlini Afaq İsmayılzadə isə “Üzvi Kimya” kafedrasında dosentdir. A.İsmayılzadə dosent kimi dövlətdən maaş almasına baxmayaraq bir dəfə də olsun universitetə ayaq basmayıb. Yəni nə dərs deməli olduğu tələbələri onu tanıyır, nə də o, öz tələbələrini”. Məlumatda o da qeyd olunur ki, A.İsmayılzadənin adı SDU-da dosent kimi getsə də, özü Bakıdakı modalar evində çalışır: “Afaq İsmayılzadə sözdə Sumqayıt Dövlət Universitetində dosent olsa da, Bakıda böyük modalar evində çalışır. Onun çalışdığı, daha dəqiq desək, rəhbəri olduğu modalar evini də ona alan Nadir Qəhrəmanovdur”. Məlumata əsasən, N.Qəhrəmanovun oğlu, qızı, kürəkəni də SDU-da çalışır və ən əsası isə onlar universitetə testdən kənar üsullarla qəbul ediliblər: “Nadir Qəhrəmanov oğlunu, qızını, kürəkəni Elşəni, katibəsi Lena xanımı testdən kənar şəkildə universitetə qəbul edərək onlara iqtisadçı ixtisası verdirib. Rektorun tabelçi katibəsi olmasına baxmayaraq, başqa bir şəxsi də katibə qismində otağında əyləşdirib və əsas işləri də həmin şəxs aparır”. Qəzetimizə SDU da olan “ölü canlar”la bağlı konkret siyahı təqdim olunub. Həmin siyahını diqqətinizə çatdırırıq:
Onu da bildirək ki, bütün bu faktlar Maliyyə Nazirliyi, Hesablama Palatasının yoxlamaları zamanı aşkarlanıb. Amma konkret korrupsiya faktları haqda heç bir ölçü götürülməyib. SDU ilə bağlı daha ciddi faktlar- saxta diploma alanların siyahısı, təmir-tikinti işlərinin aparılması zamanı pul silinmələri, təhsil haqqı ödənişlərindəki qanunsuzluqlar, ezamiyyə və dəftərxana xərclənmələrindəki maxinasiyalar və digər qanunsuzluqlar haqda dəqiqləşdirmələr aparırıq və növbəti saylarımızda mövzunu davam etdirəcəyik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?