Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində penitensiar müəssisələrə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Narkotik vasitə paltarın içərisində aşkarlanıb. Belə ki, Cinayət Məcəlləsinin 120.2.2; 120.2.4; 221.3 və 66.3-cü maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orucov Vüsal Akif oğlunun yanına qısamüddətli görüşə gəlmiş Şirvan şəhəri sakinləri Qəhrəmanov Xəyal Səmədağa oğlu və Abışov Müşfiq Vidadi oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın tikişində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə xalis çəkisi 0.08 qram olan narkotik vasitə - metadon aşkar edilərək götürülüb. Fakt üzrə toplanılan materiallar hüquqi qiymət verilməsi üçün Xətai Rayon Polis İdarəsinə göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?