GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıdakı məşhur türk geyim mağazasını kim taladı?

Bakıdakı məşhur türk geyim mağazasını kim taladı?

Tarix: 5-02-2017, 20:39 Bölmə :Ölkə Baxış: 350
Bakıdakı məşhur türk geyim mağazasını kim taladı?

Aylarla iş tapa bilməyən həmyerlisinə sahib çıxan şirkət rəhbəri əlindən tutduğu, yardım etdiyi insanın nə vaxtsa ona hiylə işlədəcəyini, tor quracağını ağlına da gətirməzdi. Ən çox etibar etdiyi eloğlusunun əmanətə xəyanət etməsinin üstü isə sırf təsadüf nəticəsində açılıb. Gözlənilməz zəng nəticəsində “StilTekstil” MMC-yə məxsus anbarın necə yağmalanması bəlliolur... Budəfə aldadanda, oğurluq edəndə, oğurluğa məruz qalanda Bakıda yaşayan, burada işləyən türk vətəndaşlarıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsində 32 yaşlı Türkiyə vətəndaşı İsrafil Yaşar İsmailin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.
İstintaqla müəyyən edilib ki, İsrafil Yaşar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Stil Tekstil” MMC-yə məxsus anbarda anbardar işləyib. O, 2013-cü ilin sentyabr-noyabr aylarında özündə olan açarla anbarın qapısını açaraq oradakı geyim əşyalarını talayaraq adıçəkilən firmaya külli miqdarda zərər vurub.

Bakıdakı məşhur türk geyim mağazasını kim taladı?

Törətdiyi cinayət əməlinə görə İsrafil Yaşara Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

“Mustafa Tayat” mağazasından başlanan tanışlıq

Təqsirləndirilən şəxs qismində dindirilən olan İsrafil Yaşar ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində İqtisad Universitetini bitirdiyini, burada ailə qurduğunu, ailəsi ilə birgə kirayə yaşadığını göstərib. İş axtardığı ərəfələrdə - 2012-ci ilin iyun ayında Nərimanov rayonunda yerləşən “Mustafa Tayat” mağazasında Uğur Ünivarla tanış olub, ondan iş istəyib. U.Ünivar da öz növbəsində onu satıcı kimi işə götürə biləcəyini deyib. İsrafil 3 ay mağazada satıcı işləyib. Sonradan anbara fəhlə göndərilib. 2013-cü ilin yanvar ayından etibarən isə firmada anbardar işləməyə başlayıb. Anbarın məsuliyyəti onun üzərində olub: “Anbarın açarları yalnız məndə olurdu. Vəzifəm satışdan çıxarılan malları qəbul etmək, xaricdən gələnləri mağazalara paylamaq, qəbzləri alıb saxlamaq idi”.

Bakıdakı məşhur türk geyim mağazasını kim taladı?

Oğurluq planı
Mağazada özünə iş tapıb işləyən İsrafilə tamah güc gəlir. Bir müddət sonra o, anbardan geyim əşyalarını oğurlayıb “Sədərək” ticarət mərkəzində satmağa qərara verir.
Elə bu məqsədlə də axşam qapını bağlayandan sonra “Sədərək”ə yollanır. Münasib müştəri tapmaq, oğurlayacağı malları ona satmaq üçün əvvəlcədən razılıq əldə etmək və sonra anbardan malları “aparmağı”planlaşdırır.

Oğurlanan mallar “Sədərək”ə daşınıb

“Sədərək” Ticarət Mərkəzinə gələn İsrafil Yaşar sıra ilə düzülmüş avtobuslara yaxınlaşıb Gürcüstana mal aparan şəxsləri axtarıb tapır. Onlara Türkiyədən ticarət malları gətirdiyini, amma şəhərdə icarəyə işlətdiyi mağaza bağlandığından oradakı malların hamısını satmaq istədiyini söyləyir.
Aralarında razılıq əldə edildikdən sonra şəhərə qayıdır, anbarda əvvəlcədən sellofan torbalara yığdığı malları özü ilə “Sədərək”ə gətirir: “Bağlamaları açıb içərisindəki malları qadınlara göstərdim, xoşlarına gəldi. Malın dəyərini razılaşdıq, mənə 3500-4000 min manat arası pul verdilər. Sağollaşıb ayrıldıq”.

“Malları sata bilmirdi deyə pulu gətirməmişdi”

İş yerinin yaxınlığında “Azərsun Holdinq” şirkətinin anbarında mühafizəçi işləyən Rəşad Abbasovla tanışlıqdan sonra İsrafil Yaşar anbarı növbəti dəfə yağmalayıb.

Rəşadın ticarətlə məşğul olduğunu öyrənincə, anbardakı malları bu dəfə ona satıb: “İki-üç gün ərzində anbardakı malları seçib torbalara yığdım. Həmin malları Rəşada aparıb verdim. Hər paltarın dəyərindən əlavə 1 manat ona verməyimi xahiş etdi, razılaşdıq. Növbəti dəfə maşınla çoxlu sayda gödəkcələr, koftalar apardım. Malları təhvil götürdü, satıb pulunu verəcəyini dedi. Sonradan pulu vermədiyinə görə onunla bir neçə dəfə əlaqə saxladım. Malları satan kimi pulu gətirəcəyini dedi, amma sonra vermədi, çünki sata bilməmişdi”.

“Oğurluğu tək törətmişəm”

Bir müddət sonra firmanın rəhbəri Uğur Yaşardan anbarın açarlarını alıb, qapını özü açıb-bağlayıb. 2014-cü ilin yanvar ayında isə Türkiyədən gələn Dəniz Aykut adlı şəxs anbara müdir, İsrafil isə ona köməkçi təyin olunub:
“Şirkətin mallarını anbardan daşıyan yük avtomobilinin sürücüsü Vaqif Nəsirovun malların anbardan daşınmasından xəbəri olmayıb. Oğurluq hadisəsinin üstü açılanda firmanın rəhbəri məni və Vaqifi ofisə çağırdı. O vaxtadək Vaqifin bu haqda məlumatı da yox idi. Bizim əlbir olmağımızdan şübhələnmişdilər. Bu oğurluqda mənə heç kim kömək etməyib. Oğurluğu tək törətmişdim. Pula ehtiyacım var idi. Uğur bəyə işləyib hissə-hissə malın pulunu ödəyəcəyimi vəd etsəm də, sonda sözünün üstündə durmayıb məni işdən qovdu. Gəncədə fəhlə işləyirəm. Ayda 350-400 manat maaş alıram. Vurduğum ziyanı ödəyəcəyəm. Əməlimdən peşmanam”.

“Anbarı ona etibar etmişdim”

Zərərçəkmiş şəxs qismində dindirilən Uğur Ünüvar ifadəsində 2010-cu ildən işləmək məqsədilə Bakıya gəldiyini, Türkiyə vətəndaşı Mustafa Tayatla tanış olduğunu, onun şirkətinin tərkibində “Stil Tekstil” MMC yaratdığını, həmin firmanın direktoru kimi fəaliyyət göstərdiyini deyib: “Öz vəsaitim hesabına Türkiyədən gətirdiyim malları “Stil Tekstil”in anbarına yığdırır, sonradan mağazalara paylaşdırırdım. Türkiyə vətəndaşı İsrafil Yaşarı ilk dəfə “Mustafa Tayat” mağazasında görmüşdüm. Türkiyədən gəldiyini, iş tapa bilmədiyini dedi, ona köməklik göstərdim, satıcı kimi işə götürdüm. Sonra malların saxlanıldığı anbara müdir təyin etdim. Anbarın açarlarını ona etibar etmişdim”.

“O zəngdən sonra İsrafilin anbardan mal oğurlayıb satdığını başa düşdüm”

2014-cü ilin fevral ayının 25-də anbarda olan firma rəhbəri İsrafil Yaşarın mobil telefonuna zəng gəldiyini görüncə telefonu açıb. Zəng vuran Rəşad Abbasov telefondakı şəxsin İsrafil Yaşar olduğunu güman edib ondan götürdüyü 679 çeşid mallın pulunu martın ortasına qədər verəcəyini, qadın və kişi paltarlarının isə satılmadığını deyib.
Məhz bu zəngdən sonra U.Ünüvar İsrafil Yaşarın anbardan mal çıxarıb satmasını başa düşüb. Məsələyə aydınlıq gətirmək üçün onu ofisə çağırıb, malları kimə satdığını, niyə oğurluq etdiyini soruşub. İsrafil Yaşar oğurluğu etiraf edib, malların bir hissəsini Saatlıya göndərdiyini deyib.
Şirkət rəhbəri İsrafil Yaşarın firmanın sürücüsü Vaqif Nəsirovla əlbir olduğunu zənn edib. Amma sürücü bu işlərdən xəbərsiz olduğunu deyib.
Nəhayət, oğurluqla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinə ərizə ilə müraciət olunub. Anbarda keçirilən təftiş yoxlaması zamanı 31 min manat müxtəlif çeşiddə əmlakın talandığı müəyyən edilib: “Ziyanın ödənilməsi məqsədilə İsrafil Yaşarı başqa işdə saxlamaq fikrim olsa da, onun yenə oğurluq edə biləcəyindən ehtiyatlandım, ona görə də, işdən qovdum. Dəyilən ziyanın bir qismi ödənilsə də, 18 min manatlıq əmlak hələ də qaytarılmayıb”.
Məhkəmənin hökmü ilə İsrafil Yaşar 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İnarə Rafiqqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qız zorlayan şirkət rəhbəri həbs olundu

    Bakıda qız zorlayan şirkət rəhbəri həbs olundu ...

    18-05-2013, 02:33

  • 
  • "Avtobus cibgirləri"nə höhm oxundu

    "Avtobus cibgirləri"nə höhm oxundu ...

    29-06-2016, 19:12

  • 
  • Vəzifəli şəxslərin məhkəməsi başladı

    Vəzifəli şəxslərin məhkəməsi başladı ...

    11-09-2016, 14:25

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Şirkət meneceri məhkəmə zalında həbs edilib

    Şirkət meneceri məhkəmə zalında həbs edilib ...

    15-01-2016, 12:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu