GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Akif Çovdarovun məhkəməsində yeni faktlar açıqlanır

Akif Çovdarovun məhkəməsində yeni faktlar açıqlanır

Tarix: 9-02-2017, 21:16 Bölmə :Ölkə Baxış: 388
Akif Çovdarovun məhkəməsində yeni faktlar açıqlanır

İcra başçısının müavini: “Akif Çovdarovun adını hallandırmamışam, onun adı ilə heç kimi qorxutmamışam”

Bələdiyyə sədri: “İcra başçısının müavini bizi hədələdi”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

Proses başlanan kimi Akif Çovdarov arayış verib: “Bundan əvvəlki iclasda mən müstəntiq Emil Qəhrəmanovun epizodlardan birini cinayət işinə daxil etməməsi üçün məndən 100 min manat istəməsini demişdim. Bu söhbət vəkilimin iştirakı ilə olub, amma bir məsələ var. Mənim heç vaxt sıravi əməkdaşlarla işim olmayıb. Təbii ki, Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq İdarəsinin rəisi Eldar Əhmədovun xəbəri olmasaydı, müstəntiq mənimlə bu barədə danışmazdı. Sadəcə olaraq, istədim ki, bunu biləsiniz. Onsuz da onların hamısı gəlib burada ifadə verəcəklər. Onlar burada olanda mən hər şeyi açıb deyəcəyəm. Kimin əsl rüşvətxor, korrupsioner olduğunu hamı biləcək”.

Akif Çovdarovun istəyi niyə yerinə yetirilmir?

Daha sonra Akif Çovdarovun vəkillərindən biri Sadiq Rəsulov vəsatətlə çıxış edib. Vəkil qeyd edib ki, müvəkkilinin kardioloji xəstəlikləri ilə əlaqədar müayinə edilməsinə şəraitin yaradılmalıdır: “Belə ki, Kardiologiya İnstitutunun əməkdaşları, bu tibb müəssisəsi dövlətə tabe olduğu üçün, məsələnin müvafiq instansiyalarda həll edilməsindən sonra təcridxanaya həkim göndərə biləcəklərini bildirirlər. Bu səbəbdən də “MediClub” özəl tibb müəssisəsi ilə danışıqlar aparıb, müayinə üçün lazım olan vəsaiti də təqsirləndirilənin hesabına ödədik. Lakin təcridxananın rəhbərliyi kənar tibb işçilərinin daxil olması üçün məhkəmənin müvafiq qərarının olmasını tələb edirlər”.

Dövlət ittihamçısı təqsirləndirilənin müayinə edilməsinin onun konstitusion hüququ olduğunu deyib. O, vəsatətin təmin edilməsinə etiraz etməyib. Məhkəmə isə vəsatəti təmin etməyib.

Sonra Kürdəmir rayonunda yerləşən “Xatirə” restoranın sahibinə qarşı edilən qanunsuz hərəkətlərlə bağlı dinləmə olub. Məlumat üçün bildirək ki, Kürdəmir rayon Mollakənd sakini Şehman İmanova məxsus “Xatirə” restoranı Akif Çovdarov və adamları tərəfindən zorla ələ keçirilib.

Kürdəmir rayon sabiq icra hakiminin aqrar məsələlər üzrə müavini olmuş Əşrəf Şükürov ifadə verib. O, ifadəsində istintaqa ifadəni təsdiqləyib.

Kürdəmirdəki torpaq sahələrinin ələ keçirilməsi

Əşrəf Şükürovun sözlərinə görə, 1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsini bitirib, ali təhsil

aldıqdan sonra müxtəlif qurumlarda müvafiq vəzifələrdə çalışıb: “1999-cu ildən 2015-ci ilin mart ayına kimi Kürdəmir rayon İcra Hakimiyyətinin aqrar məsələləri üzrə başçısının müavini vəzifəsində işləmişəm. 1985-ci ilin aprel ayının əvvəllərində Girdiman çayında suyun səviyyəsi həddən artıq qalxması nəticəsində Kürdəmir rayonunun Ərşəli kəndi su basıb. Bu səbəbdən həmin kənddə bir dənə də ev salamat qalmayıb, yeni salınmış kənd 12 kilometr yuxarı Karrar kənd ərazisinə köçürülüb. Həmin dövrdə kənd camaatı həm əkin, həm də örüş üçün həmin dövrdə fəaliyyət göstərən Axundov adına kolxozun torpaqlarından istifadə edirdi. 1996-cı ildən etibarən respublikada həyata keçirilmiş torpaq islahatı zamanı Axundov adına kolxozun torpaqlarından, həmçinin Ərşəli kənd camaatına da torpaq payı verilib. Həmin dövrdə bələdiyyə mülkiyyətinə aid olan təxminən 30 hektara yaxın əkinə yararlı olmayan torpaq sahəsi örüş üçün Ərşəli kənd camaatına ayrılıb. Həmin örüş sahələri kəndin ətrafında yerləşirdi”.

“Sərəncamın icrası mənə tapşırılmışdı”

Əşrəf Şükürov qeyd edib ki, 2006-cı ilin dekabr ayının axırlarında “RAF-2006” MMC-nin rəhbərliyi Kürdəmir rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə dövlət fondu torpaqlarından cəmiyyətin uzunmüddətli istifadəsinə 100 hektar torpaq sahəsi ayrılmasını xahiş edib: “Müraciətlə əlaqədar mütəxəssis komissiyası rayonun ərazisindəki dövlət fondu torpaqlarına baxış keçirdi. Kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə “RAF-2006” MMC-nin uzunmüddətli istifadəsinə “Ərşəli yeri” adlanan dövlət fondu

torpaqlarından 100 hektar sahənin icarəyə verilməsini məqsədəmüvafiq hesab etdi. Bununla əlaqədar Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Fəxrəddin Məlikov tərəfindən sərəncam verildi. Sərəncama əsasən Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən “RAF-2006” MMC ilə icarə müqaviləsinin bağlanması mənə həvalə edildi. Sərəncamın icrasına nəzarət mənə tapşırıldı. Qanunamüvafiq qaydada torpaq sahəsinin uzunmüddətli istifadəyə verilməsi ilə bağlı həmin cəmiyyətlə müqavilə bağlanıldı, 60 hektara yaxın torpaq sahəsində nar ağacları əkildi, həmin torpaq sahəsi hazırda da istifadə edilirdi”.

Əşrəf Şükürov bildirib ki, 2013-cü ildə həmin torpaq sahəsi notariat yolu ilə “RAF-2006” MMC tərəfindən Bakı şəhər sakini Həsən Şərifovun istifadəsinə verilib.

“Akif Çovdarovun adını hallandırmamışam”

Əşrəf Şükürov həmçinin ifadəsində “RAF-2006” MMC-nin sahibi və təsisçisinin kim olduğunu bilmədiyini deyib: “Həmin cəmiyyətin yalnız sədri Ramiz Əfəndiyevi tanıyırdım. “Ərşəli yeri” adlanan torpaq sahəsi rayonun Ərşəli kəndindən təxminən 2-3 kilometr məsafədə yerləşir. Ərşəli kənd camaatın mal-qarası otlamaq üçün örüş sahəsi kimi 100 hektar torpaq sahəsinin “Ərşəli yeri” adlanan torpaq sahəsinin olduğunu dəqiq bilməmişəm. MTN-nin yüksək rəhbər vəzifədə olan Akif Çovdarov adlı şəxsin olduğunu yalnız respublikada rezonans yaratmış baş vermiş hadisələrdən sonra bilmişəm. Heç vaxt Mətləb Rzayevə Akif Çovdarovun adını hallandırmamışam. Onun adı ilə heç kimi qorxutmamışam, heç vaxt Mətləb Rzayevdən qardaşı Rzayev Yaşar Söydümalı oğluna müvəqqəti istifadə üçün verilmiş 60

hektar torpaq sahəsindən imtina edilməsi ilə bağlı ərizə yazmağa məcbur etməmişəm”.

“Örüş sahəsinin Akif Çovdarova icarəyə verilməsini dedi”

Sonra şahid qismində dindirilən Mətləb Rzayev bildirib ki, 1985-ci ilin aprel ayında Kürdəmir rayonunun ərazisindən 100 hektar sahə Ağsu rayonuna qışlaq kimi verilib: “1996-cı ildə torpaq islahatı zamanı həmin sahə Kürdəmir rayonu Ərşəli kənd camaatına örüş kimi ayrılıb, 2003-cü ilin əvvəllərində kənd bələdiyyəsinin sədri olarkən, həmin örüşdən 60 hektar sahə müvəqqəti istifadə üçün qardaşım Yaşar Rzayevə verilib”.

Mətləb Rzayevin sözlərinə görə, 2006-cı ilin payızında Kürdəmir rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Əşrəf Şükürov 22 dekabr 2006-cı il tarixli sərəncamla həmin 100 hektarlıq örüş sahəsinin MTN-də yüksək rəhbər vəzifədə olan Akif Çovdarova məxsus “RAF-2006” MMC-nə icarəyə verilməsini deyib: “Bu səbəbdən qardaşıma verilmiş sahədən imtina etməyi, əks halda böyük problemlərlə rastlaşacağımızı bildirdi. Kənd camaatının çoxsaylı şikayətlərindən sonra örüş üçün yararsız yerdən 50 hektar sahə ayrıldı”.

“Heç kimin yolunu bağlamamışıq”

Daha sonra şahid qismində ifadə verən “RAF-2006” MMC-nin direktoru, Akif Çovdarovun uşaqlıq dostu Fəttah Seyidov bildirib ki, təqaüdə çıxdıqdan sonra Kürdəmir rayonunda kənd təsərrüfatı ilə məşğul olmağa qərar verib: “Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyindən götürdüyüm kreditin və şəxsi vəsaitinin hesabına

Kürdəmirdə balıqçılıq təsərrüfatı və nar bağı, eyni zamanda, Göyçay rayonunda nar bağı saldım”.

Fəttah Seyidov zərərçəkmiş Şehman İmanovun verdiyi ifadənin əsassız olduğunu deyib: “Biz heç kimin yolunu bağlamamışıq və heç belə fikrimiz də olmayıb. Minlərlə nar ağacı şitili əkmişdik, mal-qaranın onları məhv etməməsi üçün tor məftil hasar çəkdik və cəftəli bir qapı qoyduq. İstənilən adam həmin cəftəni açıb içəri girə bilərdi, çünki biz balıq satırıq-alıcıların üzünə qapını bağlaya bilmərik ki?”

Şahid onu da məhkəmənin diqqətinə çatdırıb ki, “Xatirə” yeməkxanası 1993-cü ildən sonra fəaliyyət göstərməyib və onun fəaliyyəti ilə bağlı heç bir sübut yoxdur.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu