Rəsmi Dəməşq: “Dəyərlərimiz buna imkan verməz” Suriya hökuməti Türkiyənin Reyhanlı bölgəsində 46 nəfərin ödümünə səbəb olan terror aktına münasibət bildirib. Musavat.com-un Habertürk-ə istinadən verdiyi məlumata görə, rəsmi Dəməşq partlayışlara görə məsuliyyəti üzərinə götürməyib. Suriyanın informasiya naziri Ümran əl Zubi dövlət televiziyası ilə çıxışında bunları deyib: “Suriya belə bir şey etməyib və heç vaxt etməz. Çünki dəyərlərimiz buna imkan verməz”. Nazir baş verənlərə görə rəsmi Ankaranı ittiham edib. Onun sözlərinə görə, bu vəziyyətə Türkiyənin siyasəti səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?