"Keçmiş polis zabitinin "futbol qumarxanası" evlərimizin satılmasına,külli miqdarda borca düşməyimizə səbəb olub
Bir qurup Gəncə şəhər sakini mediaya müraciət edərək, şəhərdə fəaliyyət göstərən "Zenitbet" bukmeker kontorlarının onları müflisləşdirdiyini və bu "futbol qumarı" nın qarşısının alınması üçün əlaqədar orqanların işə qarışmasını istəyirlər. Həmin müraciəti olduğu kimi təqdim edirik: "Gəncəbasarı müflis edən ”Zenitbet”a mafiyasına "dur" deyən tapılmır. Ölkənin qərb bölgəsində Bukmeker kontorlarının ofislərinin sayı durmadan artır. Təkcə Gəncə şəhərində “Zenitbeta”nın 5 yerdə kontorları fəaliyyət göstərir. Gəncədəki, futbol qumarxanalarına sabiq polis zabiti Nofəl və İlqar adlı şəxslər rəhbərlik edirlər.Əhalini müflüsləşdirməyə, kirminogen durumu pozmağa yönəlik bu cür vasitələrlə sərvət toplayan məmur ifşa edilməlidir.İnsanları 15 saat Bukmeker kontorlarına toplayıb ailələrin ev-eşiklərini satdıran futbol qumarbazları əhalidən yığılan pulların 60%-ni Rusiya federasiyasına, yerdə qaln 40% və uduşun 5%-nı öz ciblərinə qoyurlar. Bu bukmekerlərdən ölkənin hüquq-mühavizə orqanlarının xəbəri olmaya bilməz.Keçən günlərdə Milli Məclisdə ölkədə «futbol qumarı»nı öz əlində cəmləşdirən Topaz Bukmeker kontorları haqqında sərt tənqidi fikirlər səsləndi. Bəzi deputatlar futbol qumarxanalarının ailələri dağıtmaqda, vətəndaşları müflisləşdirməkdə ittiham etdilər və onun bağlanmasını tələb etdilər. Bizim ailəmizin üzvüləri Gəncədə fəaliyyət göstərən “Zenitbeta”nın qurbanına çevrilibər.Evlərimiz satlıb qonum-qonşuya sələmçilərə həddən-ziyada külli-miqdar borclarımız yığılıb. Nazirlər Kabinetinin qərarı olmadan qeyri-qanuni fəaliyyət göstərən “Zenitbet” adı altında futbol qumarxanasının dövrüyyəsinə yığılan külli miqdar vəsaitlərin hara getdiyi məlum deyil.Məhz həmin pullarla kriminal olaylar, qətllər və digər cinayətlər törədilə bilər.Və ən nəhayət, “Zenitbet”a indiyədək qanuni fəaliyyəti və gəlirləri nə üçün ictimaiətə tam açıqlamayıb?"
Sorğu
Yeni dizaynımız necədir?