“Azərbaycan xalqı və Azərbaycan höküməti bu gün böyük bir korrupsiya mənbəyindən xilas oldu. Və mən deyirəm - kim mənim qardaşıma xəyanət edəcəksə aqibəti bu cür olacaq”
Bu sözləri Müasir Müsavat Partiyasının lideri Hafiz Hacıyev nəqliyyat naziri Ziya Məmmədovun istefası və nazirliyin ləğvi haqda danışarkən bildirib.
Onun sözlərinə görə, prezident seçkilərindən sonra bu məsələni gündəmə gətirmişdi: “Ziya Məmmədovla görüşümdə mənim qardaşım haqqında mənə dediyi əxlaqsız sözü qardaşıma çatdırmışdım.
Bilirsiz necədi, adam yediyi çörəyə, yediyi qabın içinə tüpürməz. Amma Ziya Məmmədov o qabın içinə tüpürdü. Bu gün Ziya Məmmədov kimi görməmiş adamlar gəldi, rəhmətlik dədəmiz Heydər Əliyevin, mənim qardaşım İlham Əliyevin hesabına milyardlar yığdı.
Milyardlar yığandan sonra onun oğlu Anar Məmmədov və qudası Heydər Əsədov qudurdular və anti-İlham Əliyev koalisiyasında təmsil olundular. Artıq Azərbaycan xalqı bilməlidir ki, Hafiz Hacıyev, İlham Əliyev xalqını düşünən insandır”.
MMP lideri qeyd edib ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun da vəzifədə qalması yersizdir: “Ona görə ki, qızının əri Avropada İlham Əliyevin əksinə işləyən qüvvələrlə bir yerdə olursa, onu maliyyələşdirirsə, əlbəttə ki, Heydər Əsədov da orda qala bilməz. Bu gün kənd təsərrüfatı haqqında verdiyi yalan məlumatlar hamısı xalqın başında çatlayır.
Onun “Varovski”də tikdirdiyi villalar təcili əlindən alınmalıdır. O cümlədən, Həsən Əliyev küçəsində aldığı 5 milyon manatlıq villaya da həbs qoyulub xalqa qaytarılmalıdır. Həmçinin Londonda 35 milyona aldıqları villa London məhkəməsinə verilməlidir və qaytarılaraq xalqa çatdırılmalıdır.
Mən düşünürəm ki, Ziya Məmmədovu elə-belə buraxmaq lazım deyil. Onun əlində olan milyardları əlindən almaq lazımdı, cinayət işi açılmalıdı və həbs edilmədi. O cümlədən Heydər Əsədovu.
Hafiz Hacıyev Ziya Məmmədovun kimliyini açıb deyibsə və onun tərəfdarları məni ölümlə hədələyirdisə, bəs Ziya Məmmədov bilmirdi ki, onun axır aqibəti bu cür olacaq?! Heydər Əsədov da bəri başdan getsin çamadanını yığsın”.(Politika.Az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?