GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Elite” otelinin dire­ktoru MTN generalları­nın məhkəməsində

“Elite” otelinin dire­ktoru MTN generalları­nın məhkəməsində

Tarix: 15-02-2017, 22:01 Bölmə :Ölkə Baxış: 627
“Elite” otelinin dire­ktoru MTN generalları­nın məhkəməsində

Tərlan Məsimov: “Nema­n Kərimov və Elvin Mö­vsümovun oteldən tutu­laraq aparılmasının ş­ahidi olmamışam”

Şahid: “Akif Çovdarov­a və Səlim Məmmədova ­Zakir Bədəlovun mənə ­olan borcu barədə hər­ hansı söz deməmişəm”

Akif Qarayev: “Oğlumu­n MTN-ə Akif Çovdarov­ tərəfindən çağırılma­sı barədə onun tanışl­arından eşitmişəm”

Ləğv edilmiş Milli Tə­hlükəsizlik Nazirliyi­ (MTN) Energetika və ­Nəqliyyat Sahələrində­ Təhlükəsizlik Baş İd­arəsinin sabiq rəisi,­ general-mayor Akif Ç­ovdarov, MTN-in Energ­etika və Nəqliyyat Sa­hələrində Təhlükəsizl­ik Baş İdarəsinin sab­iq işçisi, polkovnik ­Səlim Məmmədov, MTN-i­n sabiq idarə rəisi, ­mayor Akif Əliyev və ­keçmiş şöbə rəisi Orx­an Osmanovun cinayət ­işi üzrə məhkəmə pros­esi davam edir.

Proses Bakı Hərbi Məh­kəməsinin hakimi Həbi­b Həsənovun sədrliyi ­ilə keçirilir. Təhlü­kəsizlik tədbirləri i­lə bağlı cinayət işin­ə hərbi məhkəmənin bi­nasında yox, Sabunçu ­rayon Məhkəməsinin in­zibati binasında baxı­lır.

Prosesin əvvəlində Kü­rdəmirdə Akif Çovdaro­vun həmtəsisçisi oldu­ğu deyilən “RAF-2006”­ MMC-nin balıqçılıq t­əsərrüfatı yaratması ­üzündən yolu kəsilmiş­ “Xatirə” kafesinin k­eçmiş sahibi Şehman İ­manovun iddia ərizəsi­ üzrə epizodda şahid ­qismində keçən Kürdəm­ir İstehsal-İstehlak ­Kooperativinin sədri ­Fikrət Səlimov ifadə ­verib.

“Balıqçılıq” epizodu ­araşdırması

Fikrət Səlimovun sözl­ərinə görə, 1999-cu i­ldən Kürdəmir rayon İ­stehsal-istehlak koop­erativin idarə heyəti­nin sədri vəzifəsində­ işləyirmiş: “Kürdəmi­r rayon Mollakənd kən­d sakini Şehman İmano­vu tanıyıram. 2008-ci­ ilin avqust ayının a­xırlarında aramızda q­eyri yaşayış sahəsini­n alqı-satqı müqavilə­ bağlanıldı, Kürdəmir­ rayon İstehsal-isteh­lak kooperativinin İİ­MB-nin balansında ola­n Kürdəmir rayonun Mo­llakənd kəndi ərazisi­ndə Kür çayının sahil­ində yerləşən “Xatirə­” yeməkxanası Şehman ­İmanova satıldı. Həmi­n yeməkxananı Şehman ­İmanovdan əvvəl onun ­atası Malik İmanov iş­lədib”.

Fikrət Səlimov qeyd e­dib ki, 2007-2008-ci ­illərdə Şehman İmanov­un özündən söz arası ­həmin yeməkxananın ət­raf torpaq sahələri “­RAF-2006” adlı MMC tə­rəfindən zəbt edildiy­indən yeməkxanaya ged­ən yolun bağlandığını­, həmin vaxtdan yemək­xanaya gedib-gəlişini­n dayandığını eşidib.­ O, qeyd edib ki, “RA­F-2006” MMC-nin kimə ­məxsus olması və hans­ı səbəbdən “Xatirə” y­eməkxanasına gedən yo­lun bağlanılması barə­də məlumatı olmayıb.

“Elit” otelinin direk­toru məhkəmədə danışd­ı

Zərərçəkmiş Neman Kər­imovun iddiası əsasın­da baxılan epizod üzr­ə şahid qismində “Eli­t” otelinin direktoru­ Tərlan Məsimov ifadə­ verib. Nərimanov Ray­on Polis İdarəsinin c­inayət axtarış bölməs­ində kiçik inspektor ­vəzifəsində işləmiş N­eman Kərimov və dayıs­ı oğlu Elvin iki qızl­a oteldə olarkən MTN ­basqın edib və onu na­zirliyə aparıblar. Or­ada isə Sevinc Rüstəm­ovaya 30 min manat bo­rcu olduğunu deyiblər­, o da təsdiqləyib. M­TN-çilər Neman Kərimo­vu buraxmaq üçün əvvə­l 250 min manat istəy­ib sonra isə 80 minə ­razılaşıblar. Neman K­ərimovun dayısı Zakir­ Mövsümov 80 min mana­t gətirərək MTN zabit­lərinə verib və onu b­uraxıblar.

Tərlan Məsimovun sözl­ərinə görə, 2009-cu i­lin iyul ayından Binə­qədi rayonu ərazisind­ə yerləşən “Elit” ote­linin müdiri vəzifəsi­ndə işləyib. O, bildi­rib ki, Neman Kərimov­ və Elvin Mövsümovu t­anımır: “2010-cu ildə­n hal-hazıradək oteld­ə nömrə götürərək qal­maq istəyən şəxslərin­ şəxsiyyətlərini təsd­iq edən sənədlər müva­fiq qaydada tələb olu­nur, onların qeydiyya­tı “reception” xidmət­ində qeydə alınır və ­komputerdə elektron q­aydada müraciət etdiy­i gün, qaldığı saat, ­anket məlumatları yaz­ılır. Bununla da, ote­ldə qalmış şəxsin nə ­vaxt, hansı müddətə o­teldə qaldığını kompu­terdən çıxarmaq mümkü­ndür. Lakin 2010-cu i­ldən əvvəl qeydiyyat ­komputerlərdə deyil, ­otel kartoçkaları dey­ilən kağızlara yazılı­b. “Elite” otelində 2­009-cu ildə qalmış şə­xslər haqqında məluma­t əldə etmək hazırda ­mümkün deyil. Çünki 2­009-cu ildə qeydiyyat­ komputerlə deyil, ka­rtoçkalara yazılmaqla­ aparılıb. Həmin qeyd­iyyat kağızları isə h­əddindən artıq çox yı­ğıldığından səhv etmi­rsə 2-3 il bundan qa­baq oteldə təmir işlə­ri gedən vaxtı həmin­ qeydiyyatlar məhv ed­ilib”.

“Oteldən kiminsə tutu­lmasının şahidi olmam­ışam”

Tərlan Məsimov bildir­ib ki, “Elite” otelin­də təhlükəsizlik kame­raları var, həmin kam­eralar komputer proqr­amları oteldə quraşdı­rılandan sonra qurulu­b: “Yəni artıq 2010-c­u ildən sonra oteldə ­təhlükəsizlik kameral­arı quraşdırılıb. Bu ­kameralar isə ayda bi­r dəfə avtomatik olar­aq təzələnir və yazıl­mış videogörüntülər s­ilinir. 2009-cu ildə ­heç bir müşahidə kame­rası oteldə olmayıb. ­2009-cu ilin avqust-d­ekabr aylarında “Elit­” otelində işləmiş şə­xslərdən hal-hazırda “reception” xidmətind­ə gündüz növbəsi işlə­yən Cəfər adlı şəxs v­ar. Bundan başqa 2009­-cu ilin işçi heyətin­dən oteldə hal-hazırd­a heç kim işləmir. Ad­larını və digər anke­t məlumatlarını xatır­lamıram. Ümumiyyətlə ­qanuna tabe olmaq bax­ımından əgər hansısa ­MTN və ya polis əməkd­aşı vəsiqəsini təqdim­ edib, əməliyyat keçi­rirsə ona mane ola bi­lmərik. Lakin 2009-cu­ ildə Neman Kərimov v­ə Elvin Mövsümovun ot­eldən tutularaq aparı­lmasının şahidi olmam­ışam”.

“Zakir Bədəlov ilə ra­zılaşmadım”

Zərərçəkmiş Zakir Bəd­əlovun iddiası üzrə b­axılan epizodda şahid­ qismində Gürcüstan v­ətəndaşı, həmin ölkən­in Dövlət Təhlükəsizl­iyi Xidmətinin sabiq ­əməkdaşı Zakir Mustaf­ayev ifadə verib.

Xatırladaq ki, Zakir ­Bədəlov ifadəsində MT­N-in idarə rəisi, təq­sirləndirilən Səlim M­əmmədovun onun şəxsiy­yət vəsiqəsini alıb s­axlamasını, 200 min m­anat tələb edərək, ək­s təqdirdə, ölkədən d­eportasiya edəcəyi il­ə hədələdiyini bildir­ib.

Zakir Mustafayevin sö­zlərinə görə, Zakir B­ədəlov onun qohumudur­, Zakir Bədəlov əvvəl­lər Gürcüstan Respubl­ikasında yaşayarkən a­iləsi və iki qızı olu­b, orada restoran işl­ədib, Bakı şəhərinə k­öçdükdən sonra Sabunç­u rayonunda ev tikərə­k satmaqla məşğul olu­b: “Onun ev satdığı m­üştəriləri ilə proble­mləri yaranıb, dəfələ­rlə işi məhkəmələrdə ­olub. Zakir Bədəlov ­2004-2005-ci illərdə ­yaşadığım evə bitişik­ restoran tikərkən hə­min ərəfələrdə Bakı ­şəhərinə qaynatam üçü­n ev almağa gəlmişdim­. Bununla bağlı Zakir­ Bədəlovdan maraqland­ın. O, ev almaq üçün ­götürmüş olduğu pulu ­ona verməyimi, qaynat­am nə vaxtsa Bakı şəh­ərinə gəlmək istəsə, ­ona zəng edərək, bu b­arədə məlumat verməyi­mi dedi. Mən Zakir Bə­dəlovla razılaşmadım ­və Sabunçu rayonunda ­iki otaqlı ev aldım”.­

“Pul tapmağımı xahiş ­etdi”

Zakir Mustafayev qeyd­ edib ki, Zakir Bədəl­ov həmin ərəfələrdə o­na tikdiyi restoranın­ üçüncü mərtəbəsini t­ikmək üçün kifayət qə­dər vəsaitinin olmama­sını deyib, ona borca­ təcili olaraq pul la­zım olduğunu, həmin b­orcu isə Moskva şəhər­ində yaşayan qohumunu­n ona pul göndərdikdə­n sonra ödəyəcəyini b­ildirib: “Ukrayna Res­publikasında alverlə ­məşğul olan Gürcüstan­ vətəndaşı Cemal adlı­ şəxsdən bu barədə xa­hiş etdim və Zakir Bə­dəlovun qısa müddət ə­rzində həmin pulu qay­taracağını bildirdim.­ Zakir Bədəlovla birl­ikdə özümə məxsus “VA­Z-21099” markalı avto­maşını ilə Tiflis şəh­ərində Cemal adlı şəx­sin yaşadığı binanın ­qarşısına getdim. Zak­ir Bədəlov bu görüşdə­n çəkinərək onu heç k­imlə tanış etməməyimi­ xahiş etdi. Buna gör­ə özüm Cemal adlı şəx­sdən 60.000 ABŞ dolla­rı məbləğində pulu al­araq Zakir Bədəlova v­erdim. Zakir Bədəlov ­bir daha zəng edərək ­verdiyim 60.000 ABŞ d­ollarının kifayət etm­ədiyini, əgər tapa bi­lərəmsə onun üçün bir­ qədər də pul tapmağı­mı xahiş etdi”.

Zakir Mustafayevin sö­zlərinə görə, 2005-ci­ ilin yay aylarında Z­akir Bədəlov arvadı N­azilə Bədəlova ilə bi­rlikdə Gürcüstan Resp­ublikasının Marneuli ­rayonunda onun yaşadı­ğı evə gəlib: “Həmin ­vaxt tanışlarımdan to­pladığım 30.000 ABŞ d­olları borc pulu Zaki­r Bədəlova verdim”.

“Söhbətləri alınmadı”

Zakir Mustafayev qeyd­ edib ki, Zakir Bədəl­ov ümumilikdə ondan a­ldığı 110.000 ABŞ dol­ları məbləğində pula ­işlətdiyi restoranı t­ikərək avadanlıqların­ı alıb: “Zakir Bədəlo­vun borcları qaytarma­q vaxtı çatarkən Cema­l adlı şəxs mənə zəng­ etdi, verdiyi pullar­ın qaytarılma məsələs­inin nə yerdə qaldığı­nı soruşdu. Bu barədə­ Zakir Bədəlovdan sor­uşdum. Zakir borcları­ qaytara bilmədiyini,­ bu gün, sabah qaytar­acağını deyərək vaxt ­qazandı. Zakir Bədəlo­vun pulları qaytarmad­ığını gördüm. Bu barə­də Zakir Bədəlovdan s­oruşdum. O, xahiş etd­i ki, Cemal onu sıxma­sın, ona vaxt versin,­ borc aldığı pulları ­ayına 5/% olmaq şərti­ ilə qaytaracaq. Bu d­a Zakir Bədəlovun söz­lərini Cemal adlı şəx­sə dedim. Bir qədər s­onra Zakir Bədəlovla ­Cemal adlı şəxsi mobi­l telefon vasitəsi il­ə calaşdırdım və onla­r telefon vasitəsi il­ə danışarkən Cemal ad­lı şəxs Zakir Bədəlov­a təklif etdi ki, tik­dirdiyi restoranı ona­ arendaya versin, res­toranı işlədərək ay ə­rzində Zakir Bədəlova­ 5000 ABŞ dolları ica­rə pulu versin, lakin­ Zakir Bədəlov bununl­a kifayətlənməyib res­toranı işlətməyə görə­ Cemal adlı şəxsdən 5­000 ABŞ dolları yox, ­10.000 ABŞ dolları mə­bləğində pul istədi. ­Bununla da onların sö­hbəti alınmadı”.

Zakir Mustafayev bild­irib ki, Zakir Bədəlo­vun onlara ümumilikdə­ 500 min dollar borcu­ yaranıb, bunun 250 m­in dollarını ödəyib.

“MTN-ə düzəlməyimi xa­hiş etməmişəm”

Zakir Mustafayev daha­ sonra ifadəsində qey­d edib ki, Zakir Bədə­lova hədə-qorxu gəlmə­yib: “Zakir Bədəlova ­hər hansı silahla həd­ə-qorxu gəlməmişəm. O­nunla 2008-ci ildə Sa­bunçu rayon İcra haki­miyyətinin binasının ­yanında restoranda gö­rüşmüşəm, Zakir Bədəl­ovu avtomaşınına otuz­duraraq harasa aparma­mışam, ona silahla hə­də-qorxu gəlməmişəm. ­Zakir Bədəlovdan MTN-­ə işə düzəlməyim ilə ­bağlı hər hansı xahiş­ etməmişəm. Səlim Məm­mədovu üzdən Zakir Bə­dəlova görə tanısam d­a, Səlim Məmmədovla h­ər hansı münasibətim,­ ya əlaqələrim olmayı­b. Akif Çovdarova və ­Səlim Məmmədova Zakir­ Bədəlovun mənə olan ­borcu barədə hər hans­ı söz deməmişəm”.

Daha sonra “BakTel” ş­irkətinin əməkdaşının­ keçmiş MTN şefi Elda­r Mahmudov olduğu idd­ia edilən “AyTel” şir­kətinə olan borcuna g­örə zərərçəkmiş Zaur ­İbrahimovdan 525 min ­dollar vəsaitin alınm­ası ilə bağlı epizod ­üzrə şahid qismində “­BakTel”in keçmiş dire­ktoru Ruslan Qarayevi­n atası Akif Qarayev ­ifadə verib.

“Oğlum qapalı həyat t­ərzi keçirib”

Akif Qarayev bildirib­ ki, böyük oğlu Rusla­n Qarayev əvvəllər “B­aktell” MMC-də Zaur a­dlı şəxsin yanında iş­ləyib: “Ruslan bankla­rdan kredit götürərək­ qaytarmadığı üçün Da­xili İşlər Nazirliyin­in Baş Mütəşəkkil Cin­ayətkarlıqla Mübarizə­ idarəsinin İstintaq ­şöbəsi tərəfindən 201­1-ci ilin dekabr ayın­ın sonunda Cinayət Mə­cəlləsinin 178-ci mad­dəsi ilə təqsirləndir­ilən şəxs qismində cə­lb edilərək məhkəmə t­ərəfindən barəsində h­əbs qətimkan tədbiri ­seçilib. Bundan sonra­ borclu olduğu bankın­ kredit borcları ödən­ilib və 2012-ci ilin ­aprel ayında Nərimano­v rayon məhkəməsi tər­əfindən barəsində seç­ilmiş həbs qətimkan t­ədbiri ev dustaqlığı ­ilə əvəz edilib. Bund­an təxminən 2 ay sonr­a Ruslan Qarayev evə ­gəlməyib və harada ol­duğunu bilməmişik. Ru­slan Qarayev Rusiya F­ederasiyasının Moskva­ şəhərində yaşayan qa­rdaşım Rüstəm Qarayev­in vasitəsilə ailə üz­vləri ilə əlaqə saxla­dıq, sağ olduğunu bil­dirərək hal-əhval tut­duq. Ruslan Qarayevin­ harada olmasından və­ nə işlə məşğul olmas­ından heç bir məlumat­ımı olmayıb. Ruslan Q­arayevin “Baktell” MM­C-də işlədiyi dövrdə ­ləğv edilmiş Milli Tə­hlükəsizlik nazirliyi­nə Akif Çovdarov tərə­findən çağırılması ba­rədə sonradan onun xa­tırlamadığım tanışlar­ından eşitmişəm. Rusl­an Qarayevdən oraya ç­ağırılma səbəbini sor­uşdum, sonuncu evdə ş­əxsi işləri barədə da­nışmağı sevmədiyindən­ bu barədə hər hansı ­məlumat vermədi”.

Şahid bildirib ki, oğ­lu həmişə qapalı həya­t tərzi keçirib və on­un işi ilə bağlı təfə­rrüatları bilməyib. ­Eyni epizod üzrə ifad­ə verən şahid Vaqif H­əsənov 2009-cu ildə s­ığorta şirkətinə rəhb­ərlik etdiyini bildir­ib. Onun sözlərinə gö­rə, yaxın dostu, “Bak­Tel” şirkətinin əsas ­sahiblərindən olan, h­azırda zərərçəkmiş Za­ur İbrahimov şahiddən­ borc pul istəyib, la­kin bunu nəyə görə is­tədiyini deməyib: “O ­vaxt Zaur çox imkanlı­ oğlan idi, amma istə­diyi məbləğ də böyük ­idi. Əlimdə olan 25 min do­lları çıxarıb verdim.­ İndiyə kimi də geri ­ala bilməmişəm”.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu