Məlum olduğu kimi yolların genişləndirilməsi ilə bağlı Şah İsmayıl Xətainin Yusif Səfərov küçəsindən qoyulan heykəlinin götürülüb başqa bir ərazidə yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. 1993-cü ilə sözügedən abidənin ucaldıımasının təşəbbüskarı və həyata keçirilməsinə rəhbərlik etmiş Xətai Rayon İcra Hakimiyyətinin o zamankı başçısı Zəlimxan Məmmədli Turkustan.info saytına açıqlamasında son günlər heykəl ətrafında gedən söz-söhbətlərə belə münasibət bildirib: “Şah İsmayıl Xətai Azərbaycan, Türk dövlətçilik və fikir tarixinin nəhəng simalarından biridir. Onun taxtı Türk dilinin və urfan sənətinin saraya daşınması ilə tarixi möhürünü vurmuşdur. Məncə bu iki tarixi addımı anlayan üçün hər şey deməkdir. Onun varisi bizlər ilə türk dilini cəmi 1-2 ilə yaxın ana yasamızda saxlaya bildik. Açığı Xətarinin adının indiki rayona verilməsi prosesində də fəallardan biri olmuşam. AXC-nin fəalı olaraq AXC Xətai rayol şöbəsinin məclisində Şaumyan adının Xətai adı ilə əvəzlənməsi haqda qərarın həmmüəlliflərindən biriyəm. Yadımdadır 17 minə yaxın imza toplayaraq 1990-cı ildə İcraiyyə Komitəsinin bu qərarı verməsinə nail olduq. Xətai rayonu icra hakimiyyəti başçısı kimi çalışdığım 1992-93-cü illərdə isə Xətainin heykəlinin qoyulması təşəbbüsünü irəli sürdüm və 1993-cü ilin iyun ayında bu abidənin açılış lentini kəsmək nəsibimiz oldu.
Bir millət tarixinə sahib çıxmırsa və ya tarixi yaddaşa istinad etmirsə onun tənəzzülü qaçılmazdır. İnkişaf etmiş Avropa dövlətlərinin əksəriyyəti bu baxımdan mühafizəkardırlar. Böyük bir şəbəkə isə Azərbaycan türkünü tarixi, qəhrəmanlığı, zəfərləri olmayan bir millət kimi təqdim etməklə, Xətaini, dəyərlərimizi aşağılamaqla məşğuldurlar. Bu gün bu abidəyə baxdım. Abidə mühasirəyə alınıb, işğal altındadır. Göründüyü kimi orada iş aparanlar və ya Xətai İcra Hakimiyyəti sanki burada belə möhtəşəm bir şəxsiyyətə qoyulan abidədən xəbərləri yox kimi davranırlar. Bu ciddi yanaşma deyil. Əgər yolun genişlənməsi və ya yenidən qurulması gündəmdə idisə, ilk öncə planlamada Xətainin heykəli haqqında qəti qərar verilməli və bütün qurumlara bu haqda məlumat verməli idilər. Qeyd edim ki, o zaman biz bu abidəni bu ərazidə qoyanda fikirləşirdik ki, aeroportdan gələn qonaqlara şəhərə girən kimi qəhrəmanlıq tariximiz, Xətai haqqında məlumat verək, özümüzü dolğun təqdim edək. Heykəlin ətrafında xeyli müddətdir qara əl dolaşmaqdadır. Bu mühasirədən əvvəl isə heykəlin görünməməsi üçün onun qarşısına ralli plakatı asmışdılar. Təki mən yanılım. Ancaq çağdaş durumumuz elədir ki, istənilən zaman istənilən anormallıqlarla qarşılaşa bilərik. Mən bu başdan tikintinin sifarişçisi Bakı Şəhər İcra Hakimiyyətindən bu məsələyə aydınlıq gətirmələrini və rəsmi açıqlama vermələrini tələb edirəm. Xocalı abidəsinin ideya və eskiz müəllifi kimi də Xocalı abidəsinin ilkin variantının harada saxlanılması haqqında bilgi almaq haqqım olduğunu da onların nəzərinə çatdırıram. Tariximiz və milli məsələlərimizlə zarafat etmə, onu silməyə çalışmaq bizə başucalığı gətirməz”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?