MHP sədri Səfəvi-Osmanlı mücadiləsindən danışıb Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Səfəvi hökmdarı Şah İsmayıl Xətaidən danışıb.Partiya sədri çıxışnda həm Sultan Səlim Yavuzun, həm də Şah İsmayıl Xətainin türk hökmarları olduqarını və hörmətə layıq olduqlarını bildirib.
"Nə qədər bilməməzliyə vursaq da Anadoluda ələvi və sünni bölünməsi Osmanlı-Səfəvi mücadiləsinin nəticəsidir. Şah İsmayılın dövləti İran ərazisində qurulmuş bir Türk dövlətidir. Şah İsmayıl Xətai də bizim üçün ən az Sultan Səlim qədər yeri dolmayacaq dəyərli bir hökmdarımızdır. Biz nə Yavuzdan, nə də İsmayıldan vaz keçməyəcəyik", - deyə Dövlət Baxçalı bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?