Samux rayonunun Tatlı kənd sakini Qabil Alıyevin yaşadığı evdən oğurluq olub. ARB Kəpəz xəbər verir ki, hadisə gündüz saatlarında sahibi evdə olmayanda baş verib. İşdən qayıdan Qabil Alıyev qapı və pəncərəni açıq görüb, içəri daxil olarkən şübhələri doğrulub: "Evin ehtiyat açarı sayğacın üzərində olub. Açarı oradan götürüb qapını açıblar. Sonra qapının arxasından seyfi götürərək, pəncərədən çıxarıblar". Ev sahibini seyfdəki 600 ABŞ dolları və 480 manat nağd puldan çox şəxsi sənədlərinin oğurlanması narahat edir: "Mənim heç kimlə ədavətim olmayıb. Şübhələndiyim şəxsləri də yazmışam. Pul bir tərəfə, mənim sənədlərimi versinlər. Bu işi yoluna qoysunlar". Oğurluqla bağlı Samux Rayon Polis Şöbəsinin əməkdaşları sözügedən evdə olub, ilkin istintaq tədbirləri görülüb. Ancaq hələlik oğruları müəyyən etmək mümkün olmayıb. Hadisə ilə bağlı cinayət işi başlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?