GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədovun keçmiş müşavirinin 1 milyardlıq əmlakı

Ziya Məmmədovun keçmiş müşavirinin 1 milyardlıq əmlakı

Tarix: 21-02-2017, 23:36 Bölmə :Ölkə Baxış: 581
Ziya Məmmədovun keçmiş müşavirinin 1 milyardlıq əmlakı

“Deyirdi ən gözəl pul narkotikdədir…”
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus külli miqdarda qızıl-zinət əşyalarını mənimsəməkdə ittiham olunan Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Gündəm Xəbər” Virtualaz-a istinadən bildirir ki, hakim Əfqan Hacıyev sədrlik etdiyi proses Rövşən Əhmədovun ifadəsi ilə davam edib. R.Əhmədov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Deyib ki, saxlamaq üçün ona verilən üç bağlama daş-qaş və qızılları elə olduğu kimi də gətirib keçmiş nazir müşavirinin qızı Fatimənin evinə verib.
“Bizim analarımız əmiuşağı olub. 2003-cü ilə qədər Çingiz ailəsi ilə birgə Qırğızıstanda yaşayıb. Sonradan Azərbaycana köçüblər. Düz 12 il onun bütün var-dövləti, milyonları məndə olub. Etibar edib, verib saxlamışam, sonra da qaytarmışam. Bu hadisədən bir müddət əvvəl də mənə iki qab qızıl vermişdi. Sonra özünə təhvil verəndə dedi ki, səndə üç qab qızıl olub. Dedim nə vermisən, onu da gətirmişəm. Bir həftədən sonra kağız qutuda olan brilyantlar öz evindən çıxdı. Özü zəng vurub üzürxahlıq elədi”-keçmiş nazirin keçmiş müşavirinin qohumu deyib.
R.Əhmədov ifadəsində bildirib ki, bu hadisədən bir müddət sonra Ç.Baxşıyev onu yanına çağırıb və içi dolu qızıl qabları saxlamağı tapşırıb. O, da Ç.Baxşıyevin sözünə əməl edib. Beş aya kimi qızıllar Rövşənin evində qalıb. Amma sonradan qızının toyuna görə gəl-get çox olacağını nəzərə alaraq əmanəti sahibinə qaytarmaq istəyib. Buna görə Ç.Baxşıyevə zəng vuranda, o deyib ki, hazırda evdə yoxdular, ona görə də qızılları aparıb Fatiməgilə qoysun. O, da qızılları Ç.Baxşıyevin kürəkəninı verib.

Ziya Məmmədovun keçmiş müşavirinin 1 milyardlıq əmlakı

Təqsirləndirilən şəxsin məhkəmə ifadəsindən sitat: ”Qızılları fevralın 2-də aparıb vermişəm. Evdə Fatimənin əri Ayaz idi. Çingizə zəng vurdum soruşdum ki, qızılları Ayaza verim ya yox? O, da dedi ver. Bunlar iki aydan sonra mənə zəng vurublar ki, gəl, qablar yüngüldü. Bəs bu iki ayda qabların içinə baxmamışdılar? Özləri yerbəyer ediblər, mənim üstümə atırlar. Çingizin arvadı Dostu mənə “bunların içində heç nə yoxdu, sən qızılları oğurlamısan” dedi. Dedim aparın verin ekspertizaya yoxlasınlar. Sonradan bildim ki, qabların üzərindəki barmaq izlərini də yox eləyiblər. Mən bu adamın 40 milyonlarla pulunu, avrosunu, dollarını saxlamışam. Əgər oğurlasaydım elə onları oğurlayardım”.
R.Əhmədov keçmiş müşavirin ona şər atdığını bidirib:”Mən gələnə qədər qabları açmışdılar. Deyir ki, 6-7 kilo qızıl olub. O qədər qızıl o qablara yerləşməzdi axı. Cəmi 2 kilo qızıl olardı. Mənə böhtan atırlar. Fatimə ilə əri Avstriyada mağaza açmışdılar. Bunların arasında qırğın düşmüşdü. Fatimənin əri Ayaz deyirdi ki, mən bunların işlərinə qarışmıram. “Bandotdel”də Ayazı dindirində dedi ki, Rövşən nə deyirsə düz deyir. Məni şantaj edirdilər. Çingiz deyirdi ki, oğlunu göndərəcəyəm Qarabağa, orada şəhid olacaq”.

Ziya Məmmədovun keçmiş müşavirinin 1 milyardlıq əmlakı

Dövlət ittihamçısının suallarını cavablandıram R.Əhmədov Ç.Baxşıyevin digər göstərişlərini də yerinə yetirdiyini deyib. Kimdən pul almaq lazım imişsə alıb, kimə pul vermək lazım imişsə aparıb verib. Sonuncu dəfə Ç.Baxşıyevin qızının evinə 1 milyon manat, özünə isə 360 min dollar aparıb verdiyini deyib.
Ç.Baxşıyevin ona böhtan atmasının səbəbini isə R.Əhmədov belə izah edib:”Mənə dedi ki, İrandan, Qırğızıstandan dondurulmuş ət gətirəcəyik. Amma danışıqlardan başa düşürdüm ki, ət məsələsi deyil. Ət yox, narkotik gətirəcəkdilər. Çingiz özü həmişə deyirdi ki, ən gözəl pul bundadır. Qırğızıstanda da bu işlə məşğul olmasından danışırdı. Mən İrana getməkdən imtina etdiyimə görə incidi. Bununla bağlı aramızda anlaşılmazlıq yarandı. 60 yaşım var, qızım həkim, oğlum polisdir. Bu işə qol qoya bilməzdim. Onun sözünə əməl etmədim deyə, başıma bu oyunu açdılar. Üç gün sonra qızılların yoxa “çıxması”nı dedilər”.
Dövlət ittihamçısının “bunun sübutu var idimi?” sualına R.Əhmədov “20 ton ət gəldi, kilosu 5 manatdan 100 min manat pul eləyir, 1 milyon yox. Narkotik pulları idi, uşaq deyilik. Həmin 1 milyonu mən aparıb verdim qızına. Bundan iki gün sonrasa məni tutdurdu” deyib.

Zərərçəkmişin nümayəndəsinin “Çingiz Baxşıyevin əmlakı nə qədər olardı” sualına R.Əhmədov “saymaqla qurtaran deyil, onun milyonları yox, milyardları var” cavabını verib. Sitat: “Mənə indiyə kimi 40 milyon dollar dəyərində pul əmanət edib və saxlamışam. Bəs bunları niyə mənimsəməmişəm? Onun 1 milyard dollarlıq əmlakı var. Mən bunu sənədlərlə sübut edə bilərəm".
Məhkəmə prosesi martın1-də davam edəcək. Qeyd edək ki, sözügedən cinayət işi artıq dörd aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Əvvəlcə bu işə Rasim Sadıxovun sədrlik elədiyi hakimlər heyəti baxırdı. Ötən ilin dekabr ayında vəkil Adəm Məmmədovun hakimə etirazla bağlı vəsatəti əsasında R.Sadıxov prosesdən uzaqlaşdırıldı. Sonradan cinayət işi hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyaya verildi.
İnarə Rafiqqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qızılların hamısını Çingiz Baxşiyevə vermək istədim”

    “Qızılların hamısını Çingiz Baxşiyevə vermək ...

    28-11-2016, 00:14

  • 
  • Ziya Məmmədovun sabiq müşavirindən şok açıqlamalar

    Ziya Məmmədovun sabiq müşavirindən şok açıqlamalar ...

    23-11-2016, 14:18

  • 
  • Ziya Məmmədovun sabiq müşavirindən şok açıqlamalar

    Ziya Məmmədovun sabiq müşavirindən şok açıqlamalar ...

    28-11-2016, 21:19

  • 
  • ZİYA MƏMMƏDOVUN MÜŞAVİRİNİN MİLYONLARI…MÜDHİŞ AÇIQLAMALAR

    ZİYA MƏMMƏDOVUN MÜŞAVİRİNİN MİLYONLARI…MÜDHİŞ ...

    18-11-2016, 23:54

  • 
  • Ziya Məmmədovun müşavirini işi yenidən araşdırılacaq

    Ziya Məmmədovun müşavirini işi yenidən ...

    17-01-2017, 17:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu