GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Akif Çovdarovun məhkəməsində yeni faktlar açıqlanır

Akif Çovdarovun məhkəməsində yeni faktlar açıqlanır

Tarix: 26-02-2017, 18:46 Bölmə :Ölkə Baxış: 658
Akif Çovdarovun məhkəməsində yeni faktlar açıqlanır

Şahid: “Akif Çovdarovun ona hədə-qorxu gələrək pul tələb etdiyini, pis vəziyyətdə olduğunu bildirdi”

Akif Çovdarovun kürəkəni: Qayınatam istəyirmiş ki, gələcəkdə peşəkar əməliyyatçı kimi formalaşım”

Səhiyyə nazirliyinin şöbə rəisi: “1 milyon 200 min dollar əlimdən çıxdı”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

Dünənki prosesdə “Yeni Yasamal” MTK epizodu üzrə dinləmələr keçirilib. zərərçəkmişlər Cahangir Alışov və Nəsib Əliyev Akif Çovdarova qarşı iddia irəli sürərək, onlardan 19 mənzilin təqdim olunmuş adamların adına keçirilməsini, 500 min dollar ödənilməsinin tələb edilməsini, sonradan isə həmin məbləğin ayrı-ayrı binalarda yerləşən 6 mənzillə əvəzləndiyini bildiriblər.

Zərərçəkmiş Nəsib Əliyev Yeni Günəşlidə tikdiyi binadakı eyni mənzilləri bir neçə adama satdığı üçün dələduzluqda günahkar bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının 5

ilini çəkib. Bu səbəbdən o, məhkəməyə 9 saylı cəzaçəkmə müəssisəsindən konvoyla gətirilir.

Şahid qismində dindirilən Cəfər Cəfərzadə bildirib ki, əvvəllər fərdi qaydada tikinti sahəsində inşaatda nəzarətçi işləyib: “Təxminən 2008-2009-cu illərdən Cahangir Alışovu rəhbəri olduğu “Yeni Yasamal” MTK-nın Yeni Yasamal massivində M.Xiyabani küçəsi 5 ünvanda inşa etdiyi hündürmərtəbəli yaşayış binasının inşası üçün tikinti materillarının təchizatı ilə məşğul olduğu üçün tanımışam. Sonradan Cahangir Alışov məni MTK-nın təchizat işçisi kimi işə götürüb”.

Cəfər Cəfərzadənin sözlərinə görə, 2014-cü ilədək o, “Yeni Yasamal” MTK-da işləyib, sonra MTK-nın fəaliyyəti dayandığından fərdi qaydada tikinti sahəsində inşaatda nəzarətçi işləməyə başlayıb: “Təxminən 2012-ci ilin yay aylarında tanışmı Məhərrəm Mehdiyev mənə Yasamal rayonundakı “Kaktus” restoranının yaxınlığında “Dərəçiçək” MTK-nın inşa etdiyi hündürmərətəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən sahəsi 132 kv metr olan 3 otaqlı mənzilin hər kvadrat metri təxminən 1000 manatdan satıldığını bildirdi. Mən də bu barədə söhbət əsnasında Cahangir Alışova bildirdim. Təxminən bir həftə sonra Cahangir Alışov Milli Təhlükəsizlik nazirliyindəki tanışı Akif Çovdarova pay kimi ev verməli olduğunu deyərək Məhərrəm Mehdiyevlə bu barədə söhbət aparmaq üçün sonuncuya zəng etməsyimi xahiş etdi. Məhərrəm Mehdiyevə zəng edərək Yeni Yasamal MTK-nın inşa etdiyi binanın yanına gəlməsini bildirdim”.

“Akif Çovdarovun mənizlə baxmaq istədiyini bildirdi”

Cəfər Cəfərzadə qeyd edib ki, Cahangir Alışov Məhərrəm Mehdiyevlə razılığa gəlib və almaq istədiyi mənzilin əvəzinə ona “Karvansaray” ticarət mərkəzindən 2 mağaza verib: “Bundan

təxminən bir neçə gün sonra Cahangir Alışov Akif Çovdarovun həmin mənzilə baxmaq istədiyini bildirdi. Həmin vaxt Məhərrəm Mehdiyevlə zəngləşdim. Ondan mənzilin yerini tanıdığım üçün göstərməsini xahiş etdim. Bundan sonra Yasamal rayonundakı “Kaktus” restoranının yaxınlığında “Dərəçiçək” MTK-nın inşa etdiyi hündürmərtəbəli yaşayış binasının yanına getdim. Oraya Cahangir Alışov, Akif Çovdarov və sonuncunun Nurxan adlı sürücüsü gəldilər. Akif Çovdarov oraya Nurxanla birlikdə dövlət qeydiyyat nişanını xatırlamadığım “Nissan Maxima” markalı sedan tipli avtomobillə gəldilər. Orada həmin mənzili hazırda xatırlamadığım binanın gözətçisi və həmin MTK-nın nümayəndəsinin iştirakı ilə Akif Çovdarova göstərdim. Akif Çovdarov mənzili bəyəndiyini bildirdi. Həmin mənzil tam təmirsiz vəziyyətdə olub”.

Cəfər Cəfərzadə qeyd edib ki, Nurxanın həmin vaxt Akif Çovdarovla birlikdə mənzilə baxıb-baxmadığını xatırlamayıb: “Təxminən 20-25 dəqiqə mənzilə baxdıqdan sonra Akif Çovdarov sürücüsü Nurxanla getdi. Bundan bir neçə gün sonra Cahangir Alışovdan həmin mənzil barədə soruşdum. Cahangir Alışov həmin mənzilin Akif Çovdarovun sürücüsü Nurxanın adına rəsmiləşdirildiyini bildirdi. Həmin mənzilin sonradan kimə satılması barədə hər hansı məlumatım olmayıb”.

“Akif Çovdarov qardaşımın qayınatasıdır”

Daha sonra şahid qismində Akif Çovdarovun kürəkəninin bacısı Təranə Əmircanova ifadə verib. O, bildirib ki, 2004-cü ildən Azərbaycan Beynəlxalq Bankının “BP” şöbəsində baş mütəxəssis işləyir: “Ləğv edilmiş MTN-nin sabiq əməkdaşı Akif Çovdarov qardaşım Rəşad Əmircanovun qaynatasıdır, Cahangir Alışov və Samir Baxşəliyev ilə şəxsi tanışlığım olmayıb. Lakin Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllə “Yüksəliş C” MTK-nın inşa etdiyi

1 bloklu, 20 mərtəbəli yaşayış binasındakı 179 saylı mənzilin adıma rəsmiləşdirildiyi müqavilədə Cahangir Alışovun adının qeyd olunduğunu bilmişəm. Həmin mənzilin adıma rəsmiləşdirilməsi barədə məlumatı qardaşım Rəşad daha dəqiq verə bilər”.

“Mənzilin pulunu qardaşıma vermişəm”

Təranə Əmircanova qeyd edib ki, qardaşı mənzilin onun adına rəsmiləşdirildiyi mənzil tikintisi haqqında 27 sentyabr 2014-cü il tarixli müqaviləni nəzərdən keçirərək həmin müqavilədəki imzanın ona məxsus olduğunu bildirib: “Həmin mənzilin müqaviləsini mənə hazırda yaşadığım Yasamal rayonu, Nəriman Nərimanov meydanı 9 saylı binanın həyətində əvvəllər tanımadığım həmin MTK-nın işçisi imza etməyim üçün gətirdi. Müqaviləyə imza etdikdən sonra müqavilənin bir nüsxəsi məndə qaldı, digər nüsxəsini həmin şəxs özü ilə apardı. Həmin şəxslə qardaşım Rəşad zəngləşərək danışdı. Ümumi sahəsi 147 kvadrat metr olan həmin mənzilin hər kvadrat metrini 800 manatdan almışıq. Həmin mənzilə görə təxminən 117.000 manat pulu özüm qardaşıma vermişəm. Həmin mənzili təmirsiz vəziyyətdə almışam. Hazırda da həmin mənzil təmirsiz vəziyyətdədir. Həmin mənzildə heç bir yaşayış olmayıb”.

MTK-dan mənzil almış Faiq Məmmədov isə bildirb ki, aldığı mənzilə görə narahat olub və onun taleyindən xəbər tutmaq istəyib: “Cahangir Alışov bununla bağlı problemin olmadığını və mənzilin artıq təmirə başlaya biləcəyimi dedi”.

“300 min manat borc verməyimi istədi”

Digər şahid, zərərçəkmiş Cahangir Alışovun dostu Seyran Babayev bildirib ki, Cahangir Alışovu 1986-cı ildən Sumqayıt şəhərində tikinti sektorunda müxtəlif vəzifələrdə işlədiyi

vaxtlardan tanıyıb: “Həmin dövrdə Şəki rayon istehlak cəmiyyəti idarə heyətinin sədri, Bakı şəhər ictimai iaşə idarəsinin rəisinin birinci müavini, Azərittifaq Konserva İstehsalat idarəsinin rəisinin birinci müavini vəzifələrində çalışmışam. 1994-cü ildən fərdi qaydada ticarətlə məşğul olmağa başlamışam. Cahangir Alışovla ailəvi dostluq münasibətlərim olub. 2010-cu ilin yay aylarında Cahangir Alışov mənə zəng edərək görüşmək istədiyini dedi. Biz Bolluq bazarı ilə üzbəüz yerləşən “Kiyev” restoranında görüşdük. Cahangir Alışov özünün rəhbəri olduğu “Yeni Yasamal” MTK-nın təsisçilərindən biri Nəsib adlı şəxsin kimlərəsə borcları ilə bağlı Milli Təhlükəsizlik nazirliyinə çağırıldığını və Akif Çovdarovun ona hədə-qorxu gələrək pul tələb etdiyini, pis vəziyyətdə olduğunu bildirdi. Cahangir Alışov özündə nağd pulunun olmadığını, əlindəki pulu tikintiyə sərf etdiyini deyərək 300.000 manat borc pul verməyimi istədi. “Yeni Yasamal” MTK-dakı mənzillərdən satdıqca pulumu qaytaracağını bildirdi. Cahangir Alışovla həm ailəvi dost olmuşamş, həm mənə maddi cəhətdən çətin günlərimdə borca pul verib. Bu səbəbdən özümə borc bildim ki, Cahangir Alışova kömək etmək lazımdır. Özümdə nağd olan 100 və 50 manatlıq əskinaslardan ibarət 280.000 manatı Cahangir Alışovla görüşərək, borc verdim. Sonuncu da həmin pulu mənə sonradan hissə-hissə qaytarıb”.

“Qayınatam işim ilə maraqlandı”

Şahid qismində ifadə verən Akif Çovdarovun kürəkəni Rəşad Əmircanovun sözlərinə görə, bir gün şöbə rəisi ondan Cahangir Alışova zəng edərək MTN-ə çağırmasını istəyib: “Bu zəngdən sonra Cahangir Alışov təqsirləndirilən Səlim Məmmədova zəng edərək, MTN-ə dəvət edildiyini və onu kimin dəvət etdiyini deyib. Səlim Məmmədov diqqətimə çatdırdı ki, inşaatla məşğul olan Cahangir Alışov Akif Çovdarovun yaxın adamıdır və bu işdən uzaq durum”.

Rəşad Əmircanov qeyd edib ki, sonra Cahangir Alışov onu Nəbatat bağının yaxınlığında görüşə çağırıb və qətlində günahlandırıldığı “Təfəkkür Universiteti”nin rektoru ilə bağlı sənədlər göstərib.Rəşad Əmircanov bacısının adına alınmış mənzilin pulunu Masazırda əlbəəl zərərçəkmişə verdiyini sözlərinə əlavə edib.

Akif Çovdarovun kürəkəninin çıxışına münasibət bildirən zərərçəkmiş Cahangir Alışov Nəbatat bağının yanında Rəşad Əmircanovla görüşdüyünü etiraf edib, lakin özü ilə heç bir sənəd götürmədiyini deyib: “Rəşad özü məni ora çağırmışdı. Mən də onu görüş vaxtı tənbeh etdim ki, nəyə görə mənə zəng vurub narahat edir”.

“Maşın qara rəngdə ola bilməzdi”

Akif Çovdarovun keçmiş sürücüsü Nurxan Atakişiyev ifadə verib: “Mənim nə o binadan, nə də mənzildən xəbərim yoxdur. Deyirlər, müqavilədə imzam var. Əgər o binanı görməmişəmsə, heç yerini də bilmirəmsə, hansı müqavilədən söhbət gedə bilər? “2005-ci ildən 2011-ci ilə qədər qara rəngdə “Nissan Maxima” sürmüşəm. 2011-ci idən sonra isə həmin maşının albalı rəngində modeli olub. Deyilən hadisə 2014-cü ildə olubsa, maşın heç vaxt qara rəngdə ola bilməzdi”.

Şahid Adil Yaqubov qeyd edib ki, Akif Çovdarovun sahibi olduğu və Masazırda yerləşən “Bəhrə-2010” MMC-nin direktorudur. Onun sözlərinə görə, zərərçəkən Cahangir Alışovu ilk dəfə elə öz iş yerində görüb. Zərərçəkən Masazırda Akif Çovdarovla birgə tikinti işlərinə başlayıb və həmin işlər bütünlüklə Adil Yaqubovun kassadan verdiyi vəsaitlər hesabına aparılıb.

Keçmiş MTN əməkdaşı, hazırda ehtiyatda olan Alı Nəbiyev şahid kimi ifadəsində bildirib ki, zərərçəkmişlərin onu ittiham etməsini

anlamır. Akif Çovdarovla MTK həmtəsisçiləri arasında vasitəçilik etməsi, zərərçəkmiş Nəsib Əliyevi 2 gün boyunca MTN-in dəhlizində saxlaması ilə bağlı deyilənlərə aydınlıq gətirən Alı Nəbiyev söyləyib ki, o, MTN-də kiçik adam olub: “MTN-də vur-tut əməliyyat müvəkkili idim. Bu işləri necə görə bilərdim?”

“1 milyon 200 min dollar əlimdən çıxdı”

Şahid qismində ifadə verən Səhiyyə Nazirliyinin şöbə müdiri Əliheydər Şahmarov bildirib ki, o da zərərçəkmişlərin həmtəsisçiləri olduğu MTK-nın üçüncü həmtəsisçisidir: “Dövlət qulluqçusu olduğum üçün qərara aldım ki, bu cəncəl işdən uzaq durum”.

Onun sözlərinə görə, tikilən bina ilə bağlı baş verənlər nəticəsində tikintiyə qoyduğu 1 milyon 200 min dollar əlindən çıxıb və onun hazırda həmin binada bircə mənzili də yoxdur.

MTN-lə bağlı prosesin gedişində Əliheydər Şahmarovla digər həmtəsisçilər arasında münasibət elə də yaxşı olmayıb, Şahid bu işlərdən uzaq durmağı və düşdüyü zərərlə barışmağı üstün tutub.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun məhkəməsində MTN şefinin adı çəkildi

    Akif Çovdarovun məhkəməsində MTN şefinin adı ...

    18-02-2017, 13:25

  • 
  • Akif Çovdarovun məhkəməsində MTN şefinin adı çəkildi

    Akif Çovdarovun məhkəməsində MTN şefinin adı ...

    18-02-2017, 13:25

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu