GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza istədi, Zakir Sultanov naziri saymadı - Skandal

Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza istədi, Zakir Sultanov naziri saymadı - Skandal

Tarix: 1-03-2017, 00:09 Bölmə :Ölkə Baxış: 826
Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza istədi, Zakir Sultanov naziri saymadı - Skandal

Bakıda “Azəravtoyol” ASC-nin görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsini dağıtması böyük rezonans doğurub

Bu hadisə Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan həyata keçirilib.

Ən maraqlısı budur ki, bu haqda Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov nazir Əbülfəs Qarayevə məruzə etmək əvəzinə virtualaz.org-a məlumat verib. Xidmət rəisi nazirə məlumat vermək yerinə Eynulla Fətullayevin saytına şikayət edib.

Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza istədi, Zakir Sultanov naziri saymadı - Skandal

İlk dəfə belə bir hala rast gəlinir ki, xidmət rəisi öz nazirini saymır və birbaşa mediaya üz tutur. Adətən sosial problemi olan vətəndaşlar dövlət qurumlarından diqqət görməyəndə mətbuat vasitəsi ilə ictimailəşdirir.

Z.Sultanov isə sanki Ə.Qarayevdən laqeydlik görmüş kimi mətbuata car çəkib. Bu, ona oxşayır ki, hansısa general müdafiə nazirinə yox, dərhal mətbuata xəbər ötürür.

Z.Sultanovun bu hərəkətinin anlaqsızlığı çox keçməyib özünü göstərib.

Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza istədi, Zakir Sultanov naziri saymadı - Skandal

Əvvəlcə sayta bunları deyib: “Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik", - deyə o vurğulayıb.

Az əvvəl heykəlin dağıdılmasından hiddətlənən və bununla bağlı virtualaz.org-u özü məlumatlandıran Zakir müəllim bu dəfə daha ehtiyatla danışıb: “Heykəl dağıdılıbsa, onu necə bərpa etmək olar?” sualına cavab olaraq xidmət rəisi bunları dedi:

“Əlbəttə, heykəli bərpa etmək mümkündür. “Azəravtoyol” ASC-nin rəhbəri mənimlə əlaqə saxladı. O dedi ki, heykəl başqa yerdə qoyulacaq, yəni bərpa edəcəklər. Mən də elə sizin qədər bilirəm. Gördüklərim də sizdə var”, - deyə Z. Sultanov bildirdi.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Heykəlin dağıdılması faktını təsdiq edən fotoların yayılmasına baxmayaraq “Azəravtoyol” rəsmisi iddia edib ki, heykəl dağıdılmayıb, sadəcə götürülüb ki, işlər yekunlaşandan sonra qaytarıb yerinə qoyulsun.

“Həmin ərazidə yolların genişləndirilməsi və yenidənqurma işləri çərçivəsində Mikayıl Müşfiqin büstü müvəqqəti yığışdırılıb və anbara qoyulub ki, təmir işləri gedəndə ziyan çəkməsin. Plana görə həmin ərazidə indikindən beş dəfə geniş park salınacaq, heykəl də qaytarılıb yerinə qoyulacaq”-A.Nəcəfli deyib.

Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza istədi, Zakir Sultanov naziri saymadı - Skandal

Z.Sultanovun ehtiyatlı açıqlaması onun özfəaliyyətinin nəticəsidir. Görünür ki, nazir ona möhkəm hiddətlənib.

Çünki nazirə məruzə etmək borcu olan Z.Sultanov özünü məmur kimi yox, mətbuata informasiya ötürən şəxs kimi təqdim edib.

Bu şübhələrə yol açır ki, mətbuata nazirliklə bağlı kompromat materiallar da sızdıra bilər. Təbii ki, böyük şairin abidəsinin dağıdılması özbaşınalıqdır. Bununla bağlı mütləq ölçü götürülməlidir.

Necə ki, artıq ən yüksək səviyyədə reaksiyalar var. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva “Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini kəskin pisləyib.

Professor Paşayeva açıqlamasında bunları deyib: “Bu, vandalizim və bərbadlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.

N.Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən “Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nərgiz Paşayeva Müşfiqin heykəlinin sökülməsini kəskin pislədi: “Bu, vandalizmdir, barbarlıqdır”

    Nərgiz Paşayeva Müşfiqin heykəlinin sökülməsini ...

    28-02-2017, 02:00

  • 
  • Əhali ən çox hansı qurumlardan şikayət edir? - Siyahı

    Əhali ən çox hansı qurumlardan şikayət edir? - ...

    23-07-2013, 12:38

  • 
  • Nazir ona mədhiyyə yazan şairi işdən qovdu Video

    Nazir ona mədhiyyə yazan şairi işdən qovdu Video ...

    17-12-2015, 17:16

  • 
  • Əbülfəs Qarayevin qızı Kərəm Həsənovu məhkəməyə verdi - qalmaqal

    Əbülfəs Qarayevin qızı Kərəm Həsənovu məhkəməyə ...

    25-12-2014, 00:55

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu