GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Redaktor müəllimə ilə birləşib polisləri şantaj etdi - Yevlaxda ağlasığmaz CİNAYƏT

Redaktor müəllimə ilə birləşib polisləri şantaj etdi - Yevlaxda ağlasığmaz CİNAYƏT

Tarix: 1-03-2017, 00:23 Bölmə :Ölkə Baxış: 842
Redaktor müəllimə ilə birləşib polisləri şantaj etdi - Yevlaxda ağlasığmaz CİNAYƏT

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Yevlax rayon sakinləri – 1977-ci il təvəllüdlü Mübariz Nağıyev və 1984-cü il təvəllüdlü Aysel Nurəddinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mübariz Nаğıyev və Aysel Nurəddinova qabaqcadan əlbir olаraq hədə qorxu ilə pul tələb etməkdə təqsirli biliniblər. Onlar zərərçəkmiş şəxsin haqqında rusvayedici məlumatlar yayacaqlаrı hədələyiblər.


İki polis necə şantaj edildi?

13 may 2015-ci ildə, saat 13 radələrində Tərtər rayonu ərazisində yerləşən avtomobil bazarının yaxınlığındakı kafedə Аysel Nurəddinоvа Tərtər rayon polis şöbəsinin məsul növbətçisi vəzifəsində xidmət göstərən polis mayoru Tofiq Məmmədovla aralarında olan intim söhbəti mobil telefonunun yaddaşına köçürüb.
Qadın polis işçisindən səsyazısını yaymaması müqabilində 2 min manat tələb edib.

Bundan başqa, Mübariz Nаğıyev və Aysel Nurəddinova 22 may 2015-ci ildə, saat 13 radələrində Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində yerləşən “İlkin” adlanan kafeyə gəliblər. Orada Аysel Nurəddinоvа Yevlax rayon mühafizə şöbəsinin polis nəfəri vəzifəsində xidmət göstərən Şəhriyar Paşazadə ilə intim söhbətlər ediblər. Qadın Şəhriyarla olan söhbətini mobil telefonun yaddaşına yazıb. Sonra Mübariz və Aysel həmin söhbəti sosial şəbəkədə yayacağı ilə hədələyiblər və ondan 2.500 manat alıblar.

Həkim şantaj edildi, 500 manatı alındı

Mübariz Nаğıyev Bərdə müalicə diaqnostika mərkəzində həkim işləyən Asif Muxtarov ilə tanışlıq münasibətləri qurub. Mübariz 2014-cü ilin iyun ayında həkimə zəng edərək əlində rüşvətlə bağlı video görüntülərin olduğunu deyib. Mübariz həmin görüntüləri sosial şəbəkədə yayacağı ilə hədələyib, həmin məlumatları yaymayacağı müqabilində 500 manat alıb.

2015-ci ilin aprel ayının axırlarında Yevlax rayonu ərazisindən keçən Xaldan avtomobil yolunun kənarında yerləşən “Ağ ev” adlanan yeməkxanada Əli Müseyibov Aysel Nurəddinovaya cinsi əlaqədə olmağı təklif edib. Aysel onun bu söhbətini mobil telefonun yaddaşına yazıb.

Daha sonra Aysel Nurəddinova Əli Müseyibovla olan bu söhbətini sosial şəbəkədə yayacağı ilə hədələyib, ondan 2.000 manat alıb.

Həmçinin, Аysel Nurəddinоvа Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsində aparıcı mütəxəsiss işləyən Oktay Paşayev ilə tanışlıq münasibətləri qurub. O, 2015-ci ilin may ayının axırlarında telefonla zəng edib, əlində rüşvətlə bağlı video görüntülərin olduğunu deyib, həmin görüntüləri sosial şəbəkədə yayacağı ilə hədələyib. Bu hədələrlə Oktay Paşayevdən 500 manat alıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.

Onların barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.


“2500 manat istədi”


Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz Nağıyev bildirib ki, 2012-ci ildən “Region Xəbər” TV-nin Qarabağ-Aran zonası üzrə bölgə müxbiri işləyib: “20 may 2015-ci ildə, saat 13 radələrində Aysel iş yerimə gələrək Şəhriyar adlı polis əməkdaşı ilə bağlı Tanrıqullar kəndində yerləşən kafedə çəkiliş etdiyini və həmin çəkilişi internetdə yaymağı məndən xahiş etdi. Amma mən xahişi yerinə yetirmədim. Şəhriyara zəng edərək Ayselin onunla bağlı çəkiliş apardığını və həmin çəkilişi internetdə yaymaq istədiyini dedim. Şəhriyarа Aysellə görüşüb məsələni həll etməsini tövsiyyə etdim. Mayın 22-də Şəhriyarın atası Azad zəng edərək görüşmək istədiyini bildirdi. Həmin gün saat 14 radələrində “Gənclik” parkında Azad, Şəhriyar və Nurəli ilə görüşdüm. Azad məndən həmin işdə köməklik etməyimi xahiş etsə də, həmin işin mənə aid olmadığını, çəkilişin Ayselin özündə olduğunu və internetdə yaymaq istədiyini dedim. Azad Ayselin onun telefonuna cavab vermədiyini bildirdi, məndən həmin işin yoluna qoyulması üçün köməklik göstərməyimi xahiş etdi. Həmin şəxslərin yanında Ayselə zəng edərək telefonu mikrofon rejiminə keçirdim. Ayselə Şəhriyarın atasının yanında olduğumu və görüşmək istədiyini bildirdim. Aysel isə telefonda cavab verərək həmin işin yoluna qoyulması üçün Şəhriyardan 2.500 manat pul istədi. Amma telefon danışığından sonra Azad Ayselin fikri ilə razılaşmadı. Azadа bu işdə Ayselin atası Vidadinin köməklik edə biləcəyini dedim. Vidаdi ilə görüşərək qızı Ayselin Şəhriyarla bağlı məsələdən əl çəkməsini bildirəndə, Vidadi Aysel adlı qızının olmadığını dedi”.

“İnternetdə yaymaması üçün pul alacağını bildirdi”

Təqsirləndirilən Aysel Nurəddinova bildirib ki, 2005-ci ildən Yevlax rayonunun Qaraoğlan kənd orta məktəbində müəllimə işləmiş, eyni zamanda, rayonun H.Əliyev prospektində yerləşən Həmkarlar təşkilatının binasında marağı olan şəxslərə ingilis dilindən kurs keçib: “2014-cü ilin iyun ayında Bərdə rayonunda həkimlərə ingilis dilindən kurs keçən zaman, həyətdə əvvəllər tanımadığım Mübariz Nağıyev məni yanına çağıraraq atamın dostu olduğunu bildirdi. O, özünü müxbir kimi təqdim etdi və mobil nömrəmi aldı. Həkimlərə dərs keçən ərəfədə Mübariz zəng edərək Asif həkimin nömrəsini istədi. Daha sonra məni Bərdə rayonunda yerləşən “Çinar” restoranına nahar etməyə dəvət etdi. Həmin yerə getdim və Yevlax şəhər sakini Əli adlı şəxsin də Mübarizin yanında olduğunu gördüm. Mübariz məndən həkimlərin mobil nömrəsini soruşduqda, nömrələrlə hansı səbəbə maraqlandığını dedim. O, isə həkimlərin xəstələrdən pul almasını çəkib, internetdə yaymaması üçün pul alacağını bildirdi. Mübrizə həkimlərin nömrələrini verə bilməyəcəyimi dedim”.

Aysel Nurəddinova qeyd edib ki, Mübariz Asif həkimlə bağlı ona videoçəkilişi göstərib: "Dedi ki, həmin video ilə bağlı həkimdən min manat istəyib, amma Аsifin ona 500 manat pul verib. Mübariz məndən yenə də digər həkimlərin nömrəsini istədi. 2015-ci ilin aprel ayının sonlarında Mübariz Yevlax şəhər Xəstəxanasında mənə yaxınlaşaraq həkimlərin qanunsuz əməllərilə bağlı gizli çəkilişlər aparıb ona göndərməyimi xahiş etdi. Ona rədd cavabı verdim. Mübariz intim həyatım ilə bağlı əlində videoçəkilişlər olduğunu və həmin çəkilişi internetdə yayacağını dedi. Məcbur olub, Mübarizin təkliflərini qəbul etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 18-də şəxsi həyatında yaranmış problemlə bağlı Kür çayının üzərindəki körpünün yanında oturaraq ağlayan zaman Şəhriyar ona yaxınlaşıb: “Şəhriyar nə səbəbə ağladığımı soruşdu. Onа narahat olmamağı deyib evimə gəldim. Səhəri gün iş yerinə gəldim və otaqda ağlayan zaman Mübariz yanıma gəldi. Şəhriyar mobil telefonuna SMS-lər göndərmişdi. Mübariz həmin SMS-lərin kim tərəfindən göndərildiyini soruşdu. Onlаrı göndərənin Şəhriyar adlı polis əməkdaşı olduğunu dedim. Mübariz Şəhriyarla görüşməyi və bütün hərəkətləri, о cümlədən söhbətləri telefona yazmaqla, çəkib ona verməyimi başa saldı. Buna görə də Şəhriyara zəng etdim. Mayın 21-də Şəhriyarla ona məxsus “Nissan” markalı avtomaşınla Mingəçevir şəhərinə getdik. Görüş “Dəli-Kür” kafesinə təyin olunsa da, bağlı olduğu üçün oradan Yevlax rayonunun Tanrıqullar kəndində yerləşən İsmayılın kafesinə gəldik. Kafedə olarkən Şəhriyarın otaqdakı pastelləri dəyişdirtmək istədiyini gördüm. Ona həmin yerə yatmağa deyil, söhbət etməyə gəldiyimi dedim. Bu zaman Mübarizin mənə verdiyi mobil telefonu işə salaraq Şəhriyarla aramızda olan danışıqları yazdım”.

“Atasına görə bağışladım”


Aysel Nurəddinova bildirib ki, Şəhriyar ona sevdiyini deyəndə, müəllimə kimi ona məsləhət verməyə gəldiyini deyib: “Qısa söhbətdən sonra kafeni tərk etdim və çəkilişi Mübarizə verdim. Mübariz Şəhriyarın hərəkətləri barədə lazımı orqanlara şikayət etməyi, həmçinin “Azerinfo” saytının baş redaktoru İbrahim Qubadoğluna müraciət etməyimi məndən xahiş etdi. Mübarizin təklifi ilə razılaşdım, İbrahim Qubadoğlunun adına ərizə yazıb, çəkilişin intenetdə yerləşdirilməsini xahiş etdim. Həmin gün Şəhriyarın atası Azad Paşayev çəkiliş haqqında məlumat əldə edərək evimə gəldi və oğlunun yerinə məndən üzr istədi. Şəhriyarı atasına görə bağışladım. Lakin Mübariz söhbətimizə müdaxilə edərək, Şəhriyarın günahının bağışlanası olmadığını bildirdi”.

Aysel Nurəddinova qeyd edib ki, mayın 26-da Mübarizlə aralarında sözlə mübahisə olub və mübahisə zaman Mübаrizdən onun adından istifadə etməməsini tələb edib: “Həmin ərəfədə Mübariz mənə zəng edərək, Şəhriyarın atasının 1.500 manat pul təklif etdiyini, ancaq həmin məsələni həll etmək üçün 2.500 manat istədiyini dedi. Mübarizin fikirləri ilə razılaşmadım. Mübаriz artıq həmin çəkilişi yayımladığı üçün aramızda narazılıq yarandı. Həmin çəkilişi internetdən çıxarılmasını tələb etdim. Mübarizdə həmin çəkilişi internetdən gec çıxartdığı üçün may 26-da Mübаrizlə telefonda mübahisə etdim. Bu barədə 102 xidmətinə zəng edərək məlumat verdim”.

Aysel Nurəddinova digər epizodlar üzrə də ifadə verib. Hakimlər zərərçəkmişlərin və şahidlərin ifadəsini dinləyəndən sonra hökm elan ediblər.

Məhkəmənin hökmü ilə Mübariz Nağıyev 6 il 11 ay, Aysel Nurəddinova isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər hökmdən narazı qalıblar. Onlar barələrində daha yüngül cəzanın təyin edilməsi üçün apelyasiya şikayəti veriblər.

Onların şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri qismən təmin edilib. Məhkəmə Mübariz Nağıyevin cəzası 5 il 11 aya, Ayseln Nurəddinovanın isə cəzasını 5 ilə endirib.

Hacı Zeynalov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 19 min manatlıq hədə-qorxu

    Bakıda 19 min manatlıq hədə-qorxu ...

    4-10-2013, 13:36

  • 
  • Ər-arvad şantaj edildi

    Ər-arvad şantaj edildi ...

    3-06-2015, 12:10

  • 
  • Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxs həbs edilmişdir

    Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən ...

    28-12-2015, 21:43

  • 
  • Qadını şantaj edən gəncə yüngül cəza

    Qadını şantaj edən gəncə yüngül cəza ...

    11-09-2016, 14:18

  • 
  • Vəzifəli şəxsi şantaj edən şəxs həbs olundu

    Vəzifəli şəxsi şantaj edən şəxs həbs olundu ...

    24-12-2015, 19:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu