GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Səhiyyə Nazirliyi baş verən ana ölümlərinə görə məsuliyyətdən qaçdı

Səhiyyə Nazirliyi baş verən ana ölümlərinə görə məsuliyyətdən qaçdı

Tarix: 3-12-2013, 12:51 Bölmə :Ölkə Baxış: 750
 Səhiyyə Nazirliyi baş verən ana ölümlərinə görə məsuliyyətdən qaçdı
“Ölüm hallarına daha çox hamiləliklə əlaqədar olmayan somatik xəstəliklərin səbəb olduğu aşkarlanıb”
Səhiyyə Nazirliyi bu il Azərbaycanda baş verən ana ölümü hadisələrinin səbəblərini açıqlayıb.Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Gülər Ağayeva APA-ya açıqlamasında bildirib ki, ölkədə baş verən hər bir ana ölümü hadisəsi nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırılıb və səbəblər məlum olub. Onun sözlərinə görə, araşdırmalar zamanı ana ölümünə daha çox hamiləliklə əlaqədar olmayan somatik xəstəliklərin səbəb olması aşkarlanıb. G. Ağayeva vurğulayıb ki, hamiləliklə əlaqəsi olmayan xəstəliklər hamiləlik dövründə daha da ağırlaşır və bu da mamalıq fəsadlarına gətirib çıxarır: “Hamilə qadınlarda hər hansı bir xəstəlik aşkar olunarsa, onun pozulması təklif olunur. Lakin sonda onlar buna qəti etiraz edirlər və deyirlər ki, yox, mən ölsəm də uşaq olmalıdır”.

G. Ağayeva, Azərbaycanın ayrı-ayrı ərazilərində baş verən ana ölümü hadisələri ilə bağlı danışarkən bunları deyib:

“Bu il martın 10-da Zaqatalada şəhər sakini, 1986-cı il təvəllüdlü Sadıyeva Rəşidə Məhəmməd qızının hərarəti qalxıb və vəziyyəti daha da pisləşib. Belə qənaətə gəlinib ki, xəstənin vəziyyəti müalicəyə tabe olmur və qərara alınıb ki, o, ixtisaslaşmış klinikaya nəql edilsin. Rəşidə Sadıyeva ixtisaslaşdırılmış tibbi yardım almaq üçün mama-ginekoloqun nəzarəti altında Respublika Klinik Xəstəxanasına təxliyə edilib. Lakin Qobustan rayonu ərazisində xəstənin vaxtından tez dölyanı mayesi açılıb və qəfləti ölüm baş verib. Komissiya tərəfindən aparılan araşdırmanın nəticəsində məlum olub ki, ölüm hadisəsi irinli bronxo-pnevmoniya nəticəsində baş verib. Əvvəllər qrip keçirən qadının kəskin bronxo-pnevmoniya olması əvvəldən bilinirdi və buna qarşı müalicə alırdı. O, ağır vəziyyətdə xəstəxanaya gəlmişdi. Onun həyatını xilas etmək mümkün olmayıb. Ağciyərlərdə elə dərin proseslər getmişdi ki, onun həyatını xilas etmək olmadı”.

Aprelin 11-də Ucar Mərkəzi rayon Xəstəxanasının (MRX) doğum şöbəsində baş verən hadisə barədə isə G. Ağayeva bunları deyib: “Göyçay rayon Kürdəmiş kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədova Flora Gülamət qızı hamiləlik gedişində yaranmış problemlə əlaqədar xəstəxananın doğum şöbəsində müraciət edib. Reanimasiyaya yerləşdirilən qadın orada dünyasını dəyişib. Araşdırma nəticəsində məlum olub ki, həmin qadının ağciyərlərində mühüm problemlər olub. Sonradan meyit yarılan zaman qadının ağciyərlərində ikitərəfli irinli bronxo-pnevmoniya aşkarlanıb. Həmin qadına bu vəziyyətdə hamilə qalmaq əks göstəriş olub. Hamiləlik nəticəsində onun ağciyərlərində problemin artması ananın ölümü ilə nəticələnib”.

Aprelin 13-də Ağdaş rayonunun Yuxarı Nemətabad kənd sakini, 1977-ci il təvəllüdlü Məcidova Pərvanə Akif qızı və onun dünyaya gələcək qız övladının Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində doğuş zamanı öldüyünü deyən nazirlik təmsilçisinin sözlərinə görə, araşdırma zamanı ana ölümünə hepatit C xəstəliyinin ağırlaşmasının, qaraciyərdə baş verən çox böyük dəyişikliklərin səbəb olduğu məlum olub. G. Ağayeva deyib ki, hamiləlik dövründə doğum şöbəsinə daxil olanda qadın testdən keçirilib və onun hepatit C xəstəsi olduğu müəyyənləşib: “Lakin qadın sonradan antonantal nəzarətdə olmadığından hepatit C ağırlaşıb və sonda ölümə səbəb olub”.

Səhiyyə Nazirliyinin nümayəndəsi may ayında baş verən ölüm faktı barədə də danışıb: “Mayın 25-də Göyçay Mərkəzi rayon Xəstəxananın doğum şöbəsinə daxil olan rayon sakini, 1975-ci il təvəllüdlü Əsədova Aynur Sədiyar qızı doğuşdan sonra evə buraxılsa da, qısa müddətdə səhhəti pisləşib. O, mayın 28-də qan təzyiqi ilə yenidən xəstəxanaya daxil olub. A. Əsədovanın vəziyyəti ağır olduğundan Bakıdan həkim çağırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, A. Əsədova iyunun 2-də qan təzyiqinin kəskin yüksəlməsi nəticəsində dünyasını dəyişib. Araşdırma nəticəsində məlum olub ki, 38 yaşlı qadında ölümə səbəb hipertoniya xəstəliyi olub. O, beyninə qansızma nəticəsində həlak olub”.

G. Ağayeva iyunun 27-də İsmayıllı Mərkəzi rayon Xəstəxanasında baş verən ölüm faktı barədə bunları deyib: “Doğum Şöbəsinə 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızının övladını dünyaya gətirmək üçün gətirilib. Axşam saat 18:50-də doğuş aparılıb. Bu zaman onun bətnindəki körpənin ölü döl olduğu müəyyənləşib və bətnindən ölü döl təbii yolla xaric edilib. Doğuşdan 10 dəqiqə sonra qadının özünün vəziyyəti ağırlaşıb. Bütün tibbi müdaxilələr və səylərə baxmayaraq, Ağabalayeva Şəhlanın həyatını xilas etmək mümkün olmayıb. Komissiya tərəfindən aparılan araşdırma nəticəsində ölümə ürəyin reflektor dayanmasının səbəb olduğu müəyyənləşib. Qadının ölümü ürəyin reflektor dayanması nəticəsində baş verib”.

G. Ağayeva digər ölüm faktları barədə də danışıb: “Sentyabrın 22-də 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızı doğuş üçün Gəncə şəhər Regional Perinatal Mərkəzinə gətirilib və bir müddətdən sonra dünyasını dəyişib. Komissiya tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, onun ölümünə səbəb dəri xərçənginin ağciyərlərə metastazı səbəb olub. Qadının dirsək nahiyəsində xərçəng xəstəliyi var idi və bu da daxili orqanlara metastaz vermişdi. Bu da sonda ananın ölümünə səbəb olub.

Oktyabrın 7-də Leyla Şıxlinskaya klinikasında Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin vergi müfəttişi işləyən 33 yaşlı Vüsalə Əmirullayeva doğuş zamanı dünyasını dəyişib. Leyla Şıxlinskaya klinikasında əkiz uşaq dünyaya gətirən qadının həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı məlum olub ki, həmin qadın 2008-ci ildə beyin əməliyyatı keçirib və ona hamiləlik əks göstəriş idi. Amma onun arzusu olub və nəticədə hamilə qalıb. Ona hamiləliyi pozmaq tövsiyə edilsə də, qadın ölsə də uşaqları dünyaya gətirəcəyini bildirib. O, əməliyyat vaxtı komaya düşüb. Çünki beyində köhnə xəstəliyin, prosesin üstü açılıb və həmin yerdə qansızma olub. 25 gün koma olan qadının həyatını xilas etmək mümkün olmayıb. Noyabrın 7-də Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Ağaverdi qızı Şıxəliyeva səhər saat 7.45 radələrində Lənkəran perinatal mərkəzinə qəbul olunub, 8.15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib. Onda isə tac arteriyasının kəskin koronarit zamanı baş verən trombozdan ölüm baş verib. Ürəyin tac arteriyasının iltihabından olan tromboz qadının ölümünə səbəb olub”.

G.Ağayeva qeyd edib ki, bəzi hadisələrin araşdırmaları isə hələ davam edir və onların nəticələri barədə dəqiq məlumatı yoxlamalar başa çatandan sonra məlum olacaq: “Belə ki, mayın 14-də Respublika Perinatal Mərkəzində qeydə alınan ana ölümü faktı qeydə alınıb. 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Ümidvar mayın 11-də fəsadlaşmış mamalıq anamnezi diaqnozu ilə hamiləliyin 23-24 həftəsində mərkəzə daxil olub. Bu, həmin qadının V hamiləliyi və 3-cü doğuşu olub. Mayın 14-də gecə ananın vəziyyəti qəflətən pisləşib. Onun təcili qeysəriyyə kəsiyi əməliyyatı edilməsi zərurəti yaranıb. Ancaq görülən tədbirlərə baxmayaraq, xəstə əməliyyat zamanı uşaqla birlikdə vəfat edib. Buna anestezioloji (narkozdan) ölümün səbəb olduğu göstərilir. Meyitin məhkəmə tibbi ekspertiza olub və anestezioloji ölüm göstərib. Lakin hazırda həmin hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İşlər tam başa çatdırıldıqdan sonra dəqiq səbəblər məlum olacaq”.

Noyabrın 23-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı Göyçay şəhər sakini, 1991-ci il təvəllüdlü Quliyeva Xəyalə Akif qızının dünyasını dəyişdiyini xatırladan G. Ağayevanın sözlərinə görə, doğuş başa çatan zaman qadında boğulma və qıcolma halları baş verib: “Qan köçürülsə də, ananın həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi hələlik müəyyən olunmayıb. Meyit məhkəmə tibbi ekspertizaya göndərilib və nəticələri məlum olandan sonra komissiyada araşdırılacaq”.

Qeyd edək ki, bu ilin 11 ayı ərzində ölkədə doğuş zamanı 23 ana ölümü hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən aparılan araşdırmalar nəticəsində ana ölümündə səhvi olan 72 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb, 9 nəfər həkim isə işdən azad olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ana ölümlərinin səbəbləri AÇIQLANDI

    Azərbaycanda ana ölümlərinin səbəbləri AÇIQLANDI ...

    26-10-2015, 17:34

  • 
  • Ana ölümlərinə görə 9 həkim işdən çıxarıldı

    Ana ölümlərinə görə 9 həkim işdən çıxarıldı ...

    2-12-2013, 16:53

  • 
  • Ana ölümünün azaldığı deyilir

    Ana ölümünün azaldığı deyilir ...

    3-06-2016, 15:55

  • 
  • 10 həkim işdən qovulub

    10 həkim işdən qovulub ...

    21-12-2013, 12:40

  • 
  • Doğuş zamanı 24 ana ölümü faktı qeydə alınıb

    Doğuş zamanı 24 ana ölümü faktı qeydə alınıb ...

    21-12-2013, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu