GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Sovetski”də su yoxdur, amma bu ağır vəziyyətdən pul çıxaranlar var

“Sovetski”də su yoxdur, amma bu ağır vəziyyətdən pul çıxaranlar var

Tarix: 6-03-2017, 00:28 Bölmə :Ölkə Baxış: 375
“Sovetski”də su yoxdur, amma bu ağır vəziyyətdən pul çıxaranlar var

“Sovetski”də söküntü işləri sürətləndirilib, hətta demək olar ki, hər gün bir ev sökülür. Amma hər sökülən ev yanındakı evin sakinlərinə problem yaradır. Söküntü işlərinin gedişində kommunal xətlər sıradan çıxdığından, kiminin işığı, kiminin qazı, kiminin də suyu kəsilir. Tolstoy küçəsi, dalan 10-da yaşayanlar günlərdir su üzünə həsrət qalıblar.
“Gündəm Xəbər” bildirir ki, bu barədə virtualaz-ın əməkdaşlarına “Sovetski” sakinləri məlumat veriblər.

“Sovetski”də su yoxdur, amma bu ağır vəziyyətdən pul çıxaranlar var

Məhəllənin Mirzəağa Əliyev, Dilarə Əliyeva, Süleyman Rəhimov, Mustafa Sübhi, Zülfi Adıgözəlov, Abdulla Şaiq küçələrindəki evlər artıq tarixin yaddaşına köçüb. Yeni salınacaq magistral yolun keçəcəyi ərazidə yerəşən evlərin sakinləri isə köç üstündədir. Verilən kompensasiyanın məbləğindən narazı qalaraq köçmək istəməyənlər olsa da, onlar yaxın aylarda evlərini tərk etməyə məcbur qalacaqlarını bilirlər.
“Bizim evin ön və sağ tərəfindəki evlər sökülüb. Hətta evə bitişik mənzil də söküntüyə düşüb. Bizə isə deyirlər ki, ola bilsin, 2 ildən sonra köçürüləcəksiniz”, - dalan 10, ev 6-da yaşayan Ofeliya İsmayılova deyir. Ofeliya xanımgilin 10 gündür ki, suyu verilmir.

“Sovetski”də su yoxdur, amma bu ağır vəziyyətdən pul çıxaranlar var

Sakinlər “Azərsu” Səhmdar Cəmiyyətinə şikayət ediblər, oradan isə “Azəravtoyol”a müraciət edilməsini məsləhət görüblər. “Azəravtoyol”dan dedilər ki, su xəttinin bərpası ilə biz məşğul olmuruq. Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etməyimizi istədilər,icra hakimiyyətindən isə “Sovetski” ərazisindəki işlərin tender əsasında həyata keçirildiyini, bu məsələlərin onların səlahiyyətində olmadığını dedilər. Qalmışıq bu idarələrin arasında”, - Ofeliya xanım əlavə edir.
Sakinlərin çıxılmaz durumundan yararlananlar da var. Məsələn, ərazidə işləyən fəhlələr 4-5 manat pul müqabilində aşağı küçələrdən vedrə ilə su daşıyırlar. “Problem ondadır ki, bizim evlərin nə vaxt söküləcəyi bəlli deyil. Yan-yörəmiz köçürülsə də, biz gözləyirik”, - sakinlər söyləyirlər.
Söküntüdən sonra yollar dağılıb, məsələn, elə Tolstoy küçəsinin sakinləri evlərə getmək üçün məhəllənin başına dövrə vurmaq məcburiyyətindədirlər. Toz-torpaq, maşınların gurultusu axşama qədər davam edir.

“Sovetski”də su yoxdur, amma bu ağır vəziyyətdən pul çıxaranlar var

“Bizim evi sadəcə qeydiyyata götürüblər. Evin sahəsi belə ölçülməyib. Nə vaxt köçürüləcəyimizi bilmirik. Yollar pis vəziyyətdədir, üstəlik, maşınların hərəkətindən ev titrəyir. Nə gecəmiz, nə də gündüzümüz var, köçürüləcəyimiz günü gözləyirik”, - bunu isə Ləman xanım deyir.
Onun sözlərinə görə, evlərin sahəsinə görə hər kvadrat metrə 1500 manatdan kompensasiya ödənilməsinə qarşı deyil, təki tonları tez köçürsünlər: “Bu vəziyyətdə nə qədər yaşamaq olar? Ev sirkələnəndə qorxudan yata bilmirik. Yol yoxdur, işıq, qaz, su problemi də bir tərəfdən əziyyət verir”.

“Sovetski”də su yoxdur, amma bu ağır vəziyyətdən pul çıxaranlar var

Bəziləri isə dolların bahalaşmasından sonra hər kvadrata görə 1500 manatın ödənilməsi ilə razılaşmır. “Mən bu məhəllədə doğulmuşam, burada böyümüşəm. İndi 50 min manat konpensasiya verəcəklər ki, get ucqarda bir ev al. Bu pula yalnız şəhər kənarında ev ala bilərəm. İki uşağım tələbədir, mən də, həyat yoldaşım da şəhərdə işləyirik. Gündə 4 nəfərin yolpulunu qazanmaq lazımdır”, - bunu isə “Sovetski” sakini Adil Məmmədov deyir və əlavə edir ki, təklif edilən məbləğlə razılaşmamaq kimi şansı da yoxdur. Çünki elə şərait yaradıblar ki, köçməkdən başqa çarə qalmır.

“Sovetski”də su yoxdur, amma bu ağır vəziyyətdən pul çıxaranlar var

Sakinlərə xəbərdarlıq da edilib, deyiblər ki, evin təmiri və ya sonradan inşa edilmiş tikiliyə görə pul ödənilməyəcək. Qonşuluqdakı evlərin sökülməsi zamanı qapısı-pəncərəsi uçmuş sakin belə pul xərcləmək istəmir.
Sökülən ərazilərdəki tullantılar daşınır. Bir yanda iri maşınlar, bir yanda oynayan uşaqlar... hələ ki, “Sovetski”də həyat davam edir.
Jalə Ağazadə
Foto Samirə Həsənovanındır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 'Sovetski'də sonuncu evlər mübarizəni davam etdirir, ancaq...

    'Sovetski'də sonuncu evlər mübarizəni davam ...

    27-12-2016, 21:25

  • 
  • “Sovetski”də söküntünün dayanmasının müdhiş sirri…

    “Sovetski”də söküntünün dayanmasının müdhiş sirri… ...

    16-03-2015, 00:09

  • 
  • Yox olan “Sovetski”- [Fotolar]

    Yox olan “Sovetski”- [Fotolar] ...

    4-02-2016, 21:06

  • 
  • Köhnə «Sovetski»ni Şeyxin adamları satın almaq istəyir ETİRAZ VAR

    Köhnə «Sovetski»ni Şeyxin adamları satın almaq ...

    23-01-2014, 16:27

  • 
  • «Sovetski»də qalanlar: «Yatanda dua edirik ki, səhərə salamat çıxaq»

    «Sovetski»də qalanlar: «Yatanda dua edirik ki, ...

    9-03-2015, 23:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu