Novruz bayramı ilə əlaqədar Bakının bəzi yerlərində çadırlar qurulub.
Xezerxeber.az bildirir ki, bayram atributları, suvenirlər və süfrə üçün ərzaqlar... Burada Novruzla bağlı hər şey tapmaq olar.
Bayram çadırları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyaların yaxınlığında yerləşir. Məqsəd sakinlərin bayram alış-verişini asanlaşdırmaqdır.
Satıcılar deyirlər ki, buradakı qiymətlərlə bazardakılar arasında 15-20 faiz fərq var. Məsələn, şirniyyatlar 5-12, suvunerlər 3-5, hədiyyəlik məhsullar 5-30, Səməni 80 qəpiklə -2 manat arasında satılır.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib ki, hazırda paytaxtda 5 yerdə belə çadırlar qurulub və bunların sayı artırılacaq.
Bayram çadırları martın 25-ə qədər fəaliyyət göstərəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?