Avropa Liqasının I təsnifat mərhələsinin təkrar oyunları çərçivəsində sabah Lənkəranda baş tutacaq “Xəzər Lənkəran” -“Slima” (Malta) görüşünü meydan sahiblərinin fəxri prezidenti Mübariz Mənsimov da stadiondan izləyəcək. Türkiyədə yaşayan milyarder həmyerlimiz Maltada keçirilən ilk oyunda da komandasının yanında olmuşdu. Qeyd edək ki, ilk matçda “Xəzər Lənkəran” rəqibini məğlub edə bilməyib (1:1).Qeyd edək ki, sabiq millət vəkili,Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev iş adamına hədə-qorxu gələn açıqlama vermişdi və bunları bildirmişdi: “Sən Masallıya gələ bilməzsən, əgər gəlsən, səni ağır cəzalandıraram”. Maraqlıdı görəsən iş adamı Lənkərana gedəndə Masallıda dayanacaqmı?
Sorğu
Yeni dizaynımız necədir?