GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Saraydan keçən avtobusa, saraylılar niyə minə bilmir?

Saraydan keçən avtobusa, saraylılar niyə minə bilmir?

Tarix: 12-03-2017, 23:48 Bölmə :Ölkə Baxış: 458
Saraydan keçən avtobusa, saraylılar niyə minə bilmir?

Sumqayıtda dolan avtobuslar Sarayda saxlamır, düz keçir

“Minlərlə sakini olan, üstəlik, son illər ətrafındakı yeni yaşayış massivləri artan Saraydan Bakıya bircə avtobus xətti də yoxdur”.

“Gündəm Xəbər”in məlumatına görə, Abşeron rayonunun Saray qəsəbəsinin sakinləri AzadlıqRadiosu-nun “Qaynar xətt”inə nəqliyyatdan şikayət yazıb göndəriblər. Sakinlər bildirirlər ki, qəsəbədən şəhərə avtobus xətti olmadığı üçün əziyyət çəkirlər.

Saraydan keçən avtobusa, saraylılar niyə minə bilmir?
Sovetdən qalma avtobus

ƏHALİ ARTIR, MARŞRUT XƏTTİ YOXDUR

Saraylıların rahat nəqliyyatdan istifadəsi sovet dönəminin başa çatmasıyla yoxa çıxıb. O vaxtlar qəsəbədən Bakıya bir neçə avtobus xətti varmış. Qəsəbə sakini Aslan Qədimov “Qaynar xətt”ə daha ətraflı danışır:

“O vaxt Saray kəndinin ərazisi indikindən bir neçə dəfə kiçik idi, əhalisinin sayı da indikindən qat-qat az idi. Ancaq Saraydan Bakıya 14, Saraydan Sumqayıta isə 13 saylı avtobus xətləri vardı. Torpaq ucuz, havası təmizdir deyə, sonralar hamı bura üz tutmağa başladı. Bakıda az adam tapılar ki, özü, ya ailə üzvü Saraydan torpaq almasın, yaxud ev tikməsin. Ancaq hökumət əhalinin artmasını nəzərə alıb Saraydan Bakıya ikicə marşrut xətti açmır”.
Sumqayıtdan gəlib Saraydan keçib Bakıya gedən iki avtobus xətti mövcuddur. Ancaq saraylılar bu avtobuslardan yararlana bilmirlər. Çünki səhər saatlarında Sumqayıtdaca dolan avtobuslar Sarayda saxlamır, düz keçir.

Saraydan keçən avtobusa, saraylılar niyə minə bilmir?

“1 MANATA APARAN TAKSİLƏR İNDİ 2 MANATA APARIR”

Saraylılar istəyirlər ki, qəsəbədən Bakıya birbaşa avtobus xətti açılsın. Saray sakini İbrahim Fətəliyev deyir, həm özü, həm də ailə üzvləri Bakıya taksi ilə gəlməyə məcburdur. Bu isə ailənin büdcəsinə zərərdir:

“Üç qızım tələbədir. Özüm də, yoldaşım da Bakıda işləyirik. Əvvəllər adambaşı 1 manata aparan taksilər indi 2 manata aparır. Hər səhər universitetə, işə gecikməmək üçün məcburuq ki, bu taksilərdən istifadə edək. Avtobuslar Sumqayıtda dolur gəlir, dayanacaqda toplaşan adamlar əsəbiləşir, burdan-bura da deyil ki, qapısından sallanıb gedəsən”.

Marşrut probleminin çözülməsindən ötrü Sarayda bir neçə dəfə imzatoplama keçirilib, sakinlər toplanan yüzlərlə imzanı Abşeron rayon İcra Hakimiyyətinə, Heydər Əliyev Fonduna, prezidentə göndəriblər. Ancaq bu imzalardan da kar aşmayıb.

Saraydan keçən avtobusa, saraylılar niyə minə bilmir?

“İCRA HAKİMİYYƏTİ AVTOBUS XƏTTİ AÇMIR AXI...”

Abşeron rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Saraydan Bakı Beynəlxalq Avtovağzalına avtobus xətti açılması üçün sakinlərin etdiyi müraciətləri uyğun qurumlara ötürüblər:
“İcra hakimiyyəti avtobus xətti açmır axı... Müraciət ediblər, məktublarını bu yaxınlaradək fəaliyyət göstərən Nəqliyyat Nazirliyinə də göndərmişik, başqa müvafiq qurumlara da... Yenə də diqqətimizdədir, bir də müraciət olunacaq. Orda Sovetdən sonra da avtobus xətləri fəaliyyətdə olub, sonradan sahibkarlar tərəfindən dayandırılıb. Saraylılar Sumqayıtdan gələn 501 və 503 saylı marşrut üzrə hərəkət edən avtobuslardan istifadə edirlər. Düzdür, nəqliyyat problemi var və çalışacağıq ki, həllini tapsın”.

Saraylılara, hələlik, ya Sumqayıtdan gəlib keçən avtobusu saxlatdırıb birtəhər yerləşmək, ya da ciblərinə zərər verib taksiylə gəlib getmək qalır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtdan Bakıya gələn avtobus yandı

    Sumqayıtdan Bakıya gələn avtobus yandı ...

    25-11-2013, 12:11

  • 
  • Keşlədə bələdiyyə asfaltlayır, suçəkənlər qazır

    Keşlədə bələdiyyə asfaltlayır, suçəkənlər qazır ...

    23-09-2016, 00:38

  • 
  • Bakıda avtobus terroru: xeyli yaralı var...

    Bakıda avtobus terroru: xeyli yaralı var... ...

    10-07-2015, 12:31

  • 
  • Bakıda yeni avtobus marşrutları açılır - SİYAHI

    Bakıda yeni avtobus marşrutları açılır - SİYAHI ...

    16-10-2015, 12:37

  • 
  • Nərimanov rayonunda avtobus yandı

    Nərimanov rayonunda avtobus yandı ...

    24-06-2013, 15:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (2)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu