Milli.Az-ın məlumatına görə, metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlğında 15 saylı marşrut xətti üzrə işləyən sərnişin avtobusu 7 maşını əzib, sonra isə dayanacağa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Qəza təxminən bir saat əvvəl baş verib. Əraziyə xeyli sayda təcili yardım maşını və yol polisi əməkdaşları cəlb olunub. Qəza üzündən yolda tıxac yaransa da sonradan yol açılıb.
Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, yaralıların 9-u 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, onların 3-nə ambulator yardım göstərilib və evə buraxılıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir.
"Bakı Sərnişin və Yükdaşımaların Təşkili" MMC-dən virtualaz.org saytına bildiriblər ki, 15 saylı marşrut "Qafqaz" firmasına məxsusdur.
Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən bildirildiyinə görə isə Qara Qarayev prospektində baş verən qəza zamanı 8 nəfər xəsarət alıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?