GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Generalların susdurmaq istədiyi zabit

Generalların susdurmaq istədiyi zabit

Tarix: 15-05-2013, 13:20 Bölmə :Ölkə Baxış: 1 361
Generalların susdurmaq istədiyi zabit
O, hələ də günahsız yerə həbsdə saxlanılır

Bu ilin yanvarında Azərbaycan Hərbi Məhkəməsi Prezident yanında Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) keçmiş baş leytenantı Asif Lətifova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verdi. Hal-hazırda Asif Lətifov cəzasını çəkir.
Qeyd edək ki, onun həbsi birdən-birə baş vermədi. Baş leytenant Asif Lətifov məhz uzun müddət üzləşdiyi haqsızlıq və ədalətsizliklərlə razılaşmadığı, özünün və hərbçi yoldaşlarının haqqını müdafiə etmək üçün mübarizə apardığına görə həbs edildi.
Asif Lətifovun anası Gülnaz Lətifova da bildirir ki, oğlu XDMX-nın rəisi Vaqif Axundovun sifarişi ilə həbs edilib. "Gündəm Xəbər" qəzeti olaraq bu mövzunu ilk dəfə biz işıqlandırmışıq. Son iki il ərzində bu məsələ ilə bağlı proseslər daim diqqətimizdə olub. Bu baxımdan baş verənlərin xronologiyasına diqqət yetirmək kifayətdir ki, Asif Lətifovun günahsız yerə həbs olunduğu bir daha aydın olsun.
Hər şey baş leytenantın qanunsuz olaraq XDMX-dan uzaqlaşdırılmasından başladı. Bununla barışmayan Asif Lətifov öz hüquqları uğrunda hüquqi müstəvidə mübarizəyə başladı. XDMX-da 17 il qulluq edən, dəfələrlə dövlət mükafatları ilə təltif edilən, müsbət xarakterizə olunan Asif Lətifov nəyə etiraz edirdi?
Onun bildirdiyinə görə, hər şey qulluq etdiyi “Betta” dəstəsinə Fikrət Rzayevin komandir gəlməsindən sonra başlayıb. Asif Lətofovun öncə işdən çıxarılmasına, sonra həbsinə səbəb bir ədəd patronun itməsi olub. Belə ki, 2001-ci il martın 5-də Emin Ələkbərov adlı mühafizəçi patronu itirib. Martın 6-na keçən gecə Asif Lətifov patronu tapıb. Ziddiyyətdə olduğu üçün patronu dəstə komandirinə - Fikrət Rzyaevə deyil, müffətişliyə təqdim edib. 4 gündən sonra o, Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsilə işdən azad edilib. İşdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəriVaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. 2012-ci ilin yayından, hadisənin üstündən bir il üç ay keçdikdən sonra A.Lətifov məsələni mətbuat vasitəsilə ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqidlərə məruz qoyduqdan sonra ona qarşı cinayət işinə start verilib. Öncə ölkə prokurorluğu A.Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. Hərbi prokurorluq isə, yuxarıda qey etdiyimiz kimi, bu il yanvarın 29-da A.Lətivoun 6 il müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.
Maraqlıdır ki, patronu itirən E.Ələkbərov heç bir cəza almayıb, A.Lətifov isə patronu oğurlamaqda ittiham edilib. Əvvəlcə hər iki mühafizəçinin işi bir cinayət işində olsa da, sonradan E.Ələkbərovun işi ayrılıb. Məhkəmə prosesində şahidlərdən kimsə A.Lətifovun patronu oğurlamasını gördüyünü deməyib. Kimdənsə eşitdiklərini mülahizələrə görə səsləndiriblər.
Bəs Fikrət Rzayevlə Asif Lətifov arasında ziddiyyətlər haradan qaynaqlanır? Asif Lətifovla XDMX rəhbərliyi arasındakı yaranmış problemin kökünə diqqət edəndə aydın olur ki, baş leytenant qurumda korrupsiya faktlarının üstünü açdığı üçün hədəfə gəlib.Asif Lətifovla onun komandiri Fikrət Rzayevin arasında problemin kökündə şəxsi məsələ dayanır. Fikrət Rzayev hər fürsətdə Asif Lətifovu işdən çıxarmaq istəyirmiş. Bundan başqa Asif Lətifovun sözlərinə görə, Fikrət Rzayev hər ay işçilərin maaşından 30 manat pul tuturmuş. Həmçinin tədbirlərdə işçilər üçün nəzərdə tutulan ”konvert”ləri onlara vermirmiş. Bəylər Əyyubovun yaxın qohumu olan Fikrət Rzayev Asif Lətifovun bütün bunlara etiraz etməsinə dözə bilməyib və himayədarları vasitəsilə onun işdən çıxarılmasına nail olub.
Asif Lətifovu işdən çıxarmaq üçün ona qarşı çalışdığı qurumda təzyiqlər başlanılıb. Lətifova qarşı ən absurd ittihamlar irəli sürülüb. Məsələn, Asif Lətifov Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etməkdə günahlandırılıb. Sanki Asif Lətifov hansısa ölkənin xarici kəşfiyyatı orqanı ilə işbirliyində olub. Daha sonra Asif Lətifov qeyri-qanuni olaraq xidməti uyğunsuzluq maddəsilə işdən çıxarılıb. O, hüquqları uğrunda mübarizəyə başladıqdan sonra təzyiqlər daha şiddətli xarakter alıb. Iş vaxtı travma almasına rəğmən Asif Lətifova əlillik dərəcəsi verilməməsi, ona çatacaq sığorta pulunu verməkdən imtina edilməsi və s. bu kimi faktları nümunə göstərmək olar. Asif Lətifovla bağlı məsələ ictimailəşəndən sonra bəzi problemlər həll olunub. Məsələn o, məhkəmə yolu ilə də olsa, sığorta pulunu ala bilib.
Asif Lətifova qarşı ən güclü təzyiqlər isə o, Xüsusi Dövlət Mühafizə Xidmətində baş verən qanunsuzluqlarla bağlı mətbuata ardıcıl və geniş açıqlamalar verdikdən sonra başlayıb. Baş leytenanat buradakı korrupsiya faktları, özbaşınalıq və mənfi təzahürlər barədə zaman-zaman mətbuat konfransları da keçirib.
A.Lətifov həmçinin XDMX-də qohumbazlıq və yerlibazlığın geniş yayıldığı, aparıcı vəzifələrdə bu xidmətin rəisi Vaqif Axundovun qohumlarının yerləşdirildiyini açıqlayıb. O, deyib ki, burada vəzifə yüksəldilməsi rüşvətlə həyata keçirilir. Zabit “xidmətə uyğun olmamaq” ittihamı ilə işdən çıxarılması haqqında əmrin ləğvi məqsədilə məhkəmə iddiası verdikdən sonra A.Lətifovun atasını telefonla hədələməyə başlayıblar. Polis zəng edən şəxsin kimliyini müəyyən edib, lakin onun “nömrəni səhv yığdığını” bildirib.
Asif Lətifov həbsindən əvvəl XDMX-də baş vermiş bir “çp”-ni də diqqətə çatdırıb. Bu, DIN-in sabiq əməliyyat müvəkkili, adam oğurluğu və başqa ağır cinayətlərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov barədədir. Baş leytenant bildirib ki, Hacı Məmmədova məxsus axtarışda olan “Mercedes 600” markalı avtomobil XDMX-də tapılıb: ”Hacı Məmmədov həmin avtomobillə bir çox cinayətlər törədib. Ona görə də “Qara Kəmər” əməliyyatından sonra bu maşın axtarışa verilmişdi.Sən demə, həmin avtomobil bizim zabitlərdən birində imiş.Bəzi səbəblərdən həmin zabitin adını çəkmək istəmirəm.Yalnız onu deyə bilərəm ki, həmin zabit ölkə başçısının şəxsi mühafizəsində çalışırdı. Bu fakt mühafizə xidmətində nələrin baş verdiyini təsəvvür etmək üçün kifayət deyilmi?”.
Beləliklə, XDMX-da baş verən korrupsiya və digər mənfi halları gün işığına çıxaran Asif Lətifov qurumun rəhbərliyinin qəzəbini daha da artırıb.Onun zərəsizləşdirilməsi üçün plan qurulub.Bu planın necə həyata keçirildiyi də bəllidir.Məhkəmə “yuxarı”dan gələn sifarişlə Asif Lətifovu azadlıqdan məhrum edib. Çünki generalların onu susdurmaq üçün başqa yolu qalmamışdı…
Şakir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Oğlum Vaqif Axundovun sifarişilə həbs edilib"

    "Oğlum Vaqif Axundovun sifarişilə həbs ...

    10-02-2013, 11:43

  • 
  • Vaqif Axundovun işçisindən prezidentə şok şikayət

    Vaqif Axundovun işçisindən prezidentə şok şikayət ...

    5-04-2014, 13:46

  • 
  • Polis rəisinin müavini ilə güllələnənlərin biri də öldü

    Polis rəisinin müavini ilə güllələnənlərin biri ...

    25-02-2014, 13:03

  • 
  • REAL sədrinin köməkçisi həbs edildi

    REAL sədrinin köməkçisi həbs edildi ...

    6-08-2013, 18:31

  • 
  • Asif Əskərov oğluna verilən cəzadan razıdır?

    Asif Əskərov oğluna verilən cəzadan razıdır? ...

    27-05-2015, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu