Mən səni qorudum uşaqlığından, Mən səni qorudum cavanlığından, Qorudum səni mən baba olunca Demirəm izlədim, gəzdim dalınca… Bu sözü atalar deyib əzəldən: ” Ac qarın özünü verər qılınca”. Bəlkə yaxşı ata ola bilmədim Səni öz əlindən ala bilmədim. Sən öldün, amma mən ölə bilmədim. İndi yaşayıram qalan vaxtımı. Yaşamaq…Yəni bu yaşamaqdımı?…
Sorğu
Yeni dizaynımız necədir?