GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » BACIM BAKİRƏ OLMASIN!- Mövlud Mövlud

BACIM BAKİRƏ OLMASIN!- Mövlud Mövlud

Tarix: 16-03-2017, 21:40 Bölmə :Ölkə Baxış: 416
BACIM BAKİRƏ OLMASIN!- Mövlud Mövlud

BACIM BAKİRƏ OLMASIN!


Martın 16-da intihar xəbəri yayılan Mövlud Mövludun 4 il əvvəl Azadlıq Radiosunun "OxuZalı"nda çap olunan və müzakirələrə səbəb olan yazısı


- Ay mənim qafiyəpərdaz millətimin qələm adamları! Bax, o, bizim müharibədə pis günə qoyan urus ki, var onlarda qadını paçasının arası namus sayılmır. Namus torpaq sayılır. Namus Rus imperiyası sayılır.


BACIM BAKİRƏ OLMASIN!


Bir həftənin söhbətidir, ucuz Bakı çayxanalarının birində, bir neçə yazar dost-qardaşla çay süfrəsi arxasında sıx birləşmişdik. Yayda ailə qurmuş bir şair barədə söhbət düşdü... Pah, qələm əhlimizin ürəyi dolu imiş ki!?

Bəlli oldu ki, şairin ailəsi heç də "sağlam təməllər üzərində pərvəriş” tapmayıbmış. Ayə, nə olub, nə məsələdir? Bəs deməzsənmi, oğlan elə bir qızla ailə qurubmuş ki, Vallah, heç bilmirəm necə deyim, açığı, utanıram da deməyə, yox eyy, deyəcəm, deməsəm yazımızın məğzi açılmaz qalar. Qardaş, sən demə oğlanın sevdiyi, sevib də seçdiyi, ailə həyatı qurduğu qız bakirə deyilmiş. Boooy, öyümüz yıxıldı, namus-qeyrət harda qaldı? Vaveyla şəriət əldən getdi!!!

Bəs bunu yazar dostlarımız hardan bilir? Olmaya bu bakirə olmayan xanım bizim dişini vaxtı-vaxtında yuya bilməyən yazarlardan hansı iləsə, Vallah deməyə də utanıram, bəlkə o məsələ...hə? Allah sən saxla!!!!

Yox əşi, elə deyil. Sadəcə olaraq şairin arvadı iki-üç il öncə Türkiyəli bir rəssamla vətəndaş nigahında yaşayırmış!

Dostlar başladı, nə başladı? Gənc ailə başçısının arxasınca deyilməyən söz qalmadı:

- Biqeyrət!

- Gözüylə görən!

- Namussuz!

Bir siqaret yandırıban arxadaşlara ümumi bir sual ünvanladım:

- Qardaşlar, müharibədə erməniyə əsir düşən qızlarımız barədə nə bilirsiniz?

Şair xalqımın şair oğulları ah çəkib siqaret yandırdılar. Bir də cəhd elədim:

- Müharibədə əsir düşən qızlardan, gəlinlərdən bir xəbəriniz varmı?

Elə bil qurbağa gölünə daş atmışdın. Xalqımızın bağrı yaralı şair övladları qəm dəryasına qərq olmuşdular. Sualın şiddətini artırdım:

- Bilirsinizmi ki, ermənilər dərman verib onları dəliyə döndərir, sonra da atın-eşşəyin altına yıxıb porno film çəkir?

Dostlardan ən şairanə olanının nəfəsi tıncıxdı:

- Mövlud, anamızı ağlatma!

Handan-hana bir başqasının səsi çıxdı:

-A, kişi, erməni kimdir? Bizi urus uddu müharibədə urus!!! Hə, dədəmin goru haqqı...

Çayçı oğlana daha bir çaynik çay sifariş edib başladım nə başladım:

- Ay mənim qafiyəpərdaz millətimin qələm adamları! Bax, o, bizim müharibədə pis günə qoyan urus ki, var onlarda qadını paçasının arası namus sayılmır. Namus torpaq sayılır. Namus Rus imperiyası sayılır. O imperiya ki, bir başında günəş doğulanda, o biri başında gecə düşür. O imperiya ki, hər seçkidə sənin bakirə millətinin səs bakirəliyini dağıdıb qayıdır öz ölkəsinə. Sənsə qalırsan burda bacının, arvadının bakirəliyini qoruya-qoruya. Ona görə də, yer üzündə ən qeyri səmimi millət sənin millətindir ki, qızların adamla öpüşərkən ehtirasın zirvəsinə çatanda, soyunub, yatağa girməliykən, sevdiyi oğlana təslim olmalıykən, tez-tələsik geri çəkilib özünü yığışdırır, təngnəfəs halda, "Bəsdir! bəsdir!” deyib köynəyinin yaxasını düymələyir. Ginekoloqlar "bu ay ikicə qız tiksəm uşağın təhsil haqqını ödəyərdim” deyir. Gənc qızların çoxu bağırsaq xəstəliyindən əziyyət çəkir...

Dostların susduğunu görüb fikrimə emosional tonda nöqtə qoydum:

-Mən razıyam, mənim bacım hələ məktəbliykən, öz bakirəliyini sevdiyi oğlana bağışlasın, Sonra da sevdiyi oğlandan ayrılıb başqa biri ilə eşq yaşasın, ondan da ayrılıb birinə ərə getsin, hələ ürəyi istəsə ondan da boşansın... Şəxsi həyatıdır, özü bilər. Ancaq qoy, o, savadlı bir mütəxəssis olsun. Məsələn, əla bir həkim. Millətin övladlarına vicdanla xidmət etsin. Dərman firmaları ilə şərikli işləyib camaatın uşaqlarını yazıq eləməsin. Hər seçkidə "AZ-TV”yə çıxıb yaltaqlıq eləməsin. Paçasının arasını yox, millətinin gələcəyini qorusun...

Dostlar böyümüş gözlərlə mənə baxırdılar. "Pulum yoxdur, çayın pulunu özünüz verərsiniz”- deyib ayağa qalxdım. Heç kimlə əl sıxmadan çayxanadan çıxdım. Çayxananın qapısını bağlayanda dostlardan birinin arxamca dediyi söz düz boynumun arxasından dəydi:

- Peysər!!!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakirə olmamasını 3 il ərindən gizlətdi 10 min ziyana düşdü

    Bakirə olmamasını 3 il ərindən gizlətdi 10 min ...

    5-07-2013, 16:47

  • 
  • Mövlud Mövlud intihar etdi - Özünü 17-ci mərtəbədən atdı

    Mövlud Mövlud intihar etdi - Özünü 17-ci ...

    16-03-2017, 20:39

  • 
  • Bakıda namus söhbəti ailə faciəsinə səbəb oldu

    Bakıda namus söhbəti ailə faciəsinə səbəb oldu ...

    30-05-2013, 11:24

  • 
  • Minlərlə bakirə qız kralla evlənmək üçün soyunaraq elə bir şey etdilər ki… – VİDEO

    Minlərlə bakirə qız kralla evlənmək üçün ...

    2-09-2016, 12:14

  • 
  • Azərbaycanlı aktyor: “Anam öləndə bacım şükr edirdi”

    Azərbaycanlı aktyor: “Anam öləndə bacım şükr ...

    12-01-2015, 20:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu