Martın 17-də Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və onunla birlikdə mühakimə olunan şəxslərə hökm oxunub. Bu işə Bakı Hərbi Məhkəməsinin hakimləri baxsa da, proses Nəsimi Rayon Məhkəməsinin inzibati binasında keçirilirdi. Hökm də orada elan olunub. Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, Şahin Sultanova 3 il sınaq müddəti olmaqla, 8 il 6 ay şərti cəza verilib. Dövlət ittihamçısı Şahin Sultanova 13 il həbs cəzası istəmişdi. Şahin Sultanov mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılırdı. O, 2015-ci il aprelin 23-də həbs olunmuşdu. Lakin bir neçə aydan sonra ev dustaqlığına buraxılmışdı. Şahin Sultanov özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu bildirirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?