Rusiyalı sərhədçilər RF-dən Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatlarını nəzarətə götürüblər.
gundemxeber.az oxu.az-a istinadən bildirir ki,bu barədə "AiF Dağıstan" nəşrinə Dağıstan Respublikası üzrə Rusiya Federal Təhlüksizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Dərbənd şəhərindən cənub-şərqdə dənizdə göyərtəsində iki Rusiya vətəndaşı olan və Azərbaycana istiqamətlənən gəmi aşkarlanıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar", - mənbə deyib.
Nəşrin sözçüsünün məlumatına əsasən, qaçaqmalçılar suya qara paketlərdə qutular atmağa başlayıblar. Qutularda Rusiya Federasiyasının aksiz markası olmadan 3 min "NZ gold compact" markalı siqaret bloku aşkarlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?