GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

Tarix: 27-03-2017, 00:19 Bölmə :Ölkə Baxış: 475
SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

Bakıxanov qəsəbəsilə Nizami rayonu arasında gözəl bir park yerləşir. “Start” idman kompleksinin tam aşağısında yerləşən parkın adını bilmirəm. İnternetdə ciddi axtarışlarıma baxmayaraq, onun adını tapmaq da bəndənizə nəsib olmadı.
Adını bilməsəm də, adətən, hər il yayın cırhacırında özümü həmin parkın yuxarısında yerləşən köhnə “Bakı” restoranına yetirir, çöldə bir masada əyləşib təbiətin bu gözəl və füsunkar mənzərəsini seyr etməyə çalışıram. Bakının küləyini özünə çəkən bu yerlər xeyli sərin olur. Məni onun seyrinə gətirən səbəblərdən biri də elə bu sərinliyidir.

SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

Vurğunu olduğum parkın adını axtarmağım isə səbəbsiz deyil. Bakıxanov rayonunda yaşayan bəzi sakinlər parkın ölüm-dirim təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirmişdilər. Mən də qulağıma inanmayıb onun ziyarətinə getmişdim. Dörd tərəfdən hasara alınan parkın başına gətirilən oyun məni həqiqətən çox sarsıtdı. Park az qala ağacların üstünü örtəcək qədər yararsız daş-torpaq tullantıları altında basdırılır. Tez-tez əraziyə gələn yük maşınları daşıdıqları tullantıları əraziyə boşaldıb yenidən parkı tərk edirlər . Sanki təbiətin bu gözəl mənzərəsinin tamamilə sıradan çıxarılması üçün ciddi işlər gedir.

SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

Düzünü desəm, parka torpaq töküldüyünü eşidib ağlıma onun daha münbit hala gətirilməsi gəlmişdi. Yerli sakinlərin bildirdiyinə görə isə, bu torpaq əslində torpaq da deyilmiş, Sabunçu rayonunun müxtəlif yerlərində inşa olunan binaların fundamentindən çıxarılan tullantılarıymış. Əkinə yararsız olan bu topağın parka daşınmasının isə sadə bir səbəbi varmış: rayon icra hakimiyyətinin rəhbərləri doldurulacağını gözləyən daha uzaq ərazilərə maşın sürməmək üçün dörd tərəfdən hasara aldıqları bu ərazini ən münasib tullantı yeri kimi görürlər. Başqa sözlə desək, hər maşın tullantıda cüzi qənaət etmək məqsədilə parkın məhv olmasına qərar verilib.

SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

İnternetdə parkın adını axtararkən, diqqətimi bir məqam cəlb etdi. Sən demə, özü xəritələrə düşsə də, adı yazılmayan bu parkın başına gətirilən müsibət rayon rəhbərliyinin ilk təcrübəsi də deyilmiş. Kiçik araşdırmam zamanı Sabunçu icra başçısı Adil Vəliyevin adının bundan əvvəl də rayondakı müxtəlif parkların məhvində hallandığını gördüm. Oxuduğum materiallarda Adil müəllimin rayonun bağ-bağat yerlərində öz şəxsi biznes sahəsini böyütdüyü, bəzən uşaq bağçaları, bəzən əyləncə mərkəzləri tikdiyi iddia olunur.

SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

Həmin ərazidə yaşayan sakinlər səbirsizliklə parkın açılışını gözləyiblər. Parkın açılışını isə şəxsən Adil Vəliyev özü edib: “Lakin məlum olub ki, sakinlərin açılışını səbirsizliklə gözlədikləri bu park uşaqların və sakinlərin dincələcəyi məkan yox, Adil Vəliyevin növbəti şəxsi obyekti olan “Şəhrizad” uşaq bağçasıdır. Yəni park icra başçısının istəyi ilə özəl obyektə çevrilib. Ancaq bu uşaq bağçasından nəinki bu günə qədər orada oynayan uşaqlar, hətta digər sadə vətəndaşların balaları da istifadə edə bilmir. Çünki bağçada bir uşağın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 manatdır”.

SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

Adil Vəliyev cənablarının Mədəniyyət küçəsindəki parkdan sonra adını bilmədiyim sözügedən ərazidə “yenidən bərpa” işlərinə başlaması məndə istər-istəməz eyni proseslərin burda da baş verməsi şübhəsini yaratdı. Nədən ki, bu park da Bakıxanov qəsəbəsinin ən gözəl guşəsində yerləşir və ətrafı müxtəlif ictimai iaşə obyektləriylə doludur. Bu park da bir müddət əvvəl icra hakimiyyətinin qəzəbinə gələn digər həmcinsi kimi dörd tərəfdən hasara alınıb.

SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

İnternetdə “Şəhrizad” uşaq baxçasının ünvanını axtararkən, fərqli yerlər olduğunu gördüm. İndi məni bir sual narahat edir: Sabunçu rayon icra başçısı mərhum Heydər Əliyevin öz qollarına bənzətdiyi ağacları hətta kəsmək zəhmətinə belə qatlanmadan, tullantılar altında basdırmaq cəsarətini hardan alır? Yoxsa, Adil müəllim ölkə rəhbərliyinin başının xarici və daxili məsələlərə qarışdığından istifadə edərək, yaşıllıqların başına rahat turp əkəcəyini düşündüyündən bu addımı atır?

SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

Görünür, qəsəbə sakinləri də bu suallara cavab tapa bilmədiklərindən, onlar arasında qəribə şaiyələr gəzir. Belə şaiyələrdən birinə görə, Bakının bir neçə rayonu Nazirlər Kabinetinin bir sərəncamı ilə şəhər icra hakimiyyətinin tabeçilikdən çıxarılıb. Bakı meri Hacıbala Abutalıbovun belə, sözünün keçmədiyi rayonlardan biri də Sabunçudur. Bu geniş səlahiyyətlərə malik olan icra başçısı isə sövq-təbii olaraq özünü rayon rəhbəri kimi yox, əsl xan kimi aparır.
Şayiələrin həqiqəti nə qədər əks etdirdiyini demək çətindir. Amma şəkilini çəkdiyimiz parkın indiki vəziyyəti çox şeylərdən xəbər verir. Gəlin, onları diqqətlə “dinləyək”.

SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar
SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar
SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

Heydər Oğuz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəqədi icra hakimiyyəti kimin dostudur?

    Binəqədi icra hakimiyyəti kimin dostudur? ...

    29-11-2013, 15:29

  • 
  • İcra başçısı Sumqayıt bulvarını satır

    İcra başçısı Sumqayıt bulvarını satır ...

    26-07-2013, 16:18

  • 
  • İcra başçısı Bakıxanovda satmağa yer qoymadı

    İcra başçısı Bakıxanovda satmağa yer qoymadı ...

    29-09-2016, 21:53

  • 
  • Bərdədə qazanc əldə etməyin başqa bir yolu tapılıb

    Bərdədə qazanc əldə etməyin başqa bir yolu tapılıb ...

    21-06-2015, 07:38

  • 
  • Bərdədə qazanc əldə etməyin başqa bir yolu tapılıb

    Bərdədə qazanc əldə etməyin başqa bir yolu tapılıb ...

    21-06-2015, 07:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu