Sabunçunun icra başçısı Bakıxanov qəsəbəsində satmadığı yer qoymayıb
Yerli mənbələrdən verilən məlumata görə, Adil Vəliyev qəsəbənin daha iki massivini peşkəş edib.
Hazırda həmin ərazilərdə tikinti işəri həyata keçirilir. Qəsəbənin “Kristal” şadlıq evinə yaxın ərazisində bir gecənin içərisində şumlanan ərazi tikinti meydançasına çevrilib.
İcra başçısı təyin olunduğu vaxtdan Bakıxanov qəsəbəsində kosmetik abadlıq işləri həyata kçeirən biznesmen A.Vəliyev burada bir qarış yer saxlamayıb.
Belə ki, Bakıxanov stansiyası adlanan iri massiv satılaraq ərazidə ticarət mərkəzi inşa olunmaqdadır, səkilərin üstü obyektlərin tikintisi üçün qarış-qarış satılıb.
İndisə “Aygün city” adlanan əraziyə çatmamış yol üstündə nəhəng ərazi buldozerin qabağına verilib. Burada ya bina ya da kommersiya mərkəzi tikiləcək.
Xatırladaq ki, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsibdə Geofizik İdarəsinin əraziləri qəsb edilib.
Daha sonra qəsəbədəki Mədəniyyət küçəsindəki park hasarlanıb. “Şəhrizad” uşaq bağçası tikilib.
“Vahid” şadlıq evinin yanındakı 9 mərtəbəli binanın həyəti, Zabrat yolunun qırağı, Sülh küçəsindəki kiçik parkın ərazisi, doğum evinin yanındakı parkın ərazisi və s. ərazilər artıq satılıb.
Həmçinin, Anaşkin küçəsindəki torpaq sahələri satılmaqda davam edir. “Baıxanov rezidens” yaşayış kompleksi, əyləncə mərkəzləri, “Bərgüşad” və s. icra başçısının nəzarətində olduğu iddia edilir.
Əslində, siyahını çox uzatmaq olar. Bu barədə ayrıca reportaj təqdim edəcəyik.
Sabunçu RİH-nin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?