GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məhkəmədə dəhşətli işgəncə faktları açıqlandı

Məhkəmədə dəhşətli işgəncə faktları açıqlandı

Tarix: 28-03-2017, 20:49 Bölmə :Ölkə Baxış: 380
Məhkəmədə dəhşətli işgəncə faktları açıqlandı

Baş narkotiklərlə mübarizə idarəsində Biləsuvar sakininə elektroşokla işgəncə verildiyi açıqlandı

Məhkəmə şərlənərək həbs edilən Etibar Ağayevə bəraət hökmü verdi

Narkotik alverində ittiham olunan Biləsuvar rayon sakini, 1980-ci il təvəllüdlü Etibar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Etibar Ağayev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə əvvəlcədən razılaşıb və cinayət əlaqəsinə girib.

O, bu məqsədlə 29 iyul 2015-ci il tarixdə günorta saatlarında Biləsuvar şəhərində yerləşən bazarda İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış 1030,0 qram çəkidə narkoti vasitə hesab olunan tiryəki əldə edib və Biləsuvar şəhərində yerləşən “Zirvə” mehmanxanasının yaxınlığındakı magistral yolun kənarına gətirib.

Onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Etibar Ağayev iyulun 29-da, saat 21:00-da Biləsuvar şəhərində yerləşən “Zirvə” mehmanxanasının yaxınlığındakı magistral yolun kənarında saxlanılıb.

Etibar Ağayev Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Etibar Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Etibar Ağayev apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Ata və anası ilə birlikdə həbs ediblər”

Etibar Ağayevin vəkili Fədai Quliyev apelyasiya şikayətini onunla əsaslandırib ki, məhkəmənin hökmü əsassızdır: “Hüquqlarını müdafiə etdiyim Etibar Ağayevə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ittihamı verilib. Lakin cinayət işinin ibtidai araşdırılması və eləcə də məhkəmə istintaqı zamanı müvəkkilim özünü ona qarşı elan edilmiş ittiham üzrə təqsirli bilməyib. O, ifadəsində göstərib ki, iyulun 29-da, saat 15-16 radələrində evdə olarkən onun yaşadığı valideynlərinə məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsi, ev 3 ünvanına mülki geyimli şəxslər daxil olub, onun və atasının əllərini qandalla bağlayıb, ondan narkotik vasitənin harada gizlətməsini soruşaraq, narkotik vasitəni təhvil verməsini tələb ediblər. Biləsuvar rayon polis şöbəsinin əməkdaşıları da onun yaşadığı evə daxil olduğundan onların vasitəsi ilə ona məlum olub ki, mülki geyimli şəxslər də polis əməkdaşlarıdır. Sonradan bilib ki, həmin mülki geyimli şəxslər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarıdır. Həmin gün saat 16:00-da idarənin əməkdaşları tərəfindən onu, anası Bikəxanımı, atası Mirnağını Biləsuvar rayon polis şöbəsinə gətiriblər. Orada anası Bikəxanımı sərbəst buraxıb, atası Mirnağı ilə birlikdə Bakı şəhərinə aparıblar”.

“Elektroşokla işgənclə verildi”

Müdafiəçi qeyd edib ki, Bakı şəhərinə aparıldıqdan sonra orada onun gözləri qarşısında atası Mirnağıya işgəncələr verilib və ondan bu cinayəti törətməsini etiraf etməsi tələb olunub: “Əksi təqdirdə onların ikisinin də cinayət məsuliyyətinə cəlb ediləcəklərini bildirməklə, daha ağır işgəncələr verəcəklərini söyləyiblər. Etibar Ağayev elektroşok cihazı ilə işgəncəyə məruz qalıb. Məhz bu işgəncələrə tab gətirmədiyindən, digər tərəfdən atasının həbs ediləcəyindən qorxaraq, müstəntiq tərəfindən tərtib edilmiş cinayət əməlinin onun tərəfindən törədilməsini təsdiq edən etirafedici izahat və ifadələrə imza edib. O, müstəntiq tərəfindən diktə edilən sözləri izahat kimi atasının yanında digər polis işçilərini iştirakı ilə öz xətti ilə yazıb. Onun diktə ilə izahat yazmağının şahidi kimi atasını göstərib. Məhz bundan sonra atası sərbəst buraxılıb. Atası buraxıldıqdan və idarənin müvəqqəti saxlama yerindən təcridxanaya köçürüldükdən, işgəncələrdən və onun təhlükəsindən qurtardıqdan sonra atası tərəfindən vəkillə təmin olunub. Sonra ona qarşı verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, yazmış olduğu izahat və ifadələrin təhdid, işgəncələr altında yazdığını imzaladığını bildirib”.

Yalançı şahidlərlə cinayəti sübuta yetirmək istəyiblər

Vəkilin sözlərinə görə, məhkəmə istintaqı zamanı o bu sözləri bir daha təsdiq edib: “Məhkəmədə şahid qismində ifadə vermiş Elvin Alışov, Nadir Məmmədov və Şahlar Zeynalovun ifadələri şablon formasında tərtib olunub və məqsəd Etibar Ağayevin cinayət əməlinin sübuta yetrilməsinə yönəlib. Polis əməkdaşları maddi sübutun götürmə protokolunun Etibar Ağayevin saxlanıldığı yerdə tərtib olunduğunu bildiriblər. Əslində isə cinayət işinin materiallarından görünür ki, həmin protokol Bakı şəhərində tərtib edilib. Elvin Alışova maddi sübutun götrülmə protokolunun harada və hansı qaydada tərtib edilməsi haqqda verdiyim suala həmin protokolun hadisə yerində-Biləsuvar şəhərində, Etibar Ağayevin saxlanıldığı yerdə özlərinə məxsus avtomobildə əl yazısı ilə yazılmaqla tərtib etdiyini bildirib. Lakin cinayət işinin materiallarından görünür ki, həmin protokol 30 iyul 2015-ci il tarixdə saat 00:30-00:50 radələrində Bakı şəhərində tərtib olunub. Yəni həmin protokola görə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi və maddi sübutun götürülməsi üçün hadisə yerindən 200 km kənar məsafəyə həmin əməliyyatda iştirak etmiş polis əməkdaşları, hal şahidləri ilə birlikdə gedib və orada onun üzərində baxış keçirilib, onun əlində olan selofan torbanın içərisində 1030,0 qram çəkidə narkotik vasitə aşkar olunub. Bu fakt təsdiq edir ki, müvəkkilimə qarşı verilmiş ittiham saxtadır, qanunsuz və əsassız olaraq verilib. Odur ki, 30 iyul 2015-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol sübut kimi qiymətləndirilə bilməz, sübutlar siyahısından çıxarılmalıdır”.

“Birinci məhkəmədə vəsatərlərimiz təmin edilmədi”

Vəkil bildirib ki, hal şahidlərinin Bakı və Cəlilabad rayon sakinlərinin olması əsaslı şübhələr yaradır: “Məhkəməyə ifadə vermiş müdafiə tərəfin şahidləri ifadələrində göstəriblər ki, həmin vaxt Biləsuvar rayon polis şöbəsin əməkdaşları, polis şöbəsinin rəis müavini Mehman Abışov orada olub. Bununla əlaqədar həmin polis əməkdaşlarının şahid qismində məhkəməyə çağırılmaqları və ifadələrinin alınması üçün məhkəməyə vəsatət vermişik. Lakin məhkəmə vəsatəti rədd edərək təmin etməyib. Əslində işin düzgün araşdırılması üçün həmin şahidlərin ifadələri mühüm əhəmiyyət kəsb edirdi. Şahidlərin ifadləri arasında ziddiyyətlər olub. Bu ifadələr bir-birini təkzib edib. Lakin ibtidai istintaq tərəfindən bu ziddiyyətlər aradan qaldırılmayıb. Məhkəmə araşdırması zamanı da həmin ziddiyyətlər aradan qaldırılmadı və tərəflərindən bu ziddiyyətlərin aradan qaldırılması, həqiqətin müəyyən edilməsi üçün verilmiş vəsatətlər də təmin edilmədi”.

Vəkil bildirib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham tamamilə əsassızdır: “Lakin məhkəmə araşdırması zamanı qeyd etdiyim qanunsuzluqlara qiymət verilməyib və ittiham tərəfinin sübutları əsas götürməklə müvəkkili barəsində qanunsuz hökm çıxarılıb. Etibar Ağayevin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olmayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edilməsini, Etibar Ağayevin barəsində bəraət hökmünün çıxarılmasını istəyirik”.

“Narkotik vasitələrin mənə adiyyatı olmayıb”

Məhkəmədə ifadə verən Etibar Ağayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, iyulun 29-da, saat 16 radələrində Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılaraq atası və anası ilə birlikdə Biləsuvar rayon polis şöbəsinə aparılıb: “Orada mənə bir selofan kulokda narkotik vasitə tiryək təqdim etdilər. Həmin tiryəkin mənə məxsus olduğunu etiraf etməzsəm, atamı da mənimlə birlikdə həns edəcəklərini dediklər. Bu təzyiq altında narkotik vasitəni tutulduğum gün Biləsuvar rayonu ərazisində olan bazarda TIR sürücüsü olan İran İslam Respublikası vətəndaşından 1.000 manat verməklə almağım barədə izahat və ifadələr verdim. İlkin izahat və ifadələrimi vəkillərimin iştirakı ilə vermişəm. Hadisə günü atam sərbəst buraxılsa da, əhəmiyyətinin olmayacağını düşünərək sonralar mənə təsir və təzyiq edilməsinə dair heç bir yerə şikayət etməmişəm. Lakin aşkar edilərək götürülmüş narkotik vasitənin mənə heç bir aidiyyəti olmayıb”.

“Polislərin “zabordan” hoppandıqlarını gördüm”

Cinayət işi üzrə şahid qismində ifadə verən Natiq Şahbazov bildirib ki, Etibar Ağayev onun qonşusudur, həbs olunmamışdan bir neçə ay qabaq həbsxanadan azadlığa çıxıb: “İyulun 29-da işdən evə gəlmişdim. Bu zaman səs-küy gəldiyini eşitdim. Evdən çıxanda gördüm ki, Etibarı, onun atasını və anasını polislər aparırlar. Həmin vaxt Biləsuvar rayon polis şöbəsinin əməkdaşları da orada olub. Amma həmin əməkdaşların adlarını bilmirəm. Etibar Ağayevin narkotik vasitə ilə tutulması və ya narkotik vasitədən istifadə edib-etməməsi barədə məlumatım olmayıb, sadəcə onun tululmasından xəbərim olub. Etibar Ağayev polislər tərəfindən tutulanda günortadan sonra idi, haradasa saat təxminən 4-5 olardı”.

Digər şahid Əlifağa Məmmədov qeyd edib ki, Etibar Ağayev onun qonşusudur, təxminən 100 metr aralı məsafədə yaşayır: “İyulun 29-da, saat təxminən 4-5 arası olardı. Yaşadığım evin həyətində əkilmiş tut ağacının altında oturmuşdum. Bu vaxt mülki geyimdə olan və sonradan mənə məlum olan polis əməkdaşlarının Etibar Ağayevin yaşadığı evə “zabordan” hoppanaraq daxil olduqlarını gördüm. Yarım saat sonra polis əməkdaşlarının Etibar Ağayevi, anası və atasının əli qandallı apardıqlarını gördüm. Polislərin bir neçəsi gecə səhərə kimi orada qaldı”.

Cinayət işi üzrə şahid qismində Biləsuvar rayon polis şöbəsinin bir neçə əməkdaşı ifadə verib. Onlar ifadələrində əməliyyatı kənardan izlədiklərini, onlar Etibar Ağayevin üzərindən narkotik vasitənin götürüldüyünü görmədiklərini deyiblər.

Məhkəmə tərəflərin fikirlərini dinləyəndən sonra sonda hökm elan edib. Yeni hökmə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və Etibar Ağayevin barəsində bəraət hökmü çıxarılıb.

Məhkəmə Etibar Ağayevin barəsində seçilmiş həbs qətimkna tədbirinin ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Haci Zeynalov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrandan narkotik gətirmək istədi

    İrandan narkotik gətirmək istədi ...

    18-05-2016, 00:57

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32

  • 
  • Qanunsuz dini çağırışlar edənə ağır cəza

    Qanunsuz dini çağırışlar edənə ağır cəza ...

    20-02-2015, 12:28

  • 
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08

  • 
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu