GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Jurnalistin ölümü ilə bağlı ŞOK AÇIQLAMA: “Rasimin qabırğasını xəstəxanada sındırıblar”

Jurnalistin ölümü ilə bağlı ŞOK AÇIQLAMA: “Rasimin qabırğasını xəstəxanada sındırıblar”

Tarix: 31-03-2017, 10:26 Bölmə :Ölkə Baxış: 466
Jurnalistin ölümü ilə bağlı ŞOK AÇIQLAMA: “Rasimin qabırğasını xəstəxanada sındırıblar”

Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən şəxslərin barələrindəki hökmdən verdikləri apelyasiya şikayəti üzrə proses keçirilib.

AzToday.az bizimyol-a istinadən xəbər verir ki, prosesdə sədrlik edən hakim Qədim Babayev bildirib ki, ötən prosesdə Rasim Əliyevin xəstəxanaya daxil olarkən çəkilmiş rentgen görüntüsünün məhkəməyə təqdim edilməsi və əlavə şahid qismində Rasimi müayinə edən həkimlərin dindirilməsi barədə vəkillərin verdikləri vəsatət müzakirəyə çıxarılır. Vəkillər bildiriblər ki, cinayət işi materiallarında olan sənədlərə əsasən, Rasim Əliyev xəstəxanaya daxil olarkən qabırğasında sınıq olub, daxili orqanları zədələnib. Bununla bağlı rentgen çəkilşi olsa da, həmin rentgen kağızı cinayət işi materiallarına əlavə edilməyib. Həmçinin həkimlər məhkəmədə dindirilməyib.

Zərərçəkən tərəfin hüququ varisi – Rasim Əliyevin anası Teyfurə Əliyevanın vəkili Fariz Namazlı da bildirib ki, bu məsələdə təqsirləndirilənlərlə zərərçəkən tərəfin mövqeyi üst-üstə düşür. “Bizirnci instansiya məhkəməsində də həm zərərçəkən tərəf olaraq biz, həm də təqsirləndirilən tərəf bu barədə çoxsaylı vəsatətlər vermişik. Hesab edirik ki, Rasim Əliyevin ölümündə həkimlərin də günahı var və onlar məsuliyyətə cəlb edilməlidirlər. Ona görə də vəsatətin təmin edilməsini istəyirik”.
Təqsirləndirilənlərdən 4 nəfərin vəkili olan Şəmsəddin Quliyev bildirirb ki, Rasim Əliyevə ölümə səbəb olan xəsarətlər xəstəxanada yetirilib. O rentgen şəklinin ortaya çıxarılmamasını da bununla əlaqələndirib.

Vəkil vurğulayıb ki, Rasim Əliyev xəstəxanaya daxil olarkən onun xəsarətləri ağır olmayıb və bu rentgen çəkilişində də öz əksini tapıb. “Ona görə də şəkilləri gizlədirlər. Rasim Əliyevin əməliyyat olunması haqda deyilənlər yalandır, onu əməliyyat eləməyiblər. Sadəcə, öləndən sonra xəstəxanada onun qabırğalarını sındırıblar, dalağı, mədəaltı vəzini cırıblar. Əgər ölümə səbəb olan xəsarətlər xəstəxanaya gələndə onda olsaydı, rentgen çəkilişində öz əksini tapardı. Ona görə də o çəkilişləri gizlədirlər. Əgər xəsarətləri ağır idisə, rəydə yazdıqları kimi, dalağı cırılmışdısa, niyə xəstəxanaya gələn kimi əməliyyat eləməyiblər? Hətta öz yazdıqlarına inansaq, səkkiz saat gözləyiblər”.
Prokuror vəsatətlərə etiraz edib. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Bu, təqsirləndirilən şəxslərin etirazına səbəb olub. “Yoldan keçənləri gətirib şahid kimi dindirdilər, amma həkimləri yox. İndiyə qədər məhkəmədə 50 vəsatət verilib, heç biri də təmin olunmayıb. Budur məhkəmə?!” – təqsirləndirilən Camal Məmmədov deyib.

Təqsirləndirilən Samir Mustafayev isə jurnalistin döyülməsinə və ölümünə heç bir aidiyyəti olmadığını deyib. O da məhkəməni ədalətsizliyindən gileylənib: “Mənim günahım nədi? Məndən nə istəyirsiz? Çəkələklə davaya gedərlər? Mən Ağır Cinayətlər Məhkəməsindən bəri susuram, görüm bir vicdanlı adam çıxıb bu işə obyektiv baxacaqmı? Yoxdur…”

Çıxışlar mərhələsində zərərçəkmişin nümayəndəsi Fariz Namazlı Rasim Əliyevin ölümü ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunub, işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Vəkil çıxarılan hökmün qanunsuz olduğunu vurğulayıb: “Hökmü bir hissədə qüvvədə saxlayıb, digər hissəsini geri qaytarmaq mümkün deyil. Bizim əsas narazılığımız həkimlərin məsuliyyətə cəlb olunmaması ilə bağlıdır. Məhkəmə qanunsuz ittiham əktı əsasında qanunsuz hökm çıxarıb. O hökmün ləğv olunmasını xahiş edirik”.

Zərərçəkmiş Teyfurə Əliyeva da hesab edir ki, övladının ölümündə təqsirləndirilən şəxslər qədər həkimlərin də günahı var. “Əlbəttə, Cavid Hüseynovun öyrədib göndərdiyi bu azğınlaşmış adamların hərəkətləri belə bir nəticəyə gətirib çıxarıb. Cavid də daxil olmaqla bunlar təhlükəli adamlardır. Belələri Azərbaycan futbolunda olduğuna görə futbolumuz inkişaf eləmir də. Hesab edirəm ki, bu adamlara verilən cəza azdır. Amma həkimlər də vaxtında lazımi tədbir görməyiblər. Biz xəstəxanaya gedib çatana qədər Rasimi iki saata yaxın dəhlizdə saxlayıblar. Hətta buna görə Rasimin Babək həkimlə mübahisəsi də olub. Rasimin ölümündə həkimlərin rolu elə bunlar qədərdir. Ona görə həkimlərin də cinayət məsuliyyətinə cəlb olunmasını istəyirik”.

Vəkil Şəmsəddin Quliyev çıxışında deyib ki, hüquqlarını müdafiə etdiyi dörd nəfərdən Samir Mustafayevə bəraət verilməlidir, çünki onun heç bir günahı yoxdur. Elşən İsmayılov, Camal Məmmədov və Arif Əliyev isə öz əməllərinə uyğun maddə ilə cəzalandırılmalıdır. Müdafiəçinin fikrincə, onlara verilən ittiham əməllərinə adekvat deyil, ağırdır.

Qalan bir nəfər təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə ona aprelin 12-nə qədər vaxt verib.

Jurnalist Rasim Əliyev 8 avqust 2015-ci ildə bir qrup şəxs tərəfindən döyüləndən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra dünyasını dəyişib. Hadisənin baş verməsinə səbəb jurnalistin öz Facebook” səhifəsində futbolçu Cavid Hüseynovu tənqid etməsi olub.
Bundan sonra C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və aralarında mübahisə yaranıb. Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” maqazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. R.Əliyev təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.

Jurnalistin ölümü ilə bağlı Cavid Hüseynov və daha 5 nəfər həbs edilib. Məhkəmə jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov 13, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Kənan Mədətov və Samir Mustafayevi 9 il müddətinə azadlıqdan məhrum edib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynov ağır cinayəti gizlətmədə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin hökumü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2016-cı il Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ildən 1 il 2 aya endirib və həmin müddət başa çatdığından futbolçu həbsdən azad edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rasim Əliyevin atası : ''Mən onlara jurnalist deməzdim''

    Rasim Əliyevin atası : ''Mən onlara jurnalist ...

    18-08-2015, 21:36

  • 
  • Rasim Əliyevin qatilləri hakimdən vaxt istədi

    Rasim Əliyevin qatilləri hakimdən vaxt istədi ...

    14-03-2016, 16:02

  • 
  • Öldürülən jurnalistin anası: "Nə olsun ki, iki dənə top vurmusan?"

    Öldürülən jurnalistin anası: "Nə olsun ki, ...

    10-03-2016, 23:27

  • 
  • Narkotik alverçisinə 8 il cəza

    Narkotik alverçisinə 8 il cəza ...

    11-09-2016, 14:23

  • 
  • Jurnalistin ölümündə təqsirləndirilən futbolçu Cavid Hüseynov azadlığa buraxılıb

    Jurnalistin ölümündə təqsirləndirilən futbolçu ...

    12-10-2016, 20:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu