Bakının mərkəzində səfirlik avtomobili qəzaya uğrayıb.
gundemxeber.az lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Puşkin küçəsi ilə Xaqani küçələrinin kəsişməsində, "Anadolu" restoranının yanında naməlum avtomobili küçədə dayanmış ABŞ-nın Azərbaycandakı səfirliyinə məxsus və səfirliyin əməkdaşı Maykl Meridisin idarə etdiyi 006 D005 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobili vurub. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.
Hadisə şahidləri səfirlik əməkdaşının maşının ağ rəngli taksi tərəfindən vurulduğunu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?