2009-cu ilin oktyabr ayı. Hər kəsi şok edəcək bir məlumat yayıldı. Həmin informasiyanı olduğu kimi veririk:
“..Bakıda dəhşətli qətl hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Balaxanı qəsəbəsi ərazisində yerləşən zibillikdə naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar nəticəsinsə müəyyən edilib ki, qətlə yetirilən şəxs Bakı şəhərində “Qayğı mənzil xidmət” kooperativinin təsisçisi Xanbəyi Zamanovdur. O, özünə məxsus maşında “Naqan” tipli tapança ilə öldürüldükdən sonra yandırılıb. Həyata keçirilən əməliyyat tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Nemət Şəmil oğlu Abdullayev və 1983-cü il təvəllüdlü Samirə Əvəz qızı Əzimova polis tərəfindən saxlanılıblar. Saxlanılan şəxslər qətl hadisəsini törətdiklərini etiraf ediblər. Onlar Xanbəyi Zamanovu sifariş əsasında qətlə yetirdiklərini bildiriblər…”
Yuxarıda qeyd olunan həmin məlumatın bu gün sizlərə bəhs edəcəyimiz mövzu ilə bilavasitə bağlılığı olması səbəbindən toxunduğumuza az sonra daha dəqiq əmin olacasınız. Tanınmış biznesmen Xanbəyi Zamanovu amansızcasına qətlə yetirməkdə şübhəli bilinən Nemət Abdullayevin cinayət törətdiyi günlərdə mobil telefonu ilə bir neçə dəfə telefon danışıqları aparan hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun adı istintaq zamanı dəfələrlə ortaya çıxmasına rəğmən üstündən sükutla keçilməsi olduqca ciddi və qaranlıq dolu iddiaları ortaya qoyur. Məlumatlı şəxsin bildirdiyinə görə, hətta əvvəl tutulmayacağına dair verilən söz gözlənilməyən və hesab edilməyən səbəblərdən dolayı hökmünü ititrdiyinə görə, həbs edilən N.Abdullayev, “danışacağam” səpkili yolladığı mesajlardan sonra hüquq-mühafizə orqanlarında ciddi və dözülməz təzyiqlərlə üzləşib və susmağa məcbur edilib. Qarşılığında isə qanunvericiliyin tələbinə görə, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən amansızcasına qəsdən adam öldürmüş şəxslər ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum olunduğu halda, onların ömürlük deyil müəyyən müddətə azadlıqdan məhrum edildikdən bir neçə il sonra, həmin hadisə aktuallığını itirincə, yəni bəlli bir müddət sonra cəzaları yüngülləşəcəyi, atasına və yaxınlarına müxtəlif yardımlar ediləcəyinə dair vədlər verilib… 2009-cu ildə yerləşdirilmiş yuxarıda bəhs edilən informasiyada isə iki şübhəli məqam diqqətimizdən yayınmadı. Adətən cinayət törədən şəxsin əslən haralı olması(qeydiyyat üzrə də ola bilərdi)barədə məlumat verilsə də, Nemət Abdullayevin Kəlbəcər rayonundan məcburi köçkün olması ilə bağlı heç bir məlumata rast gəlmədik. Digər məqam isə qətlin sifarişli olması barədədir. Yəni qeyd edildiyi kimi, həbs edilən şəxslər qətl hadisəsini sifariş əsasında həyata keçiriblər və həmin cinayətlə bağlı sonradan “sifarişçi” barədə heç bir rəsmi açıqlamanın şahidi olmadıq. Bəs görəsən, millət vəkili Cavid Qurbanov həmyerlisi-qatil Abdullayevin onun mobil telefonuna etdiyi zəngləri zamanı nə barədə danışdıqları barədə açıqlaması olacaqmı?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?