Azərbaycanın cənnət guşələrindən biri olan Kəlbəcər rayonunun işğalından 24 il keçir
1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı hücuma məruz qalan Kəlbəcər üzərinə üç istiqamətdən atəş yağmağa başladı. Hücumdan əvvəl Kəlbəcərə gedən yollar müəmmalı şəkildə minalardan təmizlənmiş, 3 min nəfərlik hərbi qüvvə rayon ərazisindən çıxarılmışdı. İnsanlar yeganə işlək yol olan Murov yolu ilə Gəncə istiqamətində rayonu tərk etməyə başladılar. Bu yolda nə qədər insan çovğuna, şaxtaya düşüb məhv oldu, əl-ayaqlarını şaxta vurdu. Kəlbəcər aprel ayının 3-də işğal olundu. Böyük qüvvələrə arxalanan düşmən məqsədinə çatdı. Ölkə üçün çox əlverişli hərbi-strateji əhəmiyyətli bir ərazi ələ keçirildi. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalını pisləyən, erməni işğalçılarından dərhal həmin ərazini tərk etməyi tələb edən 822 №-li qətnamə qəbul etsə də, bu mühüm sənəd hələ də yerinə yetirilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?