GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » FHN-nin “vəzifəli şəxsləri” iki rayonda 19 nəfəri aldatdı

FHN-nin “vəzifəli şəxsləri” iki rayonda 19 nəfəri aldatdı

Tarix: 4-04-2017, 22:48 Bölmə :Ölkə Baxış: 978
FHN-nin “vəzifəli şəxsləri” iki rayonda 19 nəfəri aldatdı

Zəlzələdən zərərçəkmiş şəxslərə “kömək edən” şəxslər FHN-nin vəzifəli şəxsləri olduğu iddia edilir

Zaqatala və Balakən rayonunda 2012-ci ildə baş verən zəlzələdən sonra dələduzların işi artıb.Onlar bu rayonda olan sakinlərə özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək, vətəndaşların külli mqidarda pullarını ələ keçirirlər. dələduzların belə bir addım atmalarında dövlət qurumlarının rəhbər şəxslərinin günahı böyükdür. Onlar ziyan görən vətəndaşların problemlərini vaxtında həll etmədikləri üçün belə bir vəziyyət ortya çıxır.
Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Vüsal Zeynalov Zaqatala və Balakən rayonunda zəlzələdən ziyan çəkən və dövlətdən maddi ziyanla bağlı pulunu ala bilməyən vətəndfaşları aldatmağa başlayıb. O, vətəndaşlara Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib və zərərçəkmişlərin etibarını qazanıb.
Vüsal Zeynalov 2013-cü ilin mart ayının əvvəlində Balakən rayonunun Talalar kənd sakini Solmaz Süleymanovanın həmin kənddəki yaşadığı evə gedib. Özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib və zəlzələdən zərər görmüş evini 7000 manat müqabilində sökdürərək, dövlət vəsaiti hesabına yenidən tikdirməklə bağlı yalan vəd verib. O, Solmaz Süleymanovadan 7000 manatı alaraq ələ keçirib.
Dələduzluq
Bu adla Vüsal Zeynalov Zaqatala rayon sakinləri – Ramazan Ömərovdan 4000, Patimat Borayevadan 4000, Ziyafət
Qurbaçovadan 6000, Cərullah Mustafayevdən 6000, Paşa Çopsiyevdən 6000, Gülnaz Atayevadan 5000, Məhəmməd Əlibəyovdan 8000, Ramazan Lokovdan 2000, Mehriban Qoradayevadan 7000, Gülnarə Canayevadan 7000, Şamil Çunayevdən 7000, Sevil Tuhumovadan 6000, Cənnət Umarpaşayevadan 4700, Havva Həsənovadan 5000, Əhmədullah İsakovdan 7000, Oruc Məhərrəmovdan 6500, Elbrus İmaməliyevdən 7000, Rəsul Əliyevdən 7000 manat alaraq dələduzluq yolu ilə ələ keçiriblər.
Vüsal Zeynalov bütün bu dələduzluq işlərini Fizuli rayonunun Böyük Bəhmənli kənd sakini İlkin Abdullayev ilə birlikdə görüb. İlkin Abdullayevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb və istintaq hərəkətləri aparılır.
Müstəntiqə cinayət işi açılması tələbi
Vüsal Zeynalov Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.
Zaqatala rayon Məhkəməsinin hökmü ilə Vüsal Zeynalov 5 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə zərərçəkmişlərin mülki iddiaları təmin edilməyib. Hökmmə əsasən onlara dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilib.
Hökmdən narazı qalan zərərçəkmişlər apelyasiya şikayəti veriblər. Onlar Zaqatala rayon Məhkəməsinin hökmünün ləğv
edilməsini, cinayət işi üzrə istintaqın təzələnməsini, mülki iddiaçı qismində tanınmalarını, cinayət işinin istintaqını aparan Zaqatala rayon polis şöbəsinin müstəntiqi, polis kapitanı Əhməd Əmirov barədə xüsusi qərarın çıxarılmasını apelyasiya instansiyası məhkəməsindən xahiş ediblər.
Zərərçəkmişlərin şikayəti araşdırılması üçün Şəki Aeplyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Darıxmayın işiniz düzəlib, eviniz tikiləcəkdir”
Zərərçəkmiş Ramazan Ömərov bildirib ki, Tərtər rayon sakini Vüsal Zeynalovu 5-6 ildir tanıyır: “Vüsal qonşumuz Xanımgilin ailəsi ilə yaxın idi və əvvəllər onların evinə tez-tez gəlib-gedirdi. 2013-cü ilin martında Vüsal bizə gələrək həyat yoldaşım Gülərdən zəlzələdən zərər görmüş evimizin vəziyyəti ilə maraqlandı. O, zəlzələdən zərər görmüş evlərin tikintisi ilə bağlı yaradılmış komissiya üzvləri ilə yaxın olduğunu bildirməklə, həmin evini qəzalı kimi qeydə alaraq əsaslı tikintisinə icazə alınması müqabilində komissiyaya vermək üçün 4000 manat istədi. Gülərlə razılıqdan sonra, 15 mart 2013-cü ildə axşam saatlarında həyətimizə qara rəngli nömrəsini xatırlamadıgım “CİP” markalı avtomaşında iki nəfər tanımadığı şəxs gəldi. Həmin şəxslərdən biri çöldə gözlədi, digər biri isə həyətə keçdi. O, özünü FHN tərəfindən yaradılmış komissiya üzvü kimi təqdim etməklə, evə daxil oldu. Həmin şəxs adımı, soyadımı və atamın adını soruşdu. Sonra özündə olan bir kağıza yazdı. Daha sonra həmin kağıza mənə imza atdıraraq getdi. Sonradan evimdə mənimlə danışmış şəxsin adının İlkin olduğunu bildim. Həmin iki nəfər
şəxs evimizdən getdikdən 15-20 dəqiqə sonra Vüsal gəldi. O komissiya üzvləri ilə danışdıgını, komissiyaya pul vermələrinin lazım gəldiyini dedi. Bundan sonra evdə arvadım Gülər ona 4000 manat verdi. Pulu alarkən Vüsal bizi inandırdı ki, yaxın vaxtda evimiz təzədən tikiləcək. Lakin sonralar vaxt keçdikcə Vüsaldan xəbər çıxmadı. Həyat yoldaşım tez-tez qonşumuz Xanımın vasitəsilə Vüsalla telefon əlaqəsi saxlasa da, sonuncu “darıxmayın işiniz düzəlib, eviniz tikiləcəkdir” deməklə bizi arxayın saldı. Sonradan Vüsal vədinə əməl etməyərək yoxa çıxdı, bizdən yayındı. Bundan sonra Zaqatala rayon polis şöbəsinə gələrək Vüsal və onları aldatmış digər şəxslər barədə ərizə verdim. Bizim 4000 manatımızı Vüsal götürüb. Həmin vaxt bizim aldadılmağımızda iştirak edən İlkindən də şikayət etmişəm. Qonşumuz Xanımın 4000 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsində heç bir iştirakı olmayıb. Həmin hadisədə qonşumuzdan heç bir şikayətim yoxdur. Pulun 2000 manatını alsam da, qalan məbləğin də ödənilməsini tələb edirəm”.
“Zəlzələdən ziyan görmüş evimizi göstərdi”
Zərərçəkmiş Patimat Borayevanın hüquqi varisi qismində tanınmış Cənnət Tuhumovanın sözlərinə görə, Patimat Borayeva onun qayınanası idi: “2015-ci ilin mart ayında qaynanam xəstəliyi ilə bağlı vəfat edib. 2013-cü ilin mart ayında yaşadığımiz evə 4 nəfər tanımadığım şəxs gəlib. Onlar özlərini FHN-in komissiyasının üzvləri kimi təqdim etməklə qayınanama zəlzələdən zərər görmüş evə baxmağa gəldiklərini bildirsilər. Həmin 4 nəfər şəxsdən ən çox qayınanam ilə ikisi ünsiyyətdə olub. Onların biri Vüsal Zeynalov, digərinin isə
İlkin Abdullayev olub. Vüsalın və İlkinin yanında olmuş başqa iki nəfər şəxsi isə tanımıram və adlarını bilmirəm. Söhbətləri zamanı qayınanam İlkinə və Vüsala zəlzələdən ziyan görmüş evimizi göstərdi. Vüsal evinin təzədən tikilməsi müqabilində qayınanamdan 4000 manat istədi. Təxminən 4-5 gündən sonra Vüsal evimizə təkrarən gələndə qayınanam ona 4000 manatı verdi. Sonradan Vüsal və İlkin vədlərinə əməl etmədi. Vüsala verdiyimiz puldan 2000 manatı ödənilib. Qalan məbləğin də ödənilməsini tələb edirik”.
“FHN-də güclü əlaqələrinin olduğunu bildirdi”
Digər zərərçəkmiş Gülnarə Canayeva ifadəsində göstərib ki, o, Tərtər rayon sakini Vüsal Zeynalovu hadisədən əvvəl tanıyıb: “Vüsal işlədiyim orta məktəbə gəldi və qəzetlər gətirəndə görüb tanıdım. 2013-cü ilin mart ayının sonlarında yaşadığım kəndin yolunda Vüsalı gördüm, onunla söhbət edərkən sonuncu hazırda FHN-in xətti ilə zəlzələdən zərər görmüş evlərin tikintisi ilə məşğul olduğunu və həmin nazirlikdə güclü əlaqələrinin olduğunu bildirdi.Söhbətləri zamanı Vüsal Zeynalov təklif etdi ki, əgər evləri zəlzələdən zərər görmüşdürsə, onlara kömək edə bilər. Vüsala öz evimin zəlzələdən zədəli olduğunu bildirdim. Sonra məsləhət almaq üçün evə gedərək ərim Nəriman Urkayevə Vüsalın təklifi haqqında danışdım. Daha sonra Nəriman Vüsalla görüşdüş Vüsal ərimə FHN-in komissiyasında çalışdıgını deyərək, zəlzələdən zərər görmüş evlərini 10 gün müddətində sökdürüb, yenisini tikdirəcəyinə söz verdi. Bunun müqabilində isə Vüsal çalışdıgı komissiyaya verməsi adı ilə ərimdən 7000 manat pul düzəltməsini istədi. Biz 4000 manat
düzəltdikdən sonra Vüsalla telefon əlaqəsi saxladıq. Vüsalın təklifi ilə aprelin 2-də, saat 16 radələrində Zaqatala şəhərində Diaqnostika mərkəzinin yaxınlıgındakı “Xəyal” kafesində görüşdük. Həmin vaxt 4000 manatı Vüsala verdim. Bir gündən sonra Balakən rayonunun Yeni Şərif kəndində yaşadığımız evə üç nəfər tanımadığı şəxs gəldi. Baxış keçirməyə gəlmiş komissiyaya İlkin Abdullayev adlı şəxs rəhbərlik edirdi. Digər şəxslər isə evin fotoşəkillərini çəkmişəm. İlkinin yanında olmuş digər iki şəxsin adını bilmirəm. Həmin şəxslər evə baxaraq getdikdən sonra Vüsal gəldi və qalan 3000 manatı düzəldərək verməyimizi istədi. Daha sonra, 3000 manat da taparaq Vüsala verdik. Vüsala verdiyimiz puldan 2000 manatı ödəyib”.
Zərərçəkmiş Həlimət Çunayeva Rqeyd edib ki, Şamil Çunayev onun doğma oğludur və hazırda Rusiya Federasiyasında yaşayır: “Oğluç Şamilin Balakən rayonu Yeni Şərif kəndindəki evimizə baxır. 2012-ci ildə baş vermiş zəlzələ zamanı həmin ev ciddi zədə almışdı. 1 aprel 2013-cü il tarixdə qohumumuz Gülnarə Canayevagilin evində olarkən orada özünü FHN-in əməkdaşı kimi təqdim edən Vüsal Zeynalovla tanış oldum. Həmin vaxt Vüsal FHN-in xətti ilə zəlzələdən zərər görmüş evlərin tikintisi ilə məşğul olduğunu bildirdi. Vüsal Zeynalova Balakən rayonunun Yeni Şərif kəndində yerləşən oğlum Şamilin evinin zəlzələdən zərər gördüyü barədə danışdlım. Vüsal həmin evin FHN-nin xətti ilə sökülüb və təzədən tikilməsi müqabilində məndən ümumilikdə 7000 manat verməyimi istədi. Qeyd olunan məbləgin 2000 manatını Vüsal Zeynalov evə baxış keçirilməsinə FHN-in komissiyasının gətirilməsi üçün məndən qabaqcadan aldı. Elə
həmin gün oğluma məxsus evə baxış keçirməyə üç nəfər tanımadığım şəxs gəldi. Həmin şəxslərin gəldiyi avtomaşının üzərində ixtisarla “FHN” sözü yazılmışdı. Avtomaşın qara rəngli olub, markasını xatırlamıram. Evə baxış keçirməyə gəlmiş həmin adamlardan yalnız İlkin adlı şəxslə daha çox ünsiyyətdə olmuşam. İlkin evimizin 12 aprel 2013-cü il tarixə kimi sökülüb və təzədən tikiləcəyini bildirdi. Sonra məndən şəxsiyyət vəsiqəmin surətini götürdü. Həmin günü Vüsal Zeynalov yaşadıgım evdə əlavə 5000 manat verdim. Lakin sonradan məni aldadaraq yoxa çıxdı, həmin pulu ələ keçirdi”.
“Avtomaşının üzərində “FHN” sözü yazılmışdı”
Digər zərərçəkmiş Cənnət Umarpaşayevanın sözlərinə görə, 15 aprel 2013-cü il tarixdə özünü FHN-in nəzdində fəaliyyət göstərən “Çagdaş Təhsil” qəzetinin baş redaktoru kimi təqdim etmiş Vüsal Zeynalovla görüşüb: “Vüsal təklif etdi ki, evim zəlzələdən zərər görmüşdürsə, kömək edə bilər. Vüsal Zeynalova zəlzələdən zərər görmüş evimi göstərdim. O, evimə komissiyanın gələcəyini bildirdi. Həmin evinin təzədən tikilməsi müqabilində məndən 7000 manat istədi. Lakin aramızda danışıq zamanı Vüsalla 4700 manata razılaşdıq. Bundan sonra Vüsal evimizə baxış keçirilməsinə FHN-in komissiyasının gətirilməsi adı ilə həmin pulun 2000 manatlıq hissəsini qabaqcadan aldı. Həmin gün evimizə baxış keçirməyə üç nəfər tanımadığım şəxs gəldi. Həmin şəxslərin gəldiyi avtomaşının üzərində ixtisarla “FHN” sözü yazılmışdı. Evimizə baxış keçirməyə gəlmiş adamlardan biri İlkin Abdullayev idi. Evimizə komissiya adı ilə baxış keçirməyə gəlmiş digər iki nəfər şəxsi isə tanımıram və onların kim
olduğunu bilmirəm. Həmin şəxslərin getməsindən bir neçə saat sonra Vüsal Zeynalov gəldi. Həmin vaxt Vüsal məndən daha 2700 manat götürdü. Sonradan Vüsal vədinə əməl etmədi və pulumu ələ keçirdi”.
Digər zərərçəkmişlərdə oxşar ifadə veriblər. Onlar ifadələrində Vüsal Zeynalov tərəfindən aldadıldıqlarını bildiriblər. Zərərçəkmişlər ifadələrində onlar dəymiş ziyanın ödənilməsini tələb ediblər.
Hakim heyəti zərərçəkmişlərin ifadələrini dinləyəndən sonra qərar elan ediblər. Qərara görə, zərərçəkmişlərin şikayəti təmin edilməyib və Zaqatala rayon Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar

    Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da ...

    19-02-2017, 21:55

  • 
  • Barmağından üzüyünü çıxara bilməyən FHN-dən kömək istədi

    Barmağından üzüyünü çıxara bilməyən FHN-dən kömək ...

    3-11-2014, 07:46

  • 
  • Cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

    Cinayət işi baxılması üçün məhkəməyə ...

    7-02-2015, 22:22

  • 
  • Baş Prokurorluq və FHN-dən əməliyyat

    Baş Prokurorluq və FHN-dən əməliyyat ...

    24-10-2014, 12:45

  • 
  • Şəkinin iki kəndində çadırlar qurulur

    Şəkinin iki kəndində çadırlar qurulur ...

    7-09-2015, 14:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu