GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ərəb ölkələrindən Azərbaycana niyə gəlirlər?- ARAŞDIRMA

Ərəb ölkələrindən Azərbaycana niyə gəlirlər?- ARAŞDIRMA

Tarix: 9-04-2017, 16:55 Bölmə :Ölkə Baxış: 580
Ərəb ölkələrindən Azərbaycana niyə gəlirlər?- ARAŞDIRMA

Son illər ərəb ölkələrindən turist kimi gələnlərlə yanaşı təhsil almaq, yaşamaq və işləmək üçün Azərbaycanı seçənlər də az deyil. Gülər Abbasova Azərbaycan xeyrinə seçim edənlərlə görüşüb.
Statistikaya görə 2015-2016-cı illərdə Azərbaycana təhsil almaq məqsədi ilə gələn ərəb ölkələrinin vətəndaşların sayı daha çoxdur.
2015-ci ilin göstəricilərinə görə onlardan 264, 2016-cı ildə 589 nəfəri təhsil üçün müraciət edib. Ərəb ölkələri arasında ən çox İraq, Suriya, Fələstinli ərəblər təhsilə maraqlı olublar. İşləmək üçün gələn miqrantların sayında Misir, Livan və İraq öndədir.

Ərəb ölkələrindən Azərbaycana niyə gəlirlər?- ARAŞDIRMA

Beləki, 2015-ci ildə ümumi olaraq 138, 2016-cı ildə isə 115 nəfər miqrant qeydə alınıb.
Daimi yaşamaq üçün müraciət edənlərin sayı digər iki səbəblərlə müqayisədə isə çox azdır. 2015-ci ildə 16, 2016-cı ildə 13 nəfər ərəb Azərbaycanda yaşamağa önəm verib.

Ərəb ölkələrindən Azərbaycana niyə gəlirlər?- ARAŞDIRMA

26 yaşlı Mayman Salehi İraqın Bağdad şəhərindəndir. O 2014-cü ildə Bakıya təhsilini davam etdirmək, magistr dərəcəsini almaq üçün gəlib. Mayman deyir ki, çox ölkələri səyahət edib, Qafqaz isə ona xüsusi ilə maraqlıdır.
Təhsil üçün Azərbaycanı seçməsi tam təsadüfidir. O Xəzər universitetində "Kompüter elmləri və mühəndislik" ixtisası üzrə oxuyur və İraq dövləti yetərincə onun yaşayışı üçün təqaüd ayırır.
"İndi müdafiə işi üzərində çalışıram, magistraturamı bitirdikdən sonra PHD-ə müraciət etməyi düşünürəm. Hansı ölkə olacağını hələ dəqiqləşdirməmişəm. Amma istənilən halda təhsilimi bitirəndən sonra vətənimə, İraqa dönəcəm. Öz ölkəmdə işləmək üçün kifayət qədər məvacib təklif olunur", - Mayman bildirir.

Ərəb ölkələrindən Azərbaycana niyə gəlirlər?- ARAŞDIRMA

Müharibə şəraitinə gəlincə Salehi deyir ki, İraqda vəziyyət heç də ağır deyil. Müharibə bir-neçə şəhərdə gedirsə bu tam ölkəyə aid deyil. İraqda həyat şəraiti hətta bəzi ölkələrlə müqayisədə çox yaxşıdır.
"İnsanların İraqla bağlı təsəvvürləri real deyil. Media bizi elə təqdim edir ki, elə bil bütün ölkə müharibə içindədir. Müharibə ən çox Mosulda baş verir. Amma ölkənin digər şəhərlərində həyat davam edir və çox yaxşıdır. " -Salehi əlavə edir.
Maymanın fikrincə Azərbaycanda yaşayış xərclərinin aşağı olması bəzi ərəblərin diqqətini çəkir. Elə bu məqsədlə də bura işləməyə və yaşamağa gəlirlər. Amma əmək haqqının yüksək olmadığını görəndən sonra geri qayıdırlar.
"İraqda universitetə yeni işə qəbul olmuş pedaqoqun aylıq məvacibi 1700 dollardır və bu büdcə ilə normal dolanmaq olur. Amma Azərbaycanda bu qədər pulu qazanmaq üçün azı dörd-beş ay çalışmaq lazımdır. Biz Körfəz ölkələri daha yaxşı məvaciblə yaşayırıq. Ona görə də burada qalmağa heç bir səbəb yoxdur. Təkcə yay aylarında istirahət üçün gəlmək olar."- Salehi deyir.

Mohanad Abuhaşişin 32 yaşı var. Fələstinin Qəza bölgəsindədir. Bakıya 2016-cı ildə təqaüdlə magistr təhsilini davam etmək üçün gəlib.
Hazırda Xəzər Universitetində Biznes idarəçiliyi üzrə magistr təhsili alır. Eyni zamanda Bakı İslam Oyunlarının təşkilat komitəsində çalışır.
Mohanad Azərbaycanda özünü rahat və təhlükəsiz hesab edir. Dediyinə görə, qazandığı məvacib də onu qane edir.
Təhsilini başa vurduqdan sonra Azərbaycanda iş təklifləri olsa məmnuniyyətlə bunu dəyərləndirəcəyini bildirir.
"Fələstində böyük iqtisadi böhran var. İş tapmaq olmur. Qərb ölkələrinə o qədər maraqlı deyiləm. Azərbaycanla mentalitetimiz oxşardı, özümü yad yerdə hiss etmirəm. Burada qalmaq və işləmək mənə daha uyğundur."- o əlavə edir.

Mohanadın ailəsi və qohumları Qəza bölgəsində yaşayır. Mohanad deyir İsrail- Fələstin konfliktləri hər bir sahədə onların həyatına mənfi təsir göstərib.
Müharibənin mərkəzi Qəza bölgəsi olsa da Mohanadın sözlərinə görə, ölkəsinin hər yerində yaşayış səviyyəsi çox aşağıdır. Ərazi təhlükəli olduğu üçün əhali rahatlıqla səyahət edə, əylənə bilmir.
Gün ərzində şəhərə 6-7 saat elektrik enerjisi verilir ki, bu da əhalini bir çox şeylərdən məhrum edir.
"Mövcud səbəblərə görə ölkəmə qayıdıb öz biznesimi qura bilmirəm. Buna cəhd etmişəm, amma alınmayıb. Əlbəttə ki, müqayisədə Azərbaycanda yaşayış standartları yüksəkdi. Burada zəngin insanlar çoxdur, həm də ölkə təhlükəsizdir.."-Mohanad deyir.

Nada və Qəzəl Abazid bacıları valideynləri ilə birgə 2015-ci ildə Azərbaycana sığınacaq almaq üçün köçüblər.
BMT-nin qaçqınlarla işlər üzrə ali komissarlığının maliyyə dəstəyi ilə əcnəbi miqrantlar üçün azərbaycan dili kurslarına qatılıblar.
Bir il sonra, 2016-ci ildə Bakıda yerləşən orta məktəblərin birində təhsil almağa başlayıblar. İndi Qəzəl orta məktəbin birinci, Nada isə beşinci sinfində oxuyur.

Qəzəl Daranı 3 yaşında tərk etdiyi üçün şəhəri ilə bağlı heç bir şeyi xatırlamır. Amma oranı görmək istədiyini deyir.
"Mən Suriyada olanda Azərbaycanı tanımırdım. Beş yaşım vardı. Biz Dara şəhərində yaşayırdıq. Müharibəyə görə Bakıya köçdük. " - doqquz yaşlı Nada danışır.
Abazid ailəsi Suriyanı 2013-cü ildə müharibənin yaratdığı dözülməz şəraitə görə tərk edib. Bir müddət İordaniyada yaşadıqdan sonra ailə Azərbaycana gəlməyi qərara alıb. Abazidlərin bütün qohumları hələ də müharibə şəraitində Dara şəhərində yaşayır.

Nada qohum və dostları üçün darıxdığını, Daraya getmək istədiyini bildirir.
"İndi çoxlu dostlarım var. Əvvəllər isə mənə çətin idi, heç kimlə danışa bilmirdim. Anam və müəllimlərim kömək etdi, azərbaycan dilini öyrəndim. Artıq dərslərimi tək hazırlaya bilirəm. Balaca bacıma da kömək edirəm."- Nada əlavə edir.
Abazidlər heç bir yerdən sosial yardım almır.
Qəzəl və Nadanın anası evdar xanımdır, ailənin maddi vəziyyəti isə atalarının öhdəliyinə düşür, o şəhər restoranlarının birində aşbaz kimi çalışır. Ailənin aylıq gəliri təxminən 600-700 manat təşkil edir ki, bunun da yarıdan çox hissəsi evin kirayə haqqına xərclənir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür

    Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür ...

    14-02-2014, 01:36

  • 
  • Azərbaycanda narkomanların sayı artır

    Azərbaycanda narkomanların sayı artır ...

    18-02-2016, 20:34

  • 
  • Ərəb ölkələri Səudiyyə Ərəbistanını BMT TŞ-yə qayıtmağa çağırdı

    Ərəb ölkələri Səudiyyə Ərəbistanını BMT TŞ-yə ...

    20-10-2013, 23:36

  • 
  • Ərəb şahzadə Hacıqabul sakinlərinə yarım milyon "atdı"

    Ərəb şahzadə Hacıqabul sakinlərinə yarım milyon ...

    8-02-2016, 14:48

  • 
  • 12 il sonra, 2025-ci ildə... - HESABAT

    12 il sonra, 2025-ci ildə... - HESABAT ...

    14-06-2013, 15:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu