Paytaxtda arvadını amansızcasına ölderən kişiyə 10 il 6 ay cəza kəsildi
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində taxta ilə döyə-döyə öldürməkdə təqdirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, qətl ötən ilin oktyabr ayında Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğalaın sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib. Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. N.Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Məlum olub ki, onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olub. Hakim Faiq Qəniye vin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Namiq Əkbərzadə bildirib ki, aravdını qısqanclıq zəminində qətlə yetirib: "Həmişə onu ötüşdürürdüm, yoldaşımın biraz çatışmazlığı var idi. Tez-tez mübahisələr düşürdü. Həmişə onu yola vermişəm. Hadisə günü də qayınanam bizə gəlmişdi. Evdə söz-söhbətdən xəbərdar idi. Mənim nə qayınatamdan, qaynımdan narazılığım var. Onlarla heç bir problemin olmayıb, sağolsunlar". İfadəsini davam edən təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qayınanası onlarla söhbət edib: "Özünə də dedim ki, qızında çatışmazlıq var, ağzına gələni danışır. Yüngül zarafatlar edirdi. Anası da qızı ilə danışdı. Söyüşlə danışırdı. Məni təhqir edirdi. Deyirdi ki, uşaq səndən deyil. Anasına da orda dedim ki, görürsən, qızının başı çatmır. Arvad da deyirdi, “bala, yola ver”. Axşam onun bu söhbəti mənə pis təsir elədi. Qayınanam getdi. Baxdım, uşaqlar yatıb. Yataq otağına keçdim. Yoldaşımı oyatdım. Çox əsəbi idim. Dedim, ağzına gələni danışma. Dedi, yaxşı edirəm. Uşaq səndən deyil. Beynim çöndü. Xəbərdarlıq elədim ki, danışığını bil. O, dayanmadı, beldən aşağı şöyüşlər söyməyə başladı. Əlimə taxtanı aldım, yenə qayıdıb mənə dedi ki, uşaq səndən deyil. Beynim çöndü. İki-üç zərbə vurdum. Sonra otaqdan çıxdım. Getdim polisə təslim oldum". Prokuror və hakimlərin suallarını cavablandıran N. Ələkbərzadə bildirib ki, əvvəllər həyat yoldaşı ilə münasibətləri pis olmayıb: "Mən heç vaxt onu vurmamışdım. Son 4 ildə qadın çönmüşdü. Özüm Rusiyada yaşayırdım. Pulum, imkanım hər şeyim vardı. Zəng edib məni söyürdü. Özünü də neçə dəfə yanıma gətirmişəm. Böyük uşağım da Rusiya olub. Son illər münasibətimiz pisləşdi. Uşaqlarıma görə yola verirdim. Gözləyirdim ki, uşaqlar biraz böyüsün". N. Əkbərzadə suallara cavab verən zaman deyib ki, yoldaşını üzbəüz vurub: "Yuxudan oyatdım, sözümü dedim. Suallıma cavab aldım. Taxtayla başını partlatdım. Taxtanı da üstünə atdım. Belə də ki, yaxşı eləmişəm". Hakimin həyat yoldaşının xəyanətindən şübhələnib-şübhələnmədiyi barədə sualına N.Əkbərzadə belə cavab verib: “Bu barədə danışmaq istəmirəm. Əgər çox maraqlıdısa bir siz, bir də prokuror olsun, danışım". Hakimlər kollegiyasının hökmünə əsasən Namiq Əkbərzadə 10 il 6 ay il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yeni dizaynımız necədir?