Öncə, uzun illərdir Rspublaikada stabiliiliyin qorunmasında və bununla bağlı yürütdüyünüz davamlı siyasətdə, göstərmiş olduğunuz qətiyyət və əzmikarlığa görə Sizə çox sağ ol deyirik.
Cənab Prezident, aşağıda qeyd olunan cinayət hadisəsinin baş verdiyi tarixdən, artıq 7 aydan artıq bir zaman keçib. Təəssüfki bunca zaman ərzində hadisə ilə bağlı dəfələrlə aidiyyatı orqanlara etdiyim müraciətlərdən dolayı bir sonuca vara bilmədik. Demək olar ki, tərəfimizdən məsələnin bu şəkildə diqqətinizə çatdırmağa məsul dövlət qurumları tərəfindən məcbur edildik.
Xatırladım ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrinda, şəkildə gördüyünüz tək oğlum Tariyel Rzaquliyev Qala-Dübəndi yolundakı yol keçidi üzərindən keçərkən, keçidin üzərində Pirallahı rayonunda İcra hakimiyyətininnın işçisi Manaf Manafovun xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq həyatına son qoyulmuş, ailəsi övladsız, az yaşlı qızı isə ailəsi ilə birlikdə başsız qalmışdır.
Diqqətinizə çatdırıram ki, biz Tariyeli yaşatmaq üçün, ailə olaraq çox məşəqqətlərdən keçmiş, on il öncə İranda ona böyrək çatışmamazlığından böyrək köçürtdürmüş (07.10.2006), həyatda qalmsı üçün on il İranın yollarında bütün maddiyətimizdən və canımızdan belə keçmişik. Lakin, bizi ən çox ağrıdan isə həyatda qalması üçün, özünün çəkdiyi onca acı və məhrumiyyətlərin bir nadanın müştəbehliyi və qudurğanlığı səbəbindən boşa çıxması oldu.
O qudurğanlar ki, başda Manaf Manafov olmaqla onlar hadisəni törətdikdən sonra maşını saxlamamış, o surətlə də sürüb getmişlər. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan alçaq bir hərəkətlə oradan uzaqlaşmışlar. Bunu görən, hadisə yerinin yaxınlığındakı N saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkənda morq deyilən bir yerə çatdırmışlar. Bütün bu gedişatda, hadisəni törədənlərdən heç kim onlarla olmamışdır. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq birisi olan- Manafın maşında olanlarla qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməməsi, əksinə tülkü kimi kənardan gedişatı müşahidə etməsi, onun nə qədər qudurğan və mənəviyyatsız biri olmasını göstərmişdir.
Cənab Prezident! İşin ilkin istintaqı Pirallahı rayon Polis Şöbəsinin Baş müstəntiqi Namiq Mirzəbəyli (rayon prokroru ilə birlikdə), sonrakı etablarda isə DİN Bİ və Tİ YNH- dair İ və TŞ-nin müstəntiqlərindən Azad Əliyev, Qəzənfər Mansurov və sonda Cəsarət Bayramov tərəfindən sürdürülməklə, ümumilikdə 7 ay vaxt aparmışdır. Bu müddət ərzində işin gedişatı ilə bağlı şəxsən Sizə
etdiyimiz çox saylı muraciətlərə və istintaqa təqdim etdiyimiz 17-yə kimi ehtimal və xususatlara rəğmən, istintaq sükan arxasında olan kişinin həqiqətən də Manafın sürücüsü Baxşiyev Bağış olduğuna bizi inandıra bilməmişdir. Bu səbəbdən də sükan arxasında ya Manafın özünün ya da istintaqa və bizə adı bəlli olmayan üçüncü kişinin olması ilə bağlı şübhələrimiz öz qüvvəsində qalmışdır. Təbii ki, istənilən halda hadisənin cinayət tərəfinin araşdırılması hüquq mühafizə orqanlarının işidir və inanırıq ki, sonda ədalət bu dünyada da olmasa o təki dünyada, öz həllini tapacaq.
Lakin bizi ən çox narahat edən digər məsələ isə, hadisədən bunca zaman keçməsinə baxmayaraq, insanlıq və humanistlik hislərindən uzaq olan Manaf Manafov haqqında YAP mərkəzi aparatına (şəxsən cənab Əli Əhmədova, cənab Siyavuş Novruzova, aparat rəhbəri Mahir Abasəliyevə, Bakı rayonlarının əlaqələndiricisi Misirxan müəlimə) və şəxsən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova indiyə kimi etdiyimiz çox saylı müraciətlərdən dolayı onun haqqında heç bir ölçü götürülməməsidir. Rayon sakinlərindən verilən məlumatlara görə işlədiyi yerlərdə belə (həmçinin də Nizami rayonunda) YAP çətri altında maskalanaraq çox çirkin əməllərlə məşqul olan bu zad, bütün bu olanlardan sonra da, YAP Pirallahı rayon təşkilatının sədrliyində qalmaqda davam edir.
Təbii ki, buna havadarlıq edən də başçı Vasif İmanovdur. Təəssüf ki, Sizin bütün Hökümətlə bağlı tədbirlərdə yerli İcra strukturlarına etdiyiniz xəbərdarlıqlar və zaman-zaman ifadə etdiyiniz “məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikiri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmamışdır. Diqqətə alınsa idi, rayon ərazisində baş vermiş ölümlə bağlı bu hadisənin iştirakçısı olan insanlıq və humanistlik hislərindən uzaq məmurlar bu günə kimi Vasif İmanov tərəfindən himayə edilərək vəzifələrində saxlanılmazdılar.
Belə ki, biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla icra strukturlarının bu məsələdə laqeyidliyini görüb (bir təsəlli üçün üzrə belə gəlməmələri), oğlumum üçünün sabahı- yəni 06.09.2016-cı il tarixdə həmin Rayonun İcra başçısı Vasif İmanov qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli Polis və Prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı İcra başçısı hər vəhclə cinayəti törədənlıərin müdafiəsi yönündə mülahizələr və məsələlər çəkməklə məşqul idi. Sanki, bir gəncin taleyi söz qonusu deyildi belə. O bu hadisəni yuxarılara çatmamasını məsləhət edir və guya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı, yalnız maddiyyətdə görən mənaviyyatsızlar) özü də daxil omaqla hadisəni törədənlərə tövsiyyə edirmiş. Vasif İmanovun öz iş otağında qurduğu “məhkəmə”də hadisə zamanı maşında olanlardan Niftəliyev Həsəni sorğularkən ( icra hakimiyyətinin işçisidir ), onun qorxudan titirədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov hətta bizim yanımızda onu gobud şəkildə təhqir də etdi. Təəssüf ki, sonrakı gedişat bütün bu eyibəcərliklərin davamı oldu ki, bu da sükan arxasında Manaf Manafovun olma ehtimalında, bizim şübhələrimizi daha da artırmış oldu.
Cənab Prezident, vəzifəsindən asılı olmayaraq tutduğu bu cür qeyri insani və mənaviyyatsızlığa görə Manaf Manafovun Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Ali bir partiyanın yerli təşkilatının başında olması böyük utancdır və yerli təşkilatda olan ləyaqətli insanlara bir hörmətsizlikdir .
Sizdən oğlu öldürülmüş bir ata olaraq, artıq dərəcədə xahiş edirəm yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri insani və qudurğan hərəkətlərinin nəzərə alınıb, onun belə bir ali vəzifədə qalmaması məsələsinə və bu hadisədə əsl cinayətkarın üzə çıxarılmasının surətləndirilməsi yönündə müvafiq göstəriş verəsiniz.
Sorğu
Yeni dizaynımız necədir?