Rektor iş otağında dəbdəbəli şərait yarada bilir, amma Heydər Əliyev Muzeyini saxlaya bilmir
Iqtisadi böhran şəraitində məsrəflərdə qənaətcillik, mötədillik bütün dövlət və qeyri - dövlət müəssisələri, hətta hər bir ailə üçün də vacibdir. Möhtərəm Prezidentimiz İlham Əliyev də özünün sədrliyi ilə keçirilən müşavirə və konfranslarda etdiyi çıxışlarda rəhbər işçilərə bu barədə çağırışlar edir, onları israfçılıqdan yayınmağa səsləyir. Bildiyimiz kimi, təhsil müəssisələri şəbəkəsində də optimallaşdırma prosesi gedir. Lakin bu o demək deyil ki, müəssisə rəhbəri işçiləri əsassız olaraq ixtisara salsın, onların haqqlarını kəssin, amma özünün izafi xərclərini azaltmasın, dəbdəbəli həyat tərzini davam etdirsin. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş alıb gedən özbaşınalıqlar barədə Mediatv.az saytında gedən tənqidi məqalələrin doğurduğu rezonansın nəticəsi olaraq, redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, aprelin 1-dən akademiyanın ştatında start verilən ixtisarlar mürtəce formada davam etməkdədir. Redaksiyamıza verilən məlumata görə rektor ayın 6-dan laborantları da işdən çıxarmağa başlayıb. Narazılıq edənlərə isə deyib: "İstəyirsiz, gedin müxalifətin 8 aprel mitinqində iştirak edin, fikrinizi müxalifətin tribunasından səsləndirin ,mən heç kəsdən qorxmuram". F. Hacıyev dövlətin ayırdığı vəsaiti göyə sovurub, indi də işçiləri saxlamağa pulun olmadığını deyir. Mənbə bildirir ki, narazı əməkdaşlar rektora akademiyada özünə dəbdəbəli kabinet düzəltdirib içində hamam - sanuzel quraşdıranda bunları fikirləşməyi məsləhət bilirlər. Rektor akademiyada yenilik etmək isdəyirsə özünə dəbdəbəli kabinetdən yox, tədrisdən başdamalı idi.Axı rektor ora "istirahətə yox",xidmət göstərməyə gəlməlidir. Bunlar azmış kimi, pulsuzluqla əlaqələndirib akademiyada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini də bağlatdırıb. Muzeyin rəhbəri Cəmilə xanımı işdən çıxarıb və onu hədələyir ki, bir yerə şikayət etsə, bacısı qızını da işdən çıxaracaq. Görün, işin harasıdır ki, akademiyada Ümummilli liderimizin zəngin irsini öyrənmək fikrinə düşən gənclər Heydər Əliyev Muzeyindən məhrum edilmişlər. Böyük sərkərdə Babəkin sözü var: "Mənim ac-susuz qaldığım günlər olub. Amma ümidsiz qaldığım gün olmayıb". O da doğrudur ki, Ulu Öndər Heydər Əliyevin işıqlı ideyaları xalqımızı xoşbəxt gələcəyə inandıran mayakdır, ümid çırağıdır. Rektorun özünə təmtəraqlı iş şəraiti yaradan ali təhsil müəssisəsində Heydər Əliyev Muzeyinin fəaliyyətinin dayandırılması Azərbaycan xalqının, onun gələcəyi olan gənclərin bu ümidini sarsıtmağa yönəlmiş addımdır. Razılaşın ki, gənclərin belə bir mənəvi boşluqla, sarsıntı ilə üzləşməsi olduqca mənfi tendensiyaya çevrilə bilər. Qarşı tərəfin cavab haqqını tanıyırıq
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?