Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında menecment təhsili alan 12 tələbə prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
Virtualaz.org mediaforum.az-a istinadən xəbər verir ki, tələbələr qeyd edir ki, akademiyaya 2012-ci ildə TQDK-nın test üsulu ilə müsabiqəsi əsasında qəbul olunublar və bir il menecment ixtisası üzrə oxuyublar: “Bu il akademiyaya menecment ixtisası üzrə qəbul olmadı, bizə – ikinci kurs tələbələrinə isə təhsilimizi burada davam etdirə bilməyəcəyimiz deyildi. Akademiya bu addımı iqtisadi profildə dərs verən müəllimlərin kənardan gətirilməsində yaranan çətinliklə bağladı.
Təhsil Nazirliyində bizə başqa təhsil ocağına, məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyimiz vəd olunsa da, bu iş gerçəkləşmədi. Dərs ilinin üçüncü ayı gedir, ancaq bizə öz ixtisasımıza uyğun dərs verilməsində problemlər tam həll olunmayıb. Sizdən xahiş edirik ki, bizim məsələni diqqətə götürəsiniz. Biz istəyirik ki, Bakı Musiqi Akademiyasında normal menecment təhsili almağımız üçün şərait yaradılsın”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?