GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Samir Şərifovun güçsüzlüyü

Samir Şərifovun güçsüzlüyü

Tarix: 19-05-2013, 14:07 Bölmə :Ölkə Baxış: 950
Samir Şərifovun güçsüzlüyü
Maliyyə naziri oliqarx həmkarlarından ehtiyat edir; Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti görünmür

Dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən ciddi bir qurumun Maliyyə Nazirliyi tərkibində fəaliyyət göstərən Dövlət Maliyyə Nəzarəti Xidmətinin adını da olsa yəqin ki, eşitmisiniz. Bax, bu Xidmətin qanunlarla müəyyən olunmuş kifayət qədər hüquq və vəzifələri var.
Onlardan bəlkə də birincisi məhz elə nəzarət tədbirlərinin həyata keçirildiyi təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasından sonra zərurət yarandıqda yoxlama materialları müvafiq hüququ-mühafizə orqanlarına göndərilməsidir. Lakin maliyyə işçilərinin əksəriyyəti də bilir ki, bu cür hallar istisnalarla bağlı olur. Bölgələrdə işləyən 10 regional maliyyə müfəttişliyi vasitəsilə Maliyyə Nazirliyi dövlət büdcəsindən ayrlan vəsaitlərin düzgün xərclənməsinə ciddi nəzarət etmək imkanındadır. Lakin əksər hallarda büdcə yeyintilərinin yumşaq desək səsi belə çıxmır. Bunun hansı səbəblərdən baş verdiyi də qaranlıq qalır. Büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarətin kifayət qədər qənaətbəxş olmaması Hesablama Palatasının apardığı yoxlamalardan sonra daha qabarıq nəzərə çarpır.
Bu yaxınlarda Hesablama Palatasının açıqladığı sənədlərdə də məhz bir sıra sahələrdə nəzarətsizlikdən istifadə edən yerli büdcə təşkilatlarının fəaliyyətində ciddi nösanlar üzə çıxarmışdı. Xüsusən təhsil, səhiyyə sistemində lüzumsuz büdcə israfçılığına yol verildiyi məlum oldu.
Halbuki, belə yeyintiləri aşkarlamağa Maliyyə Nazirliyi sadəcə borcluydu. Lakin bunlar yalnız üzdə olan məlumatlardır. Geniş infrastuktura malik büdcə təşkilatlarının rəhbərləri bir çox hallarda maliyyə yoxlamalarının təhlükəsini neytrallaşdırmağa asanlıqla nail ola bilirlər. Bu gün adi vətəndaş da bilir ki, təhsil və səhiyyə obyektlərinin tikintisi zamanı xərclərin bir neçə dəfə şişirdilməsi, əmək müqaviləsi bağlanmadan vətəndaşların işə götürülməsi yeyintiləri leqallaşdırmaq üçün əsas vasitələrdəndir. Büdcə israfçılığına nəzarət etməli olan strukturların nümayəndələrinin hansısa marağının təmin edilməsi bu sahədə geniş büdcə talanlarının ört-basdır edilməsinə səbəb olur ki, nəticədə dövlət zəncirvari ziyan çəkir. İşçi qüvvəsinin sayının ciddi-cəhdlə gizlədilməsi nəticə etibarı ilə vergidən, eynən də digər məcburi ödənişlərdən yayınmalara gətirib çıxarır. Bu cür halları əksər rayonlarda, hətta paytaxtın bəzi rayonlarında tikinti işlərinə cəlb edilmiş əksər təşkilatların fəaliyyətində asanlıqla üzə çıxarıla bilərdi, bir şərtlə ki, maliyyə nəzarəti düzgün istiqamətləndirilsin.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti çox böyük səlahiyyətlərə malik mühüm bir qurumdur. Bu qurumun fəaliyyəti nəticəsində aşkar edilə biləcək mənimsəmə faktları nazirliyə belə mənimsəmələrə yol vermiş təşkilatlara qarşı ciddi tədbir görülməsi üçün ciddi əsas verir. Belə situasiyalarda gərəkli sanksiyalara və ciddi cəza tədbirlərinə rəvac verilməsi dövlət büdcəsini qənaət edilmiş milyonlarla manat vəsaitlə doldurmaq demək olardı. Təəssüf ki, bu gün Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyinin yoxlama və təftişləri oliqarxların maraq dairəsinə baş vurmaq gücündə deyil. Nazirliyin indiki fəaliyyətini məşhur yazıçı Anton Çexovun "Qılaflı adam" əsərindəki Belikov obrazı ilə müqayisə etmək olar. Bunun dilimizdə açmasını təxminən "yoxlayaram, birdən zibili çıxar" kimi ortaya qoymaq olar. Elə isə sual olunur ki, dövlət rəhbərliyinin həvalə etdiyi bu ciddi və məsuliyyətli vəzifədə oturub niyə oliqarx maraqlarına işləyirsən. Bəlkə yerini daha cəsarətli məmur tuta bilərdi?

Mahir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qüdrər Həsənquliyevdən Samir Şərifova çətin sual - "Maliyyə Nazirliyi bir araşdırma aparırmı ki,..."

    Qüdrər Həsənquliyevdən Samir Şərifova çətin sual ...

    7-10-2015, 22:02

  • 
  • Dövlət Maliyyə Nəzarəti Xidməti hansı yolla əlavə qazanc əldə edir?

    Dövlət Maliyyə Nəzarəti Xidməti hansı yolla əlavə ...

    9-12-2012, 11:45

  • 
  • Maliyyə Nazirliyində nazir və icra başçılarını təhdid edən qrup

    Maliyyə Nazirliyində nazir və icra başçılarını ...

    25-11-2014, 23:44

  • 
  • Hesablama Palatası məmurlarla baglı materialları prokurorluğa göndərəcək

    Hesablama Palatası məmurlarla baglı materialları ...

    17-02-2014, 17:07

  • 
  • Samir Şərifov "fövqəlnazir"i təftiş edir

    Samir Şərifov "fövqəlnazir"i təftiş edir ...

    18-04-2013, 10:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu