GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zaqatalada «fövqəlkorrupsiya»

Zaqatalada «fövqəlkorrupsiya»

Tarix: 10-12-2012, 13:15 Bölmə :Ölkə Baxış: 807
Zaqatalada «fövqəlkorrupsiya»

Zəlzələdə uçan evlər niyə təmirində baş verən maxinasiyalar

Mayın 7-də və 18-də Azərbaycanın şimal-qərbində güclü zəlzələ baş verib. Zəlzələnin episentri cənub şəhəri Zaqatalanın 17 km.-də olub. Orada yeraltı təkanların gücü rixter şkalası üzrə 5,5 bal gücündə olub. Zaqatala və Qax rayonlarında minlərlə ev və 32 məktəb dağılıb və ya qəza vəziyyətinə düşüb.
Hökumət qışa kimi evlərin, yeni tədris ilinə qədərsə məktəblərin yenidən tikiləcəyini vəd etmişdi. Lakin nə bu, nə də digər vədlər yerinə yetirilmədi, baxmayaraq ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 250 mln. manat ayrılmışdı. Dəqiq məbləğ, işlərin dəyəri, kompensasiyaların həcmi gizli saxlanılır. regionda korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi, vətəndaşlardan pul qoparılması, məmur özbaşınalığı hökm sürür və bütün bunları Fövqəladə Hallar Nazirliyi idarə edir.
Oktyabrın 14-də Balakən rayonunda baş vermiş 6 ballıq zəlzələ vəziyyəti daha gərginləşdirib. Bu zəlzələ nəticəsində 2,5 min ev, obyekt dağılıb və ya qəza vəziyyətinə düşüb. Zərər çəkənlərə demək olar ki, yardım göstərilmir, onlar dövlət tərəfindən unudulub.

Zaqatala - zəlzələdən yeddi ay sonra

Zəlzələdən düz 7 ay sonra Zaqatala rayonunda olduq. Dövlət rəsmlərinin verdiyi açıqlamaların əksinə olaraq rayonda acınacaqlı vəziyyətin hökm sürdüyünün şahidi olduq.
FHN-nin rəsmiləri ayrı-seçkilik edir
Zaqatalada olduğumuz müddət ərzində zəlzələ zamanı dağılmış evlərin heç də hamısının qeydə alınmadığının şahidi olduq. Sakinlərin sözlərinə görə, zəlzələdən dərhal sonra yoxlamaya başlayan komissiya nisbətən ədalətli rəy yazıb. Lakin qısa müddət sonra vəziyyət kəskin şəkildə pisləşib. Sonradan yeni komissiya formalaşıb. Komissiya üzvləri isə evin vəziyyətini yox öz şəxsi marağı əsasında rəy yazır. Zaqatala rayonu Aşağı Tala kəndinin sakini Yusif Həsənovun evi zəlzələ zamanı tamamilə dağılıb. Evin divarlarında dərin çatlar əmələ gəlib. Evin damı isə tamamilə uçub. Yusif Həsənovun sözlərinə görə, oğlu və gəlini qəzalı evdə yaşamaqdan qorxduqları üçün kirayəyə ev tutmalı olublar: «Mən isə xanımımla birlikdə həyətdə olan otaqda yaşayırıq. Evdə yaşamaq təhlükəlidir. Ev hər an uca bilər». Y. Həsənovun sözlərinə görə dəfələrlə yerli icra nümayəndəliyinə və «Zəlzələ» Qərargahına müraciət edib: «Müraciətlərimə məhəl qoyulmur. 112 xidmətinə də müraciət etmişik. Mənə bildirirlər ki, evin təmir ediləcək. Lakin bu evin təmir edilməsi mümkün deyil. Mənim evimdən dəfələrlə az qəzalı olan evlər sökülüb yenidən inşa edilir. Lakin nədənsə mənim evim inşa edilmir. Səbəbini də demirlər».

«Şikayət etsəniz evinizi tikməyəcəyik»

Aşağı Tala kənd sakini Şahnaz İsrafilova zəlzələ zamanı 2 mərtəbəli evlərinin dağıldığını bildirdi: «Bizim 2 mərtəbəli evimiz vardı. Üç otaq aşağıda üç otaq isə ikinci mərtəbədə yerləşirdi. Beş ay əvvəl Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evimi sökdülər. Ev sökülərkən bizə bildirdilər ki, iki mərtəbəli ev inşa ediləcək. Ev söküldü. İki ay gözlədik gələn olmadı. Ondan sonra gedib maraqlandıq. Bizə dedilər ki, indi məktəbləri tikirik sonra sizin evinizi tikəcəyik. Daha sonra bizə bildirdilər ki, sizə 3 otaqlı ev tikəcəyik. Çarəsizlikdən razılaşdıq. Daha sonra dedilər ki, sizin evin layihəsi dəyişdirilib, indi 2 otaqlı ev tikirik. Etiraz etdik. İki otağı olanlara iki mərtəbəli ev tikirlər. Amma bizim iki mərtəbəli evimizin əvəzinə iki otaqlı ev tikmək istəyirlər». Ş. İsrafilova üzləşdiyi haqsızlıqla bağlı Mehriban Əliyevaya müraciət etdiyini bildirdi. Lakin ona gələn cavab məktubunu İcra Hakimiyyəti götürüb. İcra Hakimiyyətindən Şahnaz xamıma bildiriblər ki, M. Əliyeva məktuba müsbət cavab verib: «Lakin məktubu gizlətdilər». Ş. İsrafilovanın sözlərinə görə komissiya üzvləri ailəsini şantaj edir: «Bizə deyirlər ki, şikayət etsəniz evinizi tikməyəcəyik». Ş. İsrafilova bildirdi ki, soyuqların düşməsi vəziyyətlərini daha da çətinə salıb: Havalar soyuqdur. Çadırda yaşamaq olmur. Məcburiyyət qarşısında qalıb maşınımızı satdıq. Həmin pulla bir otaqlı ev tikmişik. Ölkəmizin zəngin sərvətləri var. Prezidentdə sağ olsun. Dağılan evlərin tikilməsinə göstəriş verib. Amma bəzi adamlar vəziyyətdən istifadə edib qanunsuzluqlar edirlər .

Məni müsavatçı adlandırıb evimi tikmirlər

Rayonun Ələsgər kəndində də qəzalı evlər qeydə alınmayıb. Gözdən uzaq bu dağ kəndində vəziyyət daha acınacaqlıdır. Kənd sakini İsmayılova Baratın sözlərinə görə, zəlzələdən sonra gələn komissiya evin qəzalı vəziyyətdə olduğunu söyləyib: «İlk dəfə gələn komissiya mənə bildirdi ki, evdə yaşamaq təhlükəlidir. Bizə çadır verdilər və evdə yaşamağımızı qadağan etdilər. Soyuqlar düşənəcən həmin çadırda yaşadıq. Lakin sonradan gələn komissiya bildirdi ki, ev qəzalı deyil, təmirə ehtiyacı var. Bizim evlərimizin tikilməsinin qarşısını bələdiyyə sədri Məhərrəm Həsənov alır. Sədr evlərin yenidən tikilməsi üçün 400 manat pul istəyir. Şikayət edirəm. Bələdiyyə sədri deyir ki, müsavatçıdır. Mən haqqımı tələb edəndə müsavatçı oluram? Məni müsavatçı adlandırıb evimi tikmirlər».

Kəndi köçürəcəklər, amma yeni məktəb tikirlər

Ələsgər kənd sakini Əfəndi Abdullanın bildirdiyinə görə, kəndin evlərinin böyük əksəriyyəti qəzalı vəziyyətdədir. Buna baxmayaraq komissiya evlər barədə düzgün rəy yazmır. rəsmi şəkildə qəzalı vəziyyətdə olması barədə akt tərtib edilən 20 qəzalı evdən yalnız biri, noyabr ayının 5-dən etibarən inşa edilməyə başlayıb. Bir ev isə Gözbarax kəndi ərazisində inşa edilir. Yerdə qalan 18 evin taleyindən xəbər yoxdur. Ə. Abdullanın sözlərinə görə evi qəzalı vəziyyətdə olan sakinlərin bir çoxu kəndi tərk edib. Kəndi tərk edənlərdən ikisi də Ə. Abdullanın yaxın qohumlarıdır: «Qohumlarımdan biri Hüseynov Eldardı. Eldarın evini birinci komissiya qismən qəzalı olması barədə rəy yazmışdı. Sonradan ikinci komissiya gələndə evin qəzalı olması barədə rəy yazdı. Lakin sənədləri bu günə qədər gəlib çıxmayıb. Ev tam yararsız vəziyyətdə olduğu üçün qaynım kəndən çıxmalı oldu. İndi Bakıda olur. Dəfələrlə yerli icra hakimiyyətinə şikayət etmişik. Deyirlər ki, özünüzə sığınacaq tikin». Ə.Abdulla digər qohumu Mübariz İsmayılova məxsus evin 6 ay əvvəl söküldüyünü bildirdi: «Altı aydır evi tikmirdilər. Bu gün kəndimizdən 10 kilometr aralıda yerləşən Gözbarax kəndində dağ çayının kənarında Mübarizə ev tikməyə başlayıblar. Bələdiyyə sədri 400 manat pul alıb həmin ərazidə İsmayıla torpaq sahəsi verib. Bu torpaq sahəsi satın alıdıqdan sonra ev tikməyə başladılar. İnsanları məcbur edirlər ki, kənddən çıxsınlar. Kəndin boşaldılması üçün heç bir sərəncam yoxdur. Əgər kəndi köçürürlərsə nəyə görə yeni məktəb inşa edirlər?».

Yeddi ay əvvəl sökülən evlər hələdə inşa edilməyib

Rayon ərazisində 7 ay əvvəl sökülən evlərin əksəriyyətində tikinti işlərinə başlanılmayıb. Tikintisi başlayan evlərin böyük əksəriyyətində isə iş dayandırılıb. Ələsgər kənd sakini Zahid Hüseynovun bildirdiyinə görə, evi 7 ay əvvəl FHN-nin nümayəndələri tərəfindən sökülüb: «Evi sökdülər və çıxıb getdilər. Ondan sonra gəlib maraqlanmayıblar da. Azı yüz dəfə şikayət etmişəm. Şikayətə baxan yoxdur. Uşaqlarla «palatkada» yaşayıram. İcra hakimiyyətindən bizə deyirlər ki, gedin özünüzə qalmağa yer tikin. İndi məcburam bir otaq tikim . Z. Hüseynov inşa etdiyi otaq üçün dövlət tərəfindən heç bir yardım ayrılmadığını bildirdi: «Bu otağı məcburiyyət üzündən tikirəm. Özüm bir tikə çörək üçün Rusiyada işləyirəm. Burada iş yoxdur. Bu otağı da uşaqlar üçün tikirəm ki, qışda donmasınlar».
Gürcülərə edilən üstünlük

Rayonda inşa edilən evlərin tikintisinin böyük əksəriyyəti yarımçıq qalıb. Buna səbəb isə usta və fəhlələrin pullarının verilməməsidir. Tikinti işləri qeyri - şəffaf aparıldığından fəhlə və ustalar hansı şirkətdə işlədiklərini belə bilmirlər. Fəhlələrlə əmək müqaviləsi bağlanmır. Əmək müqaviləsi tələb edənlər isə dərhal işdən uzaqlaşdırılır. Yerli ustalar əmək müqaviləsi və görüləcək işlərin qiymətləndirilməsi cədvəlini tələb etdikləri üçün işə götürülmür. Zaqatalada evləri əsasən Şamaxı, Ağsu, Saatlı, Sabirabad və Şəki rayonundan olan usta və fəhlələr inşa edir. Son bir ay ərzində isə evlərin tikintisinə Gürcüstan vətəndaşı olan milliyətcə gürcü olan şəxslər cəlb edilib. Azərbaycanlılardan fərqli olaraq gürcülərlə əmək müqaviləsi bağlanılır. Onların maaşları vaxtı-vaxtında ödənilir.

Təmir bərpa işləri başlanılmayıb

Zaqatalada zəlzələ zamanı xəsarət görən evlərin bir qisminə təmir, gücləndirilmiş təmir bərpa işləri görülməsi barədə rəy verilib. Lakin may ayından sonra baş verən zəlzələlər zamanı həmin evlərin əksəriyyəti qəzalı vəziyyətə düşüb. Bununla belə bu tip evlərin bərpasına start verilməyib. Eyni zamanda rayonda qəzalə vəziyyətə düşən məktəblərin inşası başa çatmayıb. Bir sıra məktəblər isə əvvəlkindən balaca inşa edilir. Misal üçün Aşağı Tala 3 saylı orta məktəbin 1176 yerlik binası olduğu halda indi 600 yerlik yeni bina inşa edilir. Uşaq bağçaları baglanıb. Lakin bağçaların yenidən inşasına başlanılmayıb.

Tikintiyə texniki nəzarət yoxdur

Zaqatalada inşa edilən evlər bir neçə şirkət tərəfindən həyata keçirilir. Lakin bu şirkətlərin evlərin tikintisi üçün tenderdə iştirak etmələri barədə rəsmi məlumat verilməyib. Eyni zamanda evlərin inşası zamanı texniki nəzarət həyata keçirilmir. Ev sahiblərinə yeni inşa edilən evin layihəsi, smeta sənədləri təqdim edilmir. Bu sənədlər gizli saxlanılır. Tikinti zamanı ciddi texniki xətalara yol verilir. Misal üçün evlərin bir qismi M-300 markalı «Qaradağ» sementi ilə inşa edilir. M-300 markalı sement ev tikmək üçün yox suvaq vurmaq üçün nəzərdə tutulub. Evlərin əsas arxa divarlarında və künclərində dəmir-beton konstruksiyalı bloklar (kolon ) quraşdırılmır. Təmələ tökülmüş dəmir-beton konstruksiya yuxarı mərtəbələrlə ələqələndirilmir. Bu da gələcəkdə evlərin daha qısa müddət ərzində dağılmasına səbəb olacaq. Evlərin elektrik naqilləri də texniki qaydalara uyğun quraşdırılmır. Belə ki, naqillər birbaşa divara pərçimlənir, üzərindən isə suvaq çəkilir. İstənilən qısa qapanma zamanı naqillər yanarsa, suvaq sökülməlidir. Əslində isə elektrik naqilləri xüsusi şlanqların içərisindən keçirilməlidir. Belə olduqda naqillərin dəyişdirilməsi zamanı evin divarlarını sökmək lazım gəlmir. Onu da qeyd edək ki, iş icraçılarının böyük əksəriyyəti inşaatçı deyil.

Prezidenti belə aldadıblar

Zəlzələnin episentri hesab olunan Gözbarax və Mamrux kəndlərində digər ərazilərə nisbətən qızğın iş gedir. Bunun səbəbi isə hər iki kəndin dövlət başçısının nəzarətində olmasıdır. İ. Əliyev zəlzələdən sonra 2 dəfə Gözbarax kəndində olub. Yerli sakinlərin sözlərinə görə, onlara dövlət başçısı ilə görüş imkanı yaradılmayıb. İ. Əliyevlə xüsusi hazırlanmış şəxslər görüşüb. Dövlət başçısı kəndə birinci səfərində dağılmış evlərin birinə baş çəkib və ev sahiblərinə qısa müddət ərzində evlərin bərpa ediləcəyi barədə vəd verib. Eyni zamanda bildirib ki, ev inşa olunduqdan sonra qonaq gələcək. Bu hadisə dövlət televiziyalarında nümayiş etdirilib. İ. Əliyevin Zaqatalaya ikinci səfəri ərəfəsində dövlət başçısının vədi yada düşür. 2 həftə ərzində tələm-tələsik 2 mərtəbəli yaşayış evi inşa edilir. Ev mebel və xallarla bəzədilir. İ. Əliyev kəndə gəldikdə ilk getdiyi yer yeni inşa edilmiş bina olur. Prezident birinçi mərtəbənin dəhlizindəcə xoşagəlməz hadisə ilə üzləşir. Prezidentin ayağı altında, yerə vurulmuş parket qopur. İ. Əliyev evə baxmadan geri qayıdır. Hadisənin şahidlərinin bildirdiyinə görə, hadisə İ. Əliyevi bərk qəzəbləndirib. Qeyd edək ki, Gözbarax və Mamrux kəndlərində tikinti işlərini «Azinko» və «Gilan» şirkətləri həyata keçirir. Zəlzələdən 7 ay keçməsinə baxmayaraq diqqət mərkəzində olan bu kəndlərdə də evlərin böyük əksəriyyəti inşa edilməyib. Yerli sakinlər bizə yaxın 1-2 ay ərzində evlərin inşasının başa çatmayacağını bildirdilər.

Əfqan Muxtarlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə daha bir zəlzələ

    Türkiyədə daha bir zəlzələ ...

    27-05-2014, 10:42

  • 
  • İspaniyada güclü zəlzələ

    İspaniyada güclü zəlzələ ...

    25-01-2016, 11:40

  • 
  • Türkiyədə zəlzələ oldu

    Türkiyədə zəlzələ oldu ...

    23-08-2015, 11:13

  • 
  • Türkiyədə zəlzələ oldu

    Türkiyədə zəlzələ oldu ...

    23-08-2015, 11:13

  • 
  • Azərbaycanda 4 bal gücündə zəlzələ oldu

    Azərbaycanda 4 bal gücündə zəlzələ oldu ...

    3-10-2014, 15:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu