GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İcra başçısı Nizami Sadıqovdan şikayətlər artır

İcra başçısı Nizami Sadıqovdan şikayətlər artır

Tarix: 21-05-2013, 00:34 Bölmə :Ölkə Baxış: 806
İcra başçısı Nizami Sadıqovdan şikayətlər artır
Məcburi köçkünlər ümidlərini itiriblər
Vətəndaşların bəzi rayonların icra başçılarının idarəçiliyinə, onların fəaliyyətlərindəki çatışmazlıqlarına qarşı narazılıqları bir sıra məmurların işindəki yarıtmaz məqamlardan xəbər verir. Məhz buna görədir ki, bəzi yaşayış məskənlərində, xüsusən də Ermənistan silahlı birləşmələrinin işğal etdiyi rayonlardan olan qaçqın və məcburi kökünlərin yaşadığı yerlərdə insanlar tez-tez öz hüquqlarını tələb etməyə başlayırlar. Belə yaşayış məskənlərindən biri də Ağdam rayonudur.
Sakinlərin sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyin olunan sabiq polis rəisi Nizami Sadıqov icra başçısı kürsüsündə də özünü rəis kimi aparır. Ağdamlılar deyirlər ki, onun yanına gələn bəzi narazı insanların şikayətləri, müraciətləri hələ də həll olunmamış qalır. Şikayətçilərin problemlərinin hamısını həll etməyən Nizami Sadıqov hətta rəis sayağı sözlərindən də qalmır. Qeyd olunur ki, rayonun büdcə təşkilatlarının rəhbər şəxslərinin yığıncağında Nizami Sadıqov bəzi rayonların rəhbərləri kimi iclaslarını ağır ittihamlarla, gərgin formada idarə edir. Ağdamda səhiyyə və təhsil işçiləri də müxtəlif problemlərdən şikayətçidirlər. Qeyd olunur ki, bəzi məktəblərdə müxtəlif tədbirlər adı altında müəllimlərdən, həkimlərdən pullar yığılır.
Hələ az müddət əvvəl Çəmənli kəndindən olan sakinlər Nizami Sadıqovun icra başçısı olmasına baxmayaraq, ermənilərlə sərhəd kəndlərdə yaşayan əhalinin durumu ilə maraqlanmamasından giley-güzar etmişdilər. Sakinlər bildirmişdilər ki, Nizami Sadıqov özü oturub, Quzanlıda, amma bu kəndlərə gəlib-getmir ki, camaatın vəziyyəti necədir.
Ağdam kəndlilərini narahat edən ən ciddi məsələ isə su problemidir. Belə ki, kəndlərin böyük əksəriyyəti su sarıdan əziyyət çəkir. Rayonun Çəmənli, Üçoğlan, Əffətli kəndlərinin sakinlərinin inşa etdikləri artezianlar da artıq sıradan çıxıb. Sakinlərin sözlərinə görə, hələ 2005-ci ildə onlara hədiyyə edilən artezianlar tez-tez sıradan çıxır. Amma rayonun heç bir dövlət qurumu bu artezanların təmiri ilə məşğul olmur. Əlacsız qalan insanlar öz aralarında pul toplayaraq, artezianları təmir etdirirlər.
Sakinlər baş verənləri rayonun müvafiq orqanları rəhbərlərinin camaata laqeydliyi ilə əlaqələndirirlər. Bu arada icra başçısıyla bağlı maraqlı bir faktı da nəzərinizə çatdırmaq yerinə düşərdi. Belə ki, Nizami Sadıqov Şuşa şəhəri və Ağdam rayonu işğal edildikdən sonra toylarda oynamağı özünə yasaq edib. Təəccüblüdür, toya getmək, içki məclislərində, ziyafətlərdə musiqi sədaları altında əylənmək nə deməkdir, həmin məclislərdə oynamaq nə demək? Belə isə gərək heç toylara da getməyəsən. Ondansa Ağdamın, ağdamlıların illərdən bəri yığılıb qalmış sosial problemlərini həll etmək lazımdır. Bu məsələ də sual doğurur: 1970-ci ildə "Lenin 100 illik medalı" ilə təltif edilən Nizami Sadıqov (yəqin ki, o, indi daha Leninin medalını taxmır) 2006-cı ildə nəyə görə "İgidliyə Görə" medalı ilə təltif edilib?
Lakin icra başçısının nəzərinə çatdırmaq istəyirik ki, ondan fərqli olaraq biz heç nəyi unutmuruq. Məsələn, heç vaxt yaddan çıxarmırıq ki, Ağdam Rayon Təshil Şöbəsinin tabeliyində olan 33 saylı orta məktəbdə nələr baş verir. Nizami Sadıqov da yaddan çıxarmasın ki, bu təhsil ocağında nələr baş verir, hansı proseslər diqqət mərkəzindədir. Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri bilsin ki, sözügedən təhsil müəssisəsində - 33 saylı orta məktəbdə ərlə arvad elə ikisi bir yerdə işləyirlər. Amma bu, ancaq başqa yerdə, ayrı, özəl müəssisələrdə belə ola bilər. Qanuna görə təhsil ocağında yox. Çünki ərlə arvadın bir yerdə çalışmasına icazə yoxdur. Nə Təhsil Nazirliyi buna icazə verir, nə də ki, qüvvədə olan qanunumuz. Ərlə arvadın eyni təhsil müəssisəsində çalışması düzgün deyil. Qeyd edək ki, 33 saylı orta məktəbdə baş verən proseslərlə müfəssəl şəkildə qəzetimizin növbəti saylarında tanış olacaqsınız. Bizi izləməyi unutmayın.
Valeh Elçin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağdamda Nizami Sadıqov zülmü

    Ağdamda Nizami Sadıqov zülmü ...

    7-07-2013, 17:00

  • 
  • Nizami Sadıqovun Ağdam gestaposu

    Nizami Sadıqovun Ağdam gestaposu ...

    7-05-2013, 00:29

  • 
  • Üç rayonun İH başçısı dəyişdirildi

    Üç rayonun İH başçısı dəyişdirildi ...

    16-04-2014, 19:29

  • 
  • İcra başçısının döyülməsinin təfərrüatları (VİDEO)

    İcra başçısının döyülməsinin təfərrüatları (VİDEO) ...

    12-12-2014, 00:17

  • 
  • Ağdamda  icra başçısı yola salınır?

    Ağdamda icra başçısı yola salınır? ...

    4-08-2016, 18:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu