Ağdamlılar Raqub Məmmədovu deyil, Allahverən Əliyevi dəstəkləyir. Ağdam rayonu cəbhə bölgəsində yerləşir. Rayon əhalisinin yarıdan çoxu məcburi köçkündür. Rayonun müəyyən hissəsi ermənilər tərəfindən işğal edilib. Bütün bunlar rayonun sosial-iqtisadi inkişafını əngəlləyən səbəblərdən biridir. Bütün bunlara baxmayaraq, dövlət Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, rayon əhalisinin sosial rifahının daha da yüksəldilməsi və digər məsələlərin həlli üçün əlimizdən gələni əsirgəmir.
Ardıcıl olaraq mediada Ağdamla bağlı məlumatlar yayılır. Lakin cəbhə xəttində yerləşən və razisinin hələ də yarıdan çoxu işğal altında olan bu rayonla bağlı məlumatlar döyüş xəbərləri deyil ya sabiq icra başçısı, ya da yeni icra başçısının hələ də rəhbərliyi altında olan məmurların maliyyə maxinasiyaları və digər qanunsuzluqları ilə bağlı olur.
Qeyd edək ki, başçı postu üstündə dartışmalara, rayonda daha işgüzar mühit yaratmaq üçün ağdamlıların daha geniş kütləsinin dəstəklədiyi, ağsaqqal kimi qəbul etdiyi, dövlətə sadiq bir kadra ehtiyac var.
bakixeber.az-a gələn oxucu məktublarında belə bir şəxsin Allahverən Əliyev olduğu vurğulanır. Bir müddət əvvəl ölkə prezidentinin fərmanına əsasən rayon icra hakimiyyətlərində «Aqrar məsələlər şöbələri» ləğv edildi. Bütün rayonlarda olduğu kimi, həmin fərman əsasında Ağdam Rayon İcra Hakimiyyətinin müavini, Aqrar Məsələlər şöbəsinin müdiri Allahverən Əliyev öz vəzifəsini itirdi. Bundan sonra Əliyev Allahverən İdris oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdir müavini təyin edildi.
Qeyd edək ki, intriqalardan uzaq olan, daim işgüzarlığı ilə fərqlənən Allahverən Əliyev həm sabiq icra başçıları Həsən Sarıyev, Nizami Sadıqov , həm də yeni başçının dönəmində rayonda eyni hörmətə malik olub.
Ağdamda Yeni Azərbaycan Partiyasının özəyinin ilk yaradıcılarındandır. Siyasi təcrübəsi çoxdur. Hətta rəqib müxalifət partiyalarının təmsilçiləri ilə dil tapa bilir. Çünki doğulduğu Çəmənli kəndində də, rayonda da nüfuzlu şəxs kimi hamı tərəfindən qəbul edilir.
Qiymət artımı zamanı Ağdamda da sosial narazılıqdan istifadə edib ara qarışdırmaq istəyənlər tapıldı. Başçı Raqub Məmmədov uzun müddət rayondan kənarda , başqa vəzifələrdə çalışdığı üçün təyinatından sonra əhali ilə hələ yaxşı kontakt qura bilməmişdi. Ondan fərqli olaraq Allahverən Əliyev insanlara daha yaxın idi. Onun sözünü eşitdilər və rayonda qarışıqlıq baş vermədi.
Aldığımız məlumatlara görə məhz bu faktor yuxarı dairələrdə Allahverən Əliyev haqda müsbət fikir formalaşdırıb. Və yaxın zamanlarda başçı postuna yeni namizəd kimi Allahverən Əliyevin namizədliyi üzərində dayanılıb. Ümumiyyətlə onu rayondas dəstəkləyən kifayət qədər ciddi eloktorat var. Biz də cənab Allahverən Əliyevə bu işlərdə uğurlar diləyirik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?