Problemin oldugunu "Bakı Taksi" Məhdud Məsuliyyətli Cəmiyyəti də təsdiqləyir
Artıq ikinci ildir ki, Bakının küçələrində London taksiləri fəaliyyət göstərir. Paytaxtımızda hazırda 1000 ədəd bu tip taksi var. London taksilərinin əsas məqsədi vətəndaşlara xidmət göstərmək olsa da, bəzən sərnişinlər bu servisdən narazı qalır. Səbəb isə bəzi taksi sürücülərinin dayanacaqdan yaxın məsafədə olan ünvana getməməsi ilə bağlıdır. Bəzi sakinlər də bu vəziyyətlə qarşılaşdıqlarını bildirirlər. London taksilərinin sürücüləri isə bu ittihamla razılaşmır. Onlarin fikrincə, sərnişinlərə daim yüksək xidmət göstərilir. Ona görə də narazılıq olmamalıdır. "Bakı Taksi" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru İlqar Qasımov etiraf etdi ki, sürücülərin yaxın məsafələrə getməməsi ilə bağlı şikayətlər daxil olur. Müraciətlər baxılandan sonra, onların əsaslı olduğu sübuta yetirilərsə sürücülər barəsində lazımı cəza tədbirləri görülür. Nəqliyyat Nazirliyindən isə məsələdən xəbərsiz olduqlarını, lakin bununla bağlı araşdırmaların aparılacağını bildirdilər. Nöqsanı aşkarlanan sürücülərin cəzalanması da istisna deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?