Hadisə Təbrizin Mərkəzi Uşaq Xəstəxanasında müalicə olunan 1 yaşlı azərbaycanlı körpə Kazım Məmmədəli dünən səhər saatlarında vəfat edib. Bu barədə “Azadlıq”a məlumat verən körpənin atası Nazir Məmmədəli bildirib ki, 50 gündür Təbriz şəhərindədilər: “Xəstəxana rəsmiləri bizdən 8 min manat tələb edir. Pasportlarımızı da əlimizdən alıblar. Deyirlər ki, pulu ödəyin, sonra meyiti götürün. Biz bu barədə konsulluğa da müraciət etmişik. Onların cavabı bu oldu ki, bazar ertəsi iş günüdür. Həmin gün konsulluğa gələk”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?