GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yeni tikilini sökdülər, amma Maliyyə Nazirliyini ittiham edirlər

Yeni tikilini sökdülər, amma Maliyyə Nazirliyini ittiham edirlər

Tarix: 2-07-2017, 15:47 Bölmə :Ölkə Baxış: 360
Yeni tikilini sökdülər, amma Maliyyə Nazirliyini ittiham edirlər

2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialına qarşı qaldırdığı iddia əsasında növbəti məhkəmə prosesi keçirilib.


Prosesə hakim İntizar Bayramova sədrlik edib.

Xatırladaq ki, “Svit Haus” MMC 2012-ci ildə Nərimanov rayonu, Gülər Qədirbəyova küçəsi 5 ünvanında- Heydər Əliyev Mərkəzinin ön hissəsində yerləşən ərazidə çoxmərtəbəli yaşayış binasının inşasına başlayıb. Sonradan həmin ərazinin ümumi konsepsiyaya uyğunlaşdırılması məqsədi ilə yeni layihənin təklif ediləcəyi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən yekun qərar qəbul edilənə kimi işlər müvəqqəti dayandırılıb.

Lakin parking yeri və 4-cü mərtəbəsinə kimi qaldırılmış tikili 2016-cı ilin avqust ayında “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialı tərəfindən məhkəmə qərarı olmadan sökülüb.

İddiaçı tərəfin nümayəndəsi Kamandar Nəsibov məhkəməyə yazılı şəkildə müraciət edərək prosesin süni şəkildə uzadıldığını bildirib: “Biz məktubla müraciət etdik ki, işin icraatını dayandırmaq qanunsuzdur. Şikayət verdik, amma cavab almadıq. İşə mahiyyəti üzrə baxmaq əvəzinə “bizə məlum olmayan səbəblərdən”məhkəmə prosesi gedişatında prosedur qaydalara riayət edilmir, təqdim etdiyimiz sənədlərə, sübutlara önəm verilmir, cavabdeh tərəfi müdafiə etmək üçün bizim işimizə lazım olmayan sənədlər yığırsınız, cavabdeh tərəfin izahatlarına üstünlük verirsiniz. Cavabdeh tərəf qanunsuz halda başqasının əmlakını ləğv edib. Buna görə cinayət məsuliyyətinə cəlb olunmalı idi”.

K.Nəsibov iddiaçı tərəfdən tələb olunan bütün sənədləri təqdim etdiklərini, lakin işə mahiyyəti üzrə baxmaq əvəzinə iddia tələbindən kənara çıxıldığını vurğulayıb: “Bütün sənədləri məhkəməyə təqdim etmişik. Daha hansı sübut verməliyik ki, o bina orada var idi? Cavabdeh tərəf məhkəmədə əvvəl həmin ərazidə bina olmadığını, sonra isə belə bir binanı görmədiyini dedi. Məhkəməyə təqdim etdiyimiz sənədlər cavabdeh tərəfin yanlış olmasını sübut edir. Bu sənədlərdən aydın şəkildə görünür ki, orada tikinti olub və qanunsuz şəkildə sökülüb. Söküntü ilə bağlı fotoşəkilləri də məhkəməyə təqdim etmişik”.



İddiaçı tərəfin nümayəndəsi məhkəmənin diqqətinə çatdırıb ki, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Nərimanov rayonu, Gülər Qədirbəyova küçəsi 5 ünvanında inşa edilən tikilini pul müqabilində uçurub: “Yüzə yaxın vətəndaşın və “Svit Haus” MMC-nin maddi vəsaiti hesabına tikilmiş beşmərtəbəli binanı söküblər, indi deyirlər ki, görməmişik. Cavabdeh tərəf əsas sənədləri təqdim etməyib. Bu binanı pul alıb uçurublar. Binanı uçurmaq üçün nə qədər pul aldıqlarını desinlər. O ki qaldı binanın qanuni və ya qanunsuz tikilməsinə bu, müvafiq dövlət orqanlarının səlahiyyətindədir.

Görmüsünüzmü ki, kimsə icazəsiz tikinti aparsın, daşı-daş üstə qoysun? Heydər Əliyev Mərkəzinin yaxınlığında kiminsə qanunsuz tikinti aparması mümkündürmü?”

Daha sonra K.Nəsibov Heydər Əliyev Mərkəzinin ön hissəsində yerləşən ərazidə abadlaşma işlərini həyata keçirmiş, “Svit Haus” MMC-yə məxsus 2 mərtəbəli parking yeri və 3 mərtəbəli tikilini sökmüş “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialının söküntü ilə bağlı müvafiq səlahiyyətlərinin olub-olmaması, binanın sökülməsi üçün hansı dövlət məmuru tərəfindən göstəriş verilməsi və buna əsas olan bütün sənədlərin məhkəməyə təqdim olunması barədə hakimin tələbinin bu günə qədər cavabdeh tərəfin yerinə yetirmədiyini açıqlayıb: “Cavabdeh tərəf düzünü desə yaxşı olardı. Desin ki, binanı qanunsuz uçurmuşuq. Bu səlahiyyəti onlara kim verib, açıb desinlər. Sifarişi Maliyyə Nazirliyi verib. Ora birbaşa Samir Şərifov gəlib. Söküntü cavabdeh şirkətin işçiləri tərəfindən aparılıb. Şirkətin rəhbəri buna görə məsuliyyət daşıyır. Təəccüb doğuran odur ki, hansısa türk şirkətinin filialı çoxsaylı proyektləri olan Maliyyə Nazirliyinin “krışalı”ğı ilə pul qoparır. Açın filialın saytına baxın, görün hansı proyektlərdə iştirak edib”.

“İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialının nümayəndəsi Elyar Qasımov sifarişçi tərəfin məhkəməyə dəvət olunmasını məqsəduyğun hesab edib: “İddiaçı tərəf sifarişçinin kim olduğunu soruşur. Əgər məsləhətdirsə, sifariş edən tərəfi məhkəməyə dəvət etsəniz yaxşı olar”.

Hakim cavabdeh tərəfdən tikintinin sökülməsinə və abadlaşdırma layihəsinə dair sənədlərin, podrat müqaviləsinin və maliyyə sənədlərinin məhkəməyə təqdim edilməsini istəyib:”Müqavildə razılaşma necə olub? Həmin sənədləri gətirin”.

K.Nəsibov Maliyyə Nazirliyinin rəsmi nümayəndəsinin məhkəmədə dindirilməsini tələb edib: “Maliyyə Nazirliyinin İşçi qrupunun rəhbəri Rauf Kərimov gəlsin məhkəmədə dindirilsin”.|virtualaz/org|
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qalmaqal: Türkiyə şirkəti “qanunsuzdur” deyib Bakıda binanı yerlə yeksan etdi, hakim soruşdu... - Kimin göstərişi ilə?

    Qalmaqal: Türkiyə şirkəti “qanunsuzdur” deyib ...

    27-04-2017, 18:20

  • 
  • 5 xarici şirkət ölkəni tərk edir

    5 xarici şirkət ölkəni tərk edir ...

    5-08-2016, 00:34

  • 
  • CAVİD QURBANOV MİLYONLARI NECƏ QAZANIR - ŞOK!!!

    CAVİD QURBANOV MİLYONLARI NECƏ QAZANIR - ŞOK!!! ...

    18-09-2013, 11:09

  • 
  • Kərəm Həsənov törətdiyi maxinasiyadan yayınmaq istəyir

    Kərəm Həsənov törətdiyi maxinasiyadan yayınmaq ...

    18-11-2013, 18:20

  • 
  • Binadakı yanğınla bağlı məhkəmə prosesi davam etdirildi

    Binadakı yanğınla bağlı məhkəmə prosesi davam ...

    20-09-2016, 13:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu